ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
akif | 18 Noyabr 2014 13:41
salam hekim men 3 ildi evliyem ancaq ovlad sahibi olmamisam mende spermaqrama faizi 0 dir.hemde yumurtaliqimin biri balacadi inkisaf getmir elebilki 12 yasli oqlan usaqindaki kimidi.hemde mende qalxanvari vezde problem var onan da ola bilermi?bir cox hekimlere dusmusem malceler almisam ancaq hec bir komekliyi yoxdu .sizden cox xais edirem sualima cavablandirasiz.evvelceden tesekuyrler
Dr.Orxan Agabəyov | 19 Noyabr 2014 06:33
Salam Akif. Aydındır ki, səbəb xayanın kiçik olmasıdır(hipoplaziya) və çox güman ki, hormonal dəyişikliklər də var. Bu situasiyada hormonal balansı yoxlayıb, müalicəyə proqnoz verilir, elə hallar olur ki, müalicə deyil, süni mayalandırma proseduru məsləhət görülür. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Gulnar | 18 Noyabr 2014 11:00
SAlam EYAkulyatin hecmi 4,5 Xarici gornuwu Bozumtul-ag,homogen Ozluluyu 0,1 PH 7,6 Cinsi pehrizi(gunlerle) Durulawma vaxti 30 Spermatazoidlerin 1ml-de sayi 41 Eyekulyatda sperm.umumi sayi 184.5 Celd ireli hereketliler (A) 40% Zeif Ireli hereket (B) - ReQsi hereketl (C) 30% Hereketsiz (D) 30% Toplam hereketlilik (A B C) 70% Pataloji formalar (kryuger usulu) 80% Basciq 22% BOyuncuq 20% Quyruq 4% Qariwiq 34% Spermatagenez huceyreleri 3% SPERmaqqlutinasiya 0-1g.s leykositler 1 Eritrositler - Epitel huceyreleri 0-2g.s Lesitin Az miqdarda Maya Gobeleyi - Mikroflora - Elaveler - HEkim BU gostericiler normaldimi? Bu gostericiler e gore uwagimiz ola biler?
Dr.Orxan Agabəyov | 19 Noyabr 2014 07:26
Salam Gulnar. Spermoqrammanın əsas göstəriciləri normaya uyğundur, amma analiz köhnə normativlər olan klinikada verilib, hal hazırda müasir normativlərə görə spermoqrammada spermotozoidlər hərəkətlilik aktivliyinə görə 4 grupa deyil, 3grupa bölünür. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Serdar | 18 Noyabr 2014 00:22
salam doktor. menim 32 yasim var. subayam. hec vaxt cinsi elaqede olmamisam. son vaxtlar 3-5 deqiqelik erotik filme baxmaqla bosaliram. spermam ag olmur. weffaf olur. hemde biraz qoxulu olur. bedence cox zeifem. qalxanavari vezimde kicik zob var. normal cinsi elaqede olmagima mane ola bilermi? spermamin cox ag olmamasi ata olmagima mane ola bilermi? cinsi ehtirasim qaydasindadir.
Dr.Orxan Agabəyov | 19 Noyabr 2014 07:26
Salam Serdar. Yazdıqlarınızın içində ən böyük problem, bu yaşa kimi cinsi həyata başlamamağınızdır. Və cinsi fəaliyyətin yaxşı ya pis olması, cinsi həyata başlayandan sonra bilinəcək. Spermanın mayalanma qabiliyyəti rənginə görə deyil, kəmiyyət və keyfiyyət göstəricilərinə görə müyyənləşdirilir, bunun üçün spermoqramma analizi verilir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Penah | 17 Noyabr 2014 18:05
Salam doktor. Menim sualim uzr isteyirem cinsi orqanda olan qasinmadir. Adi hallarda ve cinsi elaqeden sonra daha cox qasinma olur cinsi orqanda ve xayallarda cox eziyyet cekirem. Bu xestelik nedir ve usagin olmamasina sebeb ola biler? Evvelceden tesekkuru bildirirem
Dr.Orxan Agabəyov | 19 Noyabr 2014 06:14
Salam Penah. Bu ya cinsi yolla ötürülən infeksiyanın  və ya göbəılək infeksiyasının əlaməti ola bilər. Dəqiləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir.  Kişilərdə uşağın olub-olmaması yalnız spermanın keyfiyyətindən asılıdır - yoxlamaq üçün spermoqramma analizi vermək lazımdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
qonaq | 17 Noyabr 2014 11:52
salam hekim. spermanin renginin aarimtil olmasi xesteliyin veya infeksiyanin sebebidirmi? mutleqdirmiki sperma aq olmalidir? mumkunse bu haqda...
Dr.Orxan Agabəyov | 19 Noyabr 2014 06:14
Salam Qonaq. Spermanın rənginin dəyişməsi müxtəlif səbəblərdən ola bilər, qəbul etdiyiniz qidanın təsirindən, cinsiyyət sistemində olan iltihabi prosesə qədər. Amma problemin olub-olmamasını yoxlamaq çox sadədi - spermoqramma analizi vermək və öz göstəricilərinizi normal göstəricilərlə müqaisə etmək. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
feride | 17 Noyabr 2014 11:45
salam hekim menim yoldasimda cinsi zeiflik var sperma faizi 50 faizdi.usaga qala bilerem bu faizle
Dr.Orxan Agabəyov | 19 Noyabr 2014 06:14
Salam Feride. Bəli, irəli hərəkətli spermotozoidlərin faizi, normaya uyğundur, narahat olmayın. Cinsi zəiflik isə müalicə olunmalıdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Elnur | 17 Noyabr 2014 10:16
Salam hekim. Menimde bir sualim var size. Her gece yatanda el ile bosalmaq insanin cinsi orqanin ne derecede zeifledir? Cox sagolun.
Dr.Orxan Agabəyov | 19 Noyabr 2014 06:13
Salam Elnur. Əgər masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Zaur | 16 Noyabr 2014 21:29
Salam hekim. 6 ay evvel varikoselden emeliyyat olmusam ve yenede spermada zeiflik tez bowalma ve xayada incitme var aciq emeliyyat olub mikroskopik deyil sidik kisesi nahiyyesinde yandirmalar var xayaya goyneme verir hemcinin ehtiraslandirir ve infeksiya var mualice yazildi ama hec bir neticesi yoxdu doplerin ve qarmonlarin neticesi var spermada zeiflik var bu haqda melumat vererdiniz xahish edirem, onceden tewekkurler.
Dr.Orxan Agabəyov | 17 Noyabr 2014 06:20
Salam Zaur. Erkən boşalmanın varikosele xəstəliyinə aidiyyatı yoxdur. Xaya ağrılarının səbəbi varikoseledən başqa səbəblər də ola bilər - epididimit(xaya artımının iltihabı), varikosele(damar genişlənməsi), orxit(xayaların iltihabı). Spermanın keyfiyyəti bir başa xayalardan asılıdır, əgər xayalarda ağrılar varsa, deməli funksional pozğunluq da var. Dəqiqləşdirib, düzgün müalicə kursu təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
vuqar | 16 Noyabr 2014 21:03
salam hekim men tez tez sidiye cixiram sidiye cixan vaxt hecbir yangi olmur .boyuk bayira cixan vaxt gucenme olduqda sidikden sonra axinti olur seffaf .cinsiyet orqaninin uc hissesinde qizarti var birde ele adi halda goyneme olur.elebil ki orqanin icinde nese var qiciqlanmani o yaradir.iki defe analizler vermiwem qandan, yaxmadan,sidikden ikisindede cavablar neqativdi.iki aydi bu veziyetdeyem.xaiw edirem meslehet veresiz
Dr.Orxan Agabəyov | 17 Noyabr 2014 06:19
Salam Vuqar. Sizdə həm prostatit(prostat vəzinin iltihabı) həmdə uretrit(sidik kanalının iltihabı) əlamətləri var. Ola bilər diaqnostika düzgün və ya dolğun olmayıb. Dəqiqləşdirib, düzgün müalicə təyin etmək olar.  Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Sahil | 16 Noyabr 2014 21:02
hekim salam necesiz siz hansi klinikada olursuz?
Dr.Orxan Agabəyov | 17 Noyabr 2014 06:19
Salam Sahil. Ünvan: Nyu Med klinikası, Həsən Əliyev küçəsi, 243, TQDK - nın yaxınlığında. Qəbul vaxtını dəqiqləşdirmək üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.