rovsen | 13 Sentyabr 2013 04:42
Salam hekim menim 29 yasim var menim pensimde her shey normaldir. amma yasadqim qadinla cinsi elaqeye bashlama zamani bu aktivliyin itirir.son bir aydir beledir.ve tekrar tekrar davam edir. amma bashka vaxti cox aktiv olur onceden tsk
Dr.Orxan Agabəyov | 14 Sentyabr 2013 06:41
Salam Rovsen. Bu daha çox, psixoloji səbəbləri olan problemdir. Yəni, cinsi əlaqə başlayanda, Sizdə müəyyən narahatlıq yaranır - ereksiya necə olacaq? Daxil ola biləcəm? və s. Bu narahatlıq, ereksiyanın normal mexanizmlərini pozur və nəticədə, ereksiya itir. Müalicədə dərman preparatları ilə yanaşı, həmdə rasional psixoterapiya metodlarından istifadə olunur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
TURAL | 12 Sentyabr 2013 21:17
SALAM HEKIM.sualim odur ki, menim cinsi orqanımın bas hissəsinin asagisinda ag civzəyə oxsar birseylər var bu bir nece ildir var lakin hec bir agri və ya basqa mənfi təsir verməyib indiyə kimi.bu xəstəlik ola bilər?və əsas maraqlandıran odur ki bu sonsuzluq yarada bilər yeni gələcək ailə həyatımda usaq olmaya bilər?i
Dr.Orxan Agabəyov | 14 Sentyabr 2013 06:41
Salam Tural. Ola bilər papillomavirusdu, amma dəri problemlərini yalnız baxış zamanı təyin etmək olar. Sonsuzluğun olub-olmamasını bilmək çox sadədi -spermoqramma analizi verin və göstəricilərinizi normal göstəricilərlə müqaisə edin. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz.. Uğurlar.
Fazil | 12 Sentyabr 2013 17:52
Salam hekim, prostat vezide kristallasmis kalsinat yigini varsa bunun ne kimi fesadlari ola biler? mualicesi mumkundurmu?
Dr.Orxan Agabəyov | 14 Sentyabr 2013 06:41
Salam Fazil. Əsas məsələ, kalasinatların ölçüləri artmasın, yəni nə qədər böyük zonanı əhatə edirsə kalsitlar bir o qədər prostat toxuması zədələnir. Fəsadlar isə - cinsi problemlər və sidiyə gedəndə narahatçılıq. Müalicə prostat vəzinin sağlam toxumasının qorunmasına yönəlir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Semar | 12 Sentyabr 2013 17:52
Salam.....tez tez mastrubasiya etməyin insanın boyuna və çəkisinə hansısa təsirləri ola bilər?
Dr.Orxan Agabəyov | 13 Sentyabr 2013 08:01
Salam Semar. Masturbasiyanın nə insanın boyuna nədə çəkisinə heç bira aidyyatı yoxdur. Əgər masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var. Uğurlar.
Ayla | 12 Sentyabr 2013 12:53
Salam hekim,uzr isteyirem,menim yoldasimin son 2 aydir ki,penisi hec durmur,cinsi elaqede ola bilmirik sizce bu neden ola biler ,onda 2-ci dereceli damar genislenmesi de var,tesekkur
Dr.Orxan Agabəyov | 13 Sentyabr 2013 08:01
Salam Ayla. Varikoselenin bu problemə aidiyyatı yoxdur. Səbəblər müxtəlifdir - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.). Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.
Elman | 12 Sentyabr 2013 12:47
Salam..menim 25 yawim var..bu yaxinlarda analiz vermiwdim menim testesteronumun miqdari 2,75 idi bu cox azdir?? Minumum ne qeder olmalidi...ve mende cinzi zeiflik...cinsi isteksizlik yaranib..bunlar testesteronun azliqindan ola biler??
Ama prostatimda problem yox idi yoxlaniwda..
Dr.Orxan Agabəyov | 13 Sentyabr 2013 07:55
Salam Elman. Ayrı ayrı klinikalarda, testosteronun minimal həddi fərqlidir, amma analizin nəticəsinin yanaında normativ göstərilir. Əgər Sizdə olan problemlərin səbəbi yalnız testosteronun səviyyəsinin normadan az olmasıdırsa - bəli, düzələcək. Uğurlar.
ayla | 12 Sentyabr 2013 11:27
salam həkim, mən bir qəzadan sonra qızlıq müayinəsindən keçdim heçnə yoxdu dedilər təxminən 10 gün sonra 1-2 damcı qan gördüm (əvvəllər heç vaxt aybaşından başqa vaxtlarda qan gəlməyib) bu nə ilə əlaqədar ola bilər?
Dr.Orxan Agabəyov | 13 Sentyabr 2013 07:59
Salam Ayla. Bu sadəcə cinsiyyət sistemində iltihabi prosesin nəticəsi ola bilər. Amma dəqiqləşdirmək üçün qinekoloqa müraciət edin. Uğurlar.
togrul | 12 Sentyabr 2013 11:13
hekim bes 1 ce defe cinsi elaqeye girsem daha men de pollusiya olmazki?bir de ki hekim onu da vurgulamaq isteyirem ki pollusiya zamani sperma mastrubasiya etdiyimdeki kimi cox gelir. yeni sualim bu normaldir
Dr.Orxan Agabəyov | 13 Sentyabr 2013 07:48
Salam Togrul. 1. Xeyr, Sizə bir dəfə deyil, müntəzəm boşalmalar kömək edə bilər. 2. Spermanın miqdarının çox olması, normaya uyğundur. Uğurlar.
Orxan | 12 Sentyabr 2013 08:54
Salam hekim cinsi elaqe zamani hevesden dushmek, ereksiya azalmasi sebebi ne ola biler? meni artiq 1 ildi bu problem narahat edir, xaish edirem mene meslehet verin..Tesekkurler.
Dr.Orxan Agabəyov | 13 Sentyabr 2013 07:48
Salam Orxan. Səbəblər müxtəlif ola bilər - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.). Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Elton | 12 Sentyabr 2013 08:49
masturbasiyanin insan cekisi ve ya ariqliqla hansisa bagliligi var?
Dr.Orxan Agabəyov | 13 Sentyabr 2013 07:47
Salam Elton. Masturbasiyanın insan çəkisinə heç bir aidiyyatı yoxdur. Əgər masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var. Uğurlar.