ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Elshan | 21 Sentyabr 2013 09:21
salam.menim problemim cinsi elaqe zamani gec ehtiraslanmagimdir.bu ne ile elaqdear ola biler?
Dr.Orxan Agabəyov | 23 Sentyabr 2013 08:41
Salam Elshan. Səbəblər müxtəlif  - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.) ola bilər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Emin | 21 Sentyabr 2013 08:35
salam hekim..her gun bowalmanin ziyani var? normal bowalma nece gunden bir olmalidi?
Dr.Orxan Agabəyov | 23 Sentyabr 2013 08:40
Salam Emin. Belə bir normativlər mövcud deyil. Əgər masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var. Uğurlar.
Emil | 21 Sentyabr 2013 07:52
Salam hekim.Xahis eleyirem sualimi cavablandirasiz.mende 20 gundu cinsiyet organimin kanalinda gawinma var sidiye gedende biraz goyneme hemde his eliremki kanalda sixilma olur .Qawinma butun kanal boyu yaranir.herdende cox az migdarda seffaf maye axir .Bilmek isterdim neden ola biler .Birdeki gobeley olmazki .Son vaxtlar imutetim asagi duwub biraz soyugdeyme kecirmiwem indide bedenimnen cixmayib.Evvelceden tewekkurumu bildirirem
Dr.Orxan Agabəyov | 23 Sentyabr 2013 08:40
Salam Emil. Sizdə olan əlamətlər cinsi infeksiya ilə yoluxmanın əlamətlərini xatırladır. Hər halda cinsi infeksiyaları yoxlamq məqsədəuyğundur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
emin | 21 Sentyabr 2013 07:29
salam hekim men bir nece gun bunan qabaq eleqade oldum qizla cox cox uzur istiyirem o penisimi aqzina almisdi onan sonra mende penisimin ucunda acisma olur ama hecne gelmir yeni diyirler adeten xestelik tutsan axinti olar mende bele bir sey yoxdu 5 gun olar elaqede olmusam hekim bilmek istiyirem xestelik tutmaram xais komeklik edinde
Dr.Orxan Agabəyov | 23 Sentyabr 2013 08:40
Salam Emin. Cinsi infeksiyaların oral cinsi əlaqə zamanıda keçmə ehtimalı var. Dəqiqləşdirmək üçün, mütləq cinsi infeksiyalar yoxlanmalıdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Xeyyam 25 | 21 Sentyabr 2013 06:08
Salam hekim mende bele problem var idi sidiyden sora mende maye halinda damci gelirdi indi ise o maye daha yoxdu amma penisim göynuyur bu ne demekdir tesekkurler...
Dr.Orxan Agabəyov | 23 Sentyabr 2013 08:24
Salam Xeyyam 25. Çox güman ki, cinsi infeksiya ilə yoluxmusuz. Dəqiqləşdirmək üçün, cinsi infeksiyalar yoxlanmalıdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Asim BABAZADEH | 20 Sentyabr 2013 20:43
Salam Hekim Eyer kishi cinsinde olan shexsler Prostatitdir onlarin ata olmagina sanshi varmi yoxsa problemdir teshekkur...
Dr.Orxan Agabəyov | 23 Sentyabr 2013 08:24
SAlam Asim. Prostatit nəticəsində spermanın keyfiyyəti düşə bilər, bunun qarşısını almaq üçün müalicə kursu keçib sonrada spermoqramma analizi vermək lazımdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Zaur | 20 Sentyabr 2013 18:38
Salam doktor. Meni bir sual narahat eleyir. Menim oglumun 10 yasi var. Anadangelme xayasi tekdir. Laparaskapik emeliyyat zamani bu bir daha subut olundu.sol xaya yoxdur sag xaya ise normal inkisafdadir. bu onun ata olmagina mane olar. Yoxsa nece. Qabaqcadan minnetdarligimi bildirirem.
Dr.Orxan Agabəyov | 23 Sentyabr 2013 08:24
Salam Zaur. Bir xaya ilə gələcəkdə hər şey normal da ola bilər, sadəcə cinsi yetişkənlik dövrünə çatanda spermoqramma analizi vermək məqsədəuyğundur. Uğurlar.
sucayet | 20 Sentyabr 2013 17:57
Salam hekim spermadan pis iy gele biler? yeni iylene biler?
Dr.Orxan Agabəyov | 23 Sentyabr 2013 08:24
Salam Sucayet. Spermadan pis qoxunun gəlməsi adətən cinsiyyət sistemində iltihabi prosessdən xəbər verir. Uğurlar.
namiq | 20 Sentyabr 2013 15:22
salam hekim.evvelceden semimi olmaqi bildirmek ucun deyirem ki bu ne menim emilimdir neden menim adimdir sadece utandiqimdan bu emaili bu adiu secdim.sualim ise budur menim cinsi orqanim balacadir yani hiss edirem ki cinsi elaqede olarken patnyorumu qane elemir.men nece ede bilerem ki cinsi oraqnim yekelsin normal veziyyetde olsun.tesekkurler
Dr.Orxan Agabəyov | 23 Sentyabr 2013 08:23
Salam Namiq. Cinsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Liqamentotomiya nəticəsində, 3-5 sm, ekstenderin köməyi ilə 1,5-2 sm əldə etmək olar. Uğurlar.
Huntel | 20 Sentyabr 2013 14:20
Salam hekim her gun suxoy vurmaqin ne kimi ziyani var boy artimina tesiri var? menim 15 yawim var.Birde bu yawda seksin ne kimi ziyani ola biler indiden tewekkurler.
Dr.Orxan Agabəyov | 23 Sentyabr 2013 07:14
Salam Huntel. Əgər masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var. Bu yaşda cinsi həyata başlayıb-başlamaq qərarını özünüz verməlisiz. Uğurlar.