ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Semur | 16 Sentyabr 2013 15:38
Salam Hekim size muracietim budur ki men nişanliyam tezlikle toyum olar amma mende hec vaxt baş vermemiş hadise ile uzleşdim Penisim çox zeifdir hisiyyati zeifleyib bunun sebebini ve nece mualice edeceyime yol g6sterin tesheklur edirem evvelceden..
Dr.Orxan Agabəyov | 17 Sentyabr 2013 05:40
Salam Semur. Sizdə potensiyanın zəifləməsi halları var. Səbəblər müxtəlifdir - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.). Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
zaman | 16 Sentyabr 2013 12:01
salam. menim sol xayamda 2-3 dereceli varikosel var ama hec bir agrisi diskomfortu yoxdur. menim iki xaya olculeri balacadir. bu balaca olma problemi varikosel emeliyatini etdirmeden hell edib normal olculere getirmek olar? cunki hele varikosel emeliyati isdemirem isimle elaqedar. yasim 20.
Dr.Orxan Agabəyov | 17 Sentyabr 2013 05:41
Salam Zaman. Xaya ölçülərinin kiçik olması, varikosele ilə bağlı olmayada bilər. Və varikosele əməliyyatı olub-olmamamq ölçülərə təsir etmir. Ən əsas spermoqramma yoxlanılmalıdı və müalicə spermanın göstəricilərindən asılı olacaq. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Orxan | 16 Sentyabr 2013 10:27
Salam hekim bilmek olar spermanin faizi neden asagidi mende spermanin faiz derecesi 17 men ata ola bilerem
Dr.Orxan Agabəyov | 17 Sentyabr 2013 05:41
Salam Orxan. Səbəblər fərqli ola bilər - varikosele, hormonal pozuntu, iltihabi faktorlar və s. Səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
natiq | 16 Sentyabr 2013 08:11
hekim salam bu gun seher sidiye gedende cinsiyyet orqanimda goyneme hiss etdim sidiyimin rengide tund sari idi sonradan 2-3 saat sonra lap az miqdarda sari maye axdiqini gordum bu neden ola biler hec bir problemim olmayib bu gune kimi
Dr.Orxan Agabəyov | 17 Sentyabr 2013 05:41
Salam Natiq. Ola bilər, hansısa ciinsi infeksiya ilə yoluxmusuz - cinsi infeksiyaları yoxlamaq məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya ilərsiz. Uğurlar.
Vera | 15 Sentyabr 2013 15:17
Salam. Cinsi infeksiyalara yoluxub yoluxmadigimi hansi analizlerin komeyi ile oyrene bilerem?
Dr.Orxan Agabəyov | 16 Sentyabr 2013 06:44
Salam Vera. Hər bir cinsi infeksiya, tipindən asılı olaraq fərqli yoxlanılır - məsələn herpes qanda yoxlanılır, gonoreya(tripper) - yaxmada və s. Analizlər asılıdır Siz hansı infeksiyalardan şübhələnirsiz. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Nerazzurra | 15 Sentyabr 2013 15:09
Salam hekim. Menim qasiq nahiyyemde cox boyuk olmayan damarlar var, bu varikosele elametidimi? Birde bilmek isdiyirem varikosele neden yaranir, elametleri nece olur? Zehmet olmasa cavablandirardiniz.
Dr.Orxan Agabəyov | 16 Sentyabr 2013 06:41
Salam Nerazurra. Xeyr, bu varikoselenin əlaməti deyil. Amma dəqiqləşdirmək istəyirsizsə, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Saytda varikosele haqqında məqalə var, bütün məlumatları oradan oxuya bilərsiz. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Ramin | 15 Sentyabr 2013 13:54
Cox sagolun doktor 1ci sualima cvb verdiyiniz ucun,Xaiw edirem bu sualima da cvb yazasiniz,men ev weraitinde spermamin uwaq dunyaya getirmek ucun yeterince ketfiyyetli oldugunu nece mueyyenlewdire bilerem? indiden tewekkurler
Dr.Orxan Agabəyov | 16 Sentyabr 2013 06:30
Salam Ramin. Ev şəraitində spermanın keyfiyyətini yoxlamaq üçün heç bir variant yoxdur. Spermanın keyfiyyətini yoxlamaq üçün spermoqramma analizi verilməlidir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Farid | 15 Sentyabr 2013 12:04
Salam hekim.21 yawim var.analizimde : mycoplasma hominis( ),ureaplasma urealiticum( ),staphilococcus auresis( ) askar edilmisdir,hessasliq ise yalniz PEF-Pefloxacin 16 yadir.bunlardanda elave,leykositler-norma(7-8)-cox miqdarda,epitel huceyreleri norma 00ml n5,f dermanlarini atmiwam mualicem 14 gun cekib.xaish edirem hec olmasa deyin mualice kursum duz yazilib ya nece ?? onceden tewekkur.
Dr.Orxan Agabəyov | 16 Sentyabr 2013 06:28
Salam Farid. 1.  Ureaplazma və mikoplazma yalnız PZR metodu ilə yoxlanılır. 2. Ureaplazmanın və mikoplazmanın müalicəsi üçün, həssaslığı yoxlamağa ehtiyac yoxdur. 3. Yazılan dərmanlara(müalicəyə) şərh vermək etik cəhətdən düzgün deyil. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Emin | 15 Sentyabr 2013 11:14
salam hekim..xaiw eliyirem sualima cavab yazasiz. men revmatoidni artiritden mualice olunuram spermanin azalmasina sebeb ola biler? arada su kimi gelir sperma
Dr.Orxan Agabəyov | 16 Sentyabr 2013 06:15
Salam Emin. Əgər müalicədə hormonal preparatlar istifadə edilirsə, belə bir ehtimal var. Amma dəqiqləşdirmək üçün, spermoqramma analizi vermək lazımdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Vusal | 15 Sentyabr 2013 06:59
salam hekim cinsi xesteliklerin hamisini sidk analisi vasitesile tapmaq olur? ele xestelikler varmiki sidik analizinde gorsenmesin?
Dr.Orxan Agabəyov | 16 Sentyabr 2013 06:15
Salam Vusal. Müasir dövrdə heç bir cinsi infeksiya, sidikdə axtarılmır, infeksiyanın növündən asılı olaraq ya qan yada yaxma istifadə olunur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.