ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
ilyas | 15 Sentyabr 2013 05:58
Salam hekim.sizden artiq derecede xaiw edirem bu sualima cavab vererdiz.Cinsiyyet orqanini,yani penisin olcusunu boyutmek ucun hansi metodlari etmek olar? men internetde baxdim s preparati ile mumkundur deyiller.Bu dermanin bir ziyani yoxdur ki? Istifade ede bilerem? ve yaxud var idi masajlar penisi dibinnen tutub,bas terefden dartmaq.bunun hec bir ziyani yoxdur ki? Xaiw edirem bildiyiniz variantlari deyerdiz nece olur olsun penisi boyutmek isterdim.Tesekkurler.
Dr.Orxan Agabəyov | 16 Sentyabr 2013 06:10
Salam Ilyas. Penisin ölçülərinə heç bir dərman vasitəsi, təsir etmir. Və penisdə əzələlər yoxdur ki, hansısa hərəkətlə(məşqlə) ölçülər artsın, bu yolla yalnız penisi zədələyə bilərsiz.. Cinsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Liqamentotomiya nəticəsində, 3-5 sm, ekstenderin köməyi ilə 1,5-2 sm əldə etmək olar. Uğurlar.
Ayaz | 14 Sentyabr 2013 22:49
salam menim cinsi orqanimin boyumasi ucun ne ede bilerem?
Dr.Orxan Agabəyov | 16 Sentyabr 2013 06:09
Salam Ayaz. Cinsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Liqamentotomiya nəticəsində, 3-5 sm, ekstenderin köməyi ilə 1,5-2 sm əldə etmək olar. Uğurlar.
samid | 14 Sentyabr 2013 20:15
cavabiniza gore tesekkur edirem.hekim,dopler muayinesinden kecdim,qan ve sidik analizi verdi,analizin cavabini birigun alib sizinle meslehetlesecem,amma doplerde gosterildi ki,sag yumurtanin uzerinde 2,7 mm olcude kista emele gelib.onu mualice ile aparmaq olar,ya emeliyyat lazimdi?diqqetinize gore tesekkurler.
Dr.Orxan Agabəyov | 15 Sentyabr 2013 09:11
Salam Samid. Ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
afiq | 14 Sentyabr 2013 19:06
salam.varikosel emeliyatindan sonra ne vaxt aile ile cinsi elaqede olmaq olar?
Dr.Orxan Agabəyov | 15 Sentyabr 2013 09:11
Salam Afiq. Adətən, varikosel əməliyyatından sonra 1 ay cinsi münasibətlər məsləhət görülmür. Uğurlar.
Totti | 14 Sentyabr 2013 16:56
salam hekim.menim gobeymin awaqi hissesinde canaq bud terefimde cox wiw olmayan damarlar var, bu varikoselinmi elametidi? zehmet olmasa cavablandirin
Dr.Orxan Agabəyov | 15 Sentyabr 2013 09:11
Salam Totti. Xeyr, bu varikoselenin əlaməti deyil. Amma dəqiqləşdirmək istəyirsizsə, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
mehemmed | 14 Sentyabr 2013 16:26
salam hekim xais edirem menim sulama cavab veresiz men cox ehtirasliyam men qizla cinsi elaqda olanda men cox gec bosalram haedasa 45 deyqeye her gun 2 defem bosaliram bu geleceye nese problem ola biler? amma 20 gun bosalmaym qizla olan kimi 2 deyqeye bosaliram bu neden ola biler xais edirem cavablandirasiz
Dr.Orxan Agabəyov | 15 Sentyabr 2013 09:11
Salam Mehemmed. Gündə 2 cinsi əlaqədə olmaq, heç bir problem yaratmaz. Boşalmanın gecikməsinin bir necə səbəbi var: 1. cinsi əlaqə zamanı həyəcan. 2. masturbasiya nəticəsində, yaranmış, qeyri-adekvat erotik stereotip, yəni cinsi əlaqə vaxtı, masturbasiyadakı olan stimulyasiyanın(sürtünmənin və görüntülərin) olmaması və nəticədə boşalmanın gecikməsi. 3. hormonal səbəblər. 4. iltihabi səbəblər.  Uğurlar.
NESIMI | 14 Sentyabr 2013 09:31
Saalm doktor...doktor xroniki prostatit cinsi heyatin normallashmasi ile sagala bilermi?? cunki bezi menbeler bunu qeyd edir..evvelceden teshekkurler..
Dr.Orxan Agabəyov | 15 Sentyabr 2013 09:11
Salam Nesimi. Xeyr, təkcə cinsi həyatın müntəzəmlənməsi, prostatitin müalicəsi deyil, müntəzəm cinsi həyat prostatitin profilaktikası üçün xeyirlidir. Uğurlar.
eli | 14 Sentyabr 2013 08:09
salam,men oyrenmek istirem,varikosel penis olcusune tesir edir,mende penis 12cmdi,bu 12yawmdada bele idi,7ildi inkiwaf nie getmir?
Dr.Orxan Agabəyov | 15 Sentyabr 2013 09:11
Salam Eli. Xeyr, varikosele penis ölçülərinə təsir etmir. Penisin inkişaf müddəti individualdır, adətən 17-19 yaşa kimi davam edir. Uğurlar.
nihan | 14 Sentyabr 2013 04:55
salam hekim.menim nisanlimda esgerlikden sonra uretrit cixib analizde bu ne demekdir?qorxuludurmu ve kecicidir?opus zamani bu xestelik mene kece biler?
Dr.Orxan Agabəyov | 15 Sentyabr 2013 09:27
Salam Nihan. Uretrit 2 cür ola bilər -spesifik(yəni hansısa cinsi infeksiya nəticəsində) və qeyri-spesifik. Əgər spesifik uretritdirsə, səbəb olan infeksiya cinsi əlaqə zamnı keçə bilər. Öpüşlə uretrit keçmir. Uğurlar.
sahil | 14 Sentyabr 2013 00:59
salam hekim men qadinla olanda tez bowaliram 1 deqiqe cekir ve bir defeden artiq ola bilmirem nece muayne ola bilerem
Dr.Orxan Agabəyov | 15 Sentyabr 2013 08:58
Salam Sahil. Bu problemlərin səbəblərini yoxlayıb, düzgün müalicə təyin olunur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.