Samir | 13 Sentyabr 2013 22:04
salm doktor,28 yasim var mende son bir iki il olar ki cinsi elaqede olma isteyi azalmish, cinsiyyet orqaninin berkimesinin zeiflediyini hiss edirem. cinsi elaqe zamani tez boshalma hallari olur, bunun ucun ne etmeliyem ve bu hallarin yaranma sebebi ne ola biler. yardiminiz ucun tesekkurler
Dr.Orxan Agabəyov | 15 Sentyabr 2013 08:57
Salam Samir. Sizdə, həm potensiyanın zəifləməsi, həmdə erkən boşalma problemi var. Potensiyanın zəifləməsi səbəbləri - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.) ola bilər. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
ELMAR | 13 Sentyabr 2013 21:53
HEKIM EVALA SALAM SIZE bir sualim var ben olan zaman tez bosaliram nece ede bilerem ki gec bosalim bununcun derman ya neyse mene meslehet bilin edim
Dr.Orxan Agabəyov | 15 Sentyabr 2013 08:57
Salam Elmar. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Xedice | 13 Sentyabr 2013 20:39
salam,hekim,menim yoldasimda bosalma cox cetinlikle alinir,demek olar ki,her gun oluruq,lakin o ayda 1 defe bosala bilir. Bunun bir elaci varmi? Indiden tesekkurler.
Dr.Orxan Agabəyov | 15 Sentyabr 2013 09:27
Salam Xedice. Boşalmanın gecikməsinin bir necə səbəbi var: 1. cinsi əlaqə zamanı həyəcan. 2. masturbasiya nəticəsində, yaranmış, qeyri-adekvat erotik stereotip, yəni cinsi əlaqə vaxtı, masturbasiyadakı olan stimulyasiyanın(sürtünmənin və görüntülərin) olmaması və nəticədə boşalmanın gecikməsi. 3. hormonal səbəblər. 4. iltihabi səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.
Zaur | 13 Sentyabr 2013 20:18
Salam doktor , yoldawimla yaxinliq etmek isteyende cinsiyyet orqanim istediyim kimi olmur, bu neden ola biler? Halbuki men bunu cox isteyirem , alinandad qurtarma hali cox tez olur. Bu neden ola biler
Dr.Orxan Agabəyov | 15 Sentyabr 2013 08:48
Salam Zaur. Sizdə, həm potensiyanın zəifləməsi, həmdə erkən boşalma problemi var. Potensiyanın zəifləməsi səbəbləri - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.) ola bilər. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Nizami | 13 Sentyabr 2013 13:34
Salam doxdur sualima cavab verdiyinize gore sagolun .nizamidi sizi narahat eden mende ikinci Sefer varikasel yaranib demisdim . Spermaqrama asagidi cox men ne etmeliyem . Siz varikasel emeliyyat edirsinizmi .doplerle muayine olmusam deyibler mikroskopik emeliyyat lazimdi . Hemcinin penisimde berkimir qizla olanda heycanlaniram ve tez bosaliram.mualice Evlenende yoxsa her hansi vaxda goturmek olar .
Dr.Orxan Agabəyov | 15 Sentyabr 2013 08:48
Salam Nizami. Ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
ferid | 13 Sentyabr 2013 08:09
salam hekim menim 36 yawim var seviwen zaman menden wire kimi axinti gelir amma sperma deyil bu neden ola biler ?
Dr.Orxan Agabəyov | 14 Sentyabr 2013 07:58
Salam Ferid. Bu şirə, çox güman ki, Kuper vəzilərinin ifraz etdiyi şirədi və hansısa xəstəliyin əlaməti deyil. Bu şirə, sürtgü(smazka) funksiyasını yerinə yetirir və cinsi əlaqənin komfortlu(rahat) keçməyi üçündür. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Afa | 13 Sentyabr 2013 08:02
salam, hekim . uzur isteyirem sualima gore menim seksle elaqeli problemmim var yataqda menim hissiyadim oyanmir men cinsi elaqe zamani zovq almiram umumiyyetle bowalmaq nedir onu bilmirem
Dr.Orxan Agabəyov | 14 Sentyabr 2013 07:58
Salam Afa. Ümumiyyətlə qadının orqazma çatması bir çox faktorlardan asılıdı -psixoloji faktorlardan, cinsi əlaqənin müddətindən (ola bilər ki, partnyorda boşalma tez olur, və müddət qadına orqazma çatmağa kifayət etmir). Bir də ki, bir çox qadınlar vaqinal stimulyasiya zamanı(cinsi əlaqə zamanı) orqazma çata bilmir - onlarda yalnız klitoral (klitorun stimulyasiyası zamanı) orqazm var. Uğurlar.
Letife | 13 Sentyabr 2013 07:41
Salam doktor,menim yoldawimin 62 yawi var,bowala bilmir,amma isteyir.Ona cox agri verir,ve qarinin icinde awaginda yanir deyir. Neynemeliyiq?
Dr.Orxan Agabəyov | 14 Sentyabr 2013 07:58
Salam Letife. Bu yaşda müxtəlif səbəblər ola bilər - hormonal, prostat vəzi ilə bağlı və s. Müəyyənləşdirib, müalicə kursu keçmək məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Vuqar | 13 Sentyabr 2013 07:00
Salam, hekim. mende tripit xesteliyi emele gelmiwdi bunun mualicesi nedir bilmek olar? tripit olduguna emin idim elametleri,, sidiye hacali getmek, goynetmeler,, wirelenme ve s,,,Bele bir sayt yaratdiginiz ve suallari cavablandirdiginiz ucun size tewekkurlerimi bildirirem.
Dr.Orxan Agabəyov | 14 Sentyabr 2013 07:58
Salam Vuqar. Bütün cinsi infeksiyaların əlamətləri yazdığınız əlamətlərə oxşayır. Ona görədə birinci növbədə, hansı cinsi infeksiyalarla yoluxmusuz - öyrənmək lazımdır, sonra müalicə. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
samir | 13 Sentyabr 2013 05:38
salam doktor spermatozoidlerin miqdarini nece artirmaq olar?
Dr.Orxan Agabəyov | 14 Sentyabr 2013 06:41
Salam Samir. Birinci növbədə spermotozoidlərin az olması səbəbini müəyyənləşdirmək, sonra həmin səbəbi aradan qaldırmaq.Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz.. Uğurlar.