samir | 19 Sentyabr 2013 13:12
hekim salam.
menim sikyetim tez bosalmgimdi 10 deqiqeye bosaliram ehtirasliyam. birde 2 ci defe eaqde ola bilmirem. yorgunlugdanmidir bu yoxsa ormal haldir?
Dr.Orxan Agabəyov | 20 Sentyabr 2013 08:10
Salam Samir. 10 dəqiqəlik cinsi əlaqə, normal sayılır. Yəni erkən boşalma problemi Sizdə yoxdur. İkinci cinsi əlaqənin olmaması müxtəlif orqanik və psixoloji səbəblərdən ola bilər. Dəqiqləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Nesimi | 19 Sentyabr 2013 13:02
salam hekim. mende xaya ve xaya artiminda kicik kisda var ve xerceng qorxusu yaranib mende hekim qorxulu bir wey yoxdu diyir lakin men rahat ola bilmirem sizce bundan qorxmaq gereklidi? bele hallar tez tez olur?xerceng risqi neqederdi? onceden tewekur cvbiniz ucun.
Dr.Orxan Agabəyov | 20 Sentyabr 2013 08:01
Salam Nesimi. Xaya kistasından qorxmaq lazım deyil, belə kistalar bir çox kişilərdə var və heç bir müalicə tələb eləmir. Sadəcə bir müddətdən sonra təkrar müayinədən keçərsiz. Uğurlar.
Rough | 19 Sentyabr 2013 10:00
Salam Doktor, Size bir sual verim, ehtiras hissi kechirende penisde axintilarin olmasi normaldirmi, ve yaxud birine toxunan kimi bu axintinin olmasi, qeyd edim ki, subayam, bu mende diskonfortluq yaratdigi uchun suali verirem. Evvelceden teshekkurler.
Dr.Orxan Agabəyov | 20 Sentyabr 2013 07:50
Salam Rough.Bu şirə, çox güman ki, Kuper vəzilərinin ifraz etdiyi şirədi və hansısa xəstəliyin əlaməti deyil. Bu şirə, sürtgü(smazka) funksiyasını yerinə yetirir və cinsi əlaqənin komfortlu(rahat) keçməyi üçündür. Uğurlar.
Elnur | 19 Sentyabr 2013 08:11
Salam Hekim. Sual beledir. Men cox oturanda isde xayalarim girir iceri ele bil lori dilde desek buzusur penisin ozu batir iceri. Amma soram elim ile duzeldende cixir bayira bu neyin gosdericisi ola biler? Amma evde genish salvar, geyinende yeni idman paltari onda bele hal olmur. Cox saq olun
Dr.Orxan Agabəyov | 20 Sentyabr 2013 07:49
Salam Elnur. Bu standart bir hal deyil və dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Cahan Zeynalov | 19 Sentyabr 2013 07:43
Salam hekim. 23 yasim var evli deyilem. Mende sol teref 2 derece damar genislenmesi var. Sperma ve diger analizler vermisem, sperma faizleride yerindedi ve hec bir infeksiyada yoxdu. Sadece ereksiya problemi var. Hem ereksiya problemi hemde damar genislenmesi ucun ne mesleet gorursunuz? Tewekkurler!!
Dr.Orxan Agabəyov | 20 Sentyabr 2013 07:49
Salam Cahan. Varikosele - kişi sonsuzluğunun ən əsas səbəblərindəndir. Varikoselenin, yalnız cərrahi müalicəsi(əməliyyat) var. Əgər spermanın göstəriciləri, normaya uyğundursa və ağrı sindromu yoxdursa əməliyyat etmək lazım deyil. Ereksiyanın zəifləməsi səbəbləri - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.) ola bilər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz.Uğurlar.
anonim | 19 Sentyabr 2013 06:05
Salam hekim ..Demek olarki men hec vaxt cinsi elaqeye girmemiwem sevismisem ama elaqeye girmemiwem...ve mende 1 ilden coxduki dehwetli bel agrilarim var bunun sebebi cinsi elaqeye girmdiyimcun ola biler tesekkurler..
Dr.Orxan Agabəyov | 20 Sentyabr 2013 07:49
Salam Anonim. Bəli, ola bilər -durğunluq nəticəsində prostatit yarana bilər və ağrılar prostatitin əlaməti ola bilər. Amma ağrılar başqa səbəblərdən də ola bilər. Uğurlar.
fedya | 18 Sentyabr 2013 18:11
salam hekim. gun erzinde alt paltarimda damci damci sperma gorurem... ancaq bu olanda hiss elemirem... tripit ola biler??
Dr.Orxan Agabəyov | 20 Sentyabr 2013 07:41
Salam Fedya. Tripperdə ola bilər, başqa cinsi infeksiyalarda ola bilər. Dəqiqləşdirmək üçün, cinsi infeksiyaları yoxlamaq məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Ebru | 18 Sentyabr 2013 10:19
Salam hekim.Men iki ildir aileliyem geldiyim il usaqa qalmisam ve 12 hefteliyinde dusub analizden melum oldu ki,Ureplazma urelictium var bir il yarimin icinde mualicede olmusuq yoldasim ve men.indi hamile olsam qorxulu deyilki?onceden tesekkurler.
Dr.Orxan Agabəyov | 20 Sentyabr 2013 08:05
Salam Ebru. Əgər hal-hazırda, Sizdə və yoldaşınızda ureaplazma və digər infeksiyalar yoxdursa, narahat olmayın. Uğurlar.
mine | 18 Sentyabr 2013 09:48
Salam hekim menim yoldasim demek olar ki cinsi elaqe istemir yorgun olmayanda bele neynemek lazimdir
Dr.Orxan Agabəyov | 20 Sentyabr 2013 08:07
Salam Mine. Yoldaşınızda libidonun(cinsi həvəsin) azalması var. Səbəbləri dəqiqləşdirib, müalicə kursu keçməlidir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaa bilərsiz. Uğurlar.
Murad | 18 Sentyabr 2013 08:01
Doxtor bidene sualda soruwum..tibbde oxuduguma gore hamileliyin 27-32ci heftesi daxile spermanin ifrazi qadagandu ve 32ci hefteden doguwdan 1 ay sonraki vaxtadek cinsi munasibet vapwe meslehet deyil...bu duz sobetdu??..eger duzgun melumat deyilse bunlari edende nese problem ola biler??
Dr.Orxan Agabəyov | 20 Sentyabr 2013 07:32
Salam Murad. Bu hamiləliyin gedişatından asılıdır, əgər hər hansı əks-göstəriş olarsa, qinekoloqda hamilə qadına bu haqda informasiya verir. Uğurlar.