ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
elsad | 20 Sentyabr 2013 11:21
Men ozumu cinsi elaqe zamani bosalda bilmirem.qiraxda ozumu sixib bosaldiram.axir vaxtlar da spermam duru olur.men ne eleyim?
Dr.Orxan Agabəyov | 23 Sentyabr 2013 07:13
Salam Elsad. Boşalmanın gecikməsinin(olmamasının) bir necə səbəbi var: 1. cinsi əlaqə zamanı həyəcan. 2. masturbasiya nəticəsində, yaranmış, qeyri-adekvat erotik stereotip, yəni cinsi əlaqə vaxtı, masturbasiyadakı olan stimulyasiyanın(sürtünmənin və görüntülərin) olmaması və nəticədə boşalmanın gecikməsi. 3. hormonal səbəblər. 4. iltihabi səbəblər.  Səbəbləri dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Cahan Zeynalov | 20 Sentyabr 2013 10:07
Salam hekim. Size bir defe yazmisdim cavabiniz ucun tesekkurler. Bir seyde sorusmaq istiyirem 2-ci derece varkosel var mende. Sol teref xaya yuxari asagi hereket edir ve bezi vaxtlar yuxarida dayanir, ama sag tefde hecne yoxdu, buda agri vermir ama narahatciliq verir . Cox vaxt ele olurki pens iceri yigilir. Xahis edirem bu barede mene melumat veresiniz. Diqqetiniz ucun tesekkurler!!
Dr.Orxan Agabəyov | 23 Sentyabr 2013 07:13
Salam Cahan. Varikosele - kişi sonsuzluğunun ən əsas səbəblərindəndir. Varikoselenin, yalnız cərrahi müalicəsi(əməliyyat) var. Amma birinci növbədə, spermoqramma verin və öz göstəricilərinizi, normal göstəricilərlə müqayisə edin. Əgər göstəricilər, normaya uyğun deyilsə - əməliyyat etmək vacibdir. Uğurlar.
tural | 20 Sentyabr 2013 09:00
salam hekim subayam xayalarimda agrilar var ve bel ve onurgada da agrilar var ancaq cinsi zeiflik hiss etmirem eksine inanilmaz isdek var sizce bu prosdat vezinden emele gele bilermi? hormetle tural
Dr.Orxan Agabəyov | 23 Sentyabr 2013 07:13
Salam Tural. Xeyr, prostat vəzi xəstəəlikləri bu tip əlamərlərdə ehtimal olunmur. Xaya ağrılarının səbəbi, müxtəlif ola bilər - epididimit(xaya artımının iltihabı), varikosele(damar genişlənməsi), orxit(xayaların iltihabı). Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Uğurlar.
sonya | 20 Sentyabr 2013 07:30
salam hekim menim 32 yawim var.24.08.2013 ilde fibromadan emeliyyat olmuwam matkami ve turbaligmi goturduler.men pap analizde vermiwdim amma orda trixamol virusu awkar oldu.mene hekim 3 kurs mualice goturmeymi dedi yoldawimnan bir yerde.men bilmek istiyirem ki,menim yumurtaligima ve weykama bu virusun ziyani ola bilermi???birdeki emeliyyatdan sonra hisslerim olub tezden hisderim olacagmi?emelceden twk
Dr.Orxan Agabəyov | 23 Sentyabr 2013 07:13
Salam Sonya. Trixomonada əgər müalicə olub və aradan qaldırılıbsa, heç bir problem olmaz. Hisslərin olmaması, çox güman ki hormonal disbalansla bağlıdır, qinekoloqa bu haqda məlumat verin və müalicə kursu keçin. Uğurlar.
Mehman | 20 Sentyabr 2013 05:07
Salam prostat vezinde kalsinatlarin olmasi ne demekdi mualicesi varmi ve fesadlari baresinde qisa olsada melumat verin zehmet olmasa tewekkur edirem size .
Dr.Orxan Agabəyov | 23 Sentyabr 2013 07:13
Salam Mehman. Kalsinat yəni prostat vəzidə bərkimiş(daşlaşmış) sahələrdi. Adətən  prostat vəzinin iltihabının müalicə və profilaktikası gələcəkdə kalsinatların böyüməməsinə gətirib çıxarır. Uğurlar.
gunay | 19 Sentyabr 2013 19:27
salam doktor.agiz suyunda cinsi infeksiyalar olur ve bunlara yoluxmaq mumkundur?birdeki herpesin elametleri nece olur?umumiyyetle hansisa cinsi infeksiya ve ya xesteliye yoluxmusamsa bunu nece bilerem analiz vermemisden evvel /
Dr.Orxan Agabəyov | 20 Sentyabr 2013 08:19
Salam Gunay. Bəli, oral cinsi əlaqə zamanı bir çox cinsi infeksiya ilə yoluxma mümkündür. Herpes haqqında saytdakı məqalədən oxuya bilərsiz. Hər bir infeksiyanın spesifik əlamətləri var, ümumi - ifrazat, sidiyə gedəndə göynəmə və qaşıntı. Uğurlar.
Наргиз | 19 Sentyabr 2013 19:13
Здрасти. У меня к вам вопрос насчет девственности. Мне сейчас 23 года. Я незамужем. 5 лет тому назад я решила проверить девственную плеву у себя, засунула палец во внутрь. Боли никакой не было, но через несколько минут я в нижнем белье обнаружило маленькое пятно крови. Но в половом акте с мужчиной до 23-х лет я не была. Теперь, я не знаю девственница ли я или нет. Если я выйду замуж, в первую брачеую ночь у меня будет кровотечение или нет. Заранее спасибо.
Dr.Orxan Agabəyov | 20 Sentyabr 2013 08:24
Здраствуйте Наргис. Торетически на этот вопрос ответить невоможно. Чтобы проверить целостность девственной плевы, обратитесь на очный прием к гинекологу. Удачи.
Yusif | 19 Sentyabr 2013 18:01
salam hekim.menim toyum 1aydi olub.toydan bu vaxta herwey normaliydi.son 1heftedi ki penisim durur ama bowalmamiw tez yatir.bu hal artig hergun baw verir.ele bil hevesimin de azaldigini hiss edirem.sizce durub tezden bowalmamiw yatmasinin sebebi nedi?evvelceden minnetdaram.cox sagolun
Dr.Orxan Agabəyov | 20 Sentyabr 2013 08:10
Salam Yusif. Bu daha çox, psixoloji səbəbləri olan problemdir. Yəni, cinsi əlaqə başlayanda, Sizdə müəyyən narahatlıq yaranır - ereksiya necə olacaq? Daxil ola biləcəm? və s. Bu narahatlıq, ereksiyanın normal mexanizmlərini pozur və nəticədə, ereksiya itir. Müalicədə, həm dərman preparatları, həmdə rasional psixoterapiya metodlarından istifadə olunur. Uğurlar.
ilkin | 19 Sentyabr 2013 15:07
salam hekim.xahiw eidrem bu sualima etrafli cavab yazardinizda.men agir ise cixanda ve gucenende pensimden prostat wiresi gelir ve bundan sonra ucunda narahat edici agri bawlayir bu bir yada iki gun davam edir.bezen sidiye cixanda da yanma olur hemin muddetde onun ucun agir iwede cixmaq istemirem,hekime getdim prostat wiresinden ve sidikden analiz verdim .sidikden boyreyime gore verdim normal cixdi her wey.prostat wiresinde cavabini bilmedim ama hekim dediki hecne yoxdu sadece prostatinda narahatciliq var ve mualice yazdi kecmedi bu.antibyotik ve tab yazmiwdi tesiri olmadi.men ne ede bilerem?
Dr.Orxan Agabəyov | 20 Sentyabr 2013 08:31
Salam İlkin. Sizdə durğunluq fonunda yaranmış prostatitin əlamətləri var. Bu situasiyada təkcə müalicə deyil, həmdə cinsi həyatın müntəzəmləşməsi və həyat tərzinin dəyişməsinində böyük köməyi var. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Nadir | 19 Sentyabr 2013 13:34
Salam Doktor...Mən Həkimə Getdim USM-dan Keçdim Deyirlər Prostat Vəzində Böyümə Var 26 Yaşım Var Bu Yaşda Bu Mümkündür? ? ?Əvvəlcədən Təşəkkür...
Dr.Orxan Agabəyov | 20 Sentyabr 2013 08:10
Salam Nadir. Son dövrlərdə, prostatit cavanlaşır və bu tip problemlərə cavanlardada rast gəlinir. Uğurlar.