Sabir | 23 Sentyabr 2013 10:15
salam doxtor..hardasa hefte erzinde 2 defe cinsi munasibetde oluram ve her defe de en azi 3-4 defe diyanmadan ola bilirem..wikayetimde odur ki gec bowaliram 1ci elaqe 8-10 deyqe olur sonraki muddetler 5 deyqe uzanir ve belede yoruluram ayaglarim taqetden duwur ama ehtiras yerinde qalir..duzdu bu partnyori qane eliyir ama men eziyet cekirem..bunun nese mualicesi var??..
Dr.Orxan Agabəyov | 25 Sentyabr 2013 04:33
Salam Sabir. Boşalmanın gecikməsinin bir necə səbəbi var: 1. cinsi əlaqə zamanı həyəcan. 2. masturbasiya nəticəsində, yaranmış, qeyri-adekvat erotik stereotip, yəni cinsi əlaqə vaxtı, masturbasiyadakı olan stimulyasiyanın(sürtünmənin və görüntülərin) olmaması və nəticədə boşalmanın gecikməsi. 3. hormonal səbəblər. 4. iltihabi səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
emin | 23 Sentyabr 2013 07:02
salam hekim men 5 gun olar ki bir qizla elaqede olmusdum ve onan sonra penisimin ucunda goynemeler olur ama axma yoxdu ve bu gun hekime muraciyet etdim dedi sende prostata infeksiya var ona gore bele olur sizce bu duzdu sidik analizide verdim dedi hecne yoxdu evellceden tesekurler
Dr.Orxan Agabəyov | 25 Sentyabr 2013 04:13
Salam Emin. Cinsi infeksiyaların olması, yalnız sidik analizinin əsasında təyin edilə bilməz. Düzgün diaqnostika edib, cinsi infeksiyaların olub-olmamasını təyin etməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
RAUL | 22 Sentyabr 2013 19:04
SALAM DOCTOR MEN IKI GUNDE BIR SUXOY VURURAM ZIYANDIRMI
Dr.Orxan Agabəyov | 25 Sentyabr 2013 04:12
Salam Raul. Əgər masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var. Uğurlar.
Ferid | 22 Sentyabr 2013 19:04
Hekim men spermaqrammadan analiz verdim
cavab beledir---
spermazoidlerin miqdari 12 mln
sizce bele miqdarla uwaq sahibi olmaq olar?
Dr.Orxan Agabəyov | 25 Sentyabr 2013 04:12
Salam Ferid. Əgər 1 ml-də 12 mln spermotozoid varsa, bu normadan az nəticə sayılır, normaya görə - 15 mln və daha çox spermotozoid olmalıdır. Müəyyən müalicə kursu keçmək məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Ismayil | 22 Sentyabr 2013 18:53
salam hekim.16 yashim var oqlanam. texminen 1 il evvel masturbasiya ile meshgul olada gordum ki spermamin cox hissesi sari rengde qalan az hissesi normaldir. 4 ay sonra hekime getdim hekimin mualicesi bir o qederde netice vermedi.hekim indi son 2aydir hiss eliyirem ki sidiye teztez gedirem.esasende granberry dermanini qebul etdikden sonra bele oldu.evveller yavas yavas sidiyimi az hiss etmeye basladim ve get gede azalmaga bashladi.indi oturanda bir o qederde hiss etmirem ki sdiyim gelir ama ayaga qalxib hereket etdiyim zaman sidiyim geldiyini hiss edirem ve texminen 1 aydir zeyiflik var.hekim burdan tualete gedirem ve cixiram cixdiqdan texminen bezen ele olur 5 deqiqeden sonra bir de tualete gedirem ele de olur sidiyim nisbeten gec gelir.bir de hekim tualete sidiyim gelen kimi cixanda guc vermeli oluram ama biraz sidiyim dolanda guc vermirem biraz gozduyuram ve siyirem.geceler texminen 1-2 defe tualete cixiram. bir de sidiyimde keskin qoxu var.qeyd edim ki hec cinsi elaqede olmamisam.
Dr.Orxan Agabəyov | 25 Sentyabr 2013 04:12
Salam İsmayıl. Sizdə sidik cinsiyyət sistemində güclü iltihabi prosessin əlamətləri var. Dəqiqləşdirib, müalicə kursu keçmək məsləhətdir. Uğurlar.
şura | 22 Sentyabr 2013 14:51
Salam,hörmətli həkim,mənim 42 yaşım var,1992 ci ildə hamiləykən yoldaşımdan ayrılmışam,21 ildir ki təkrar ailə qurmadan və bu günə kimi də heç vaxt cinsi əlaqədə olmamışam,40 yaşa kimi orqanizmimdə heç bir tələbat və ağrlar hiss etməmişəm,aybaşı tsiklim də normal gedişatla davam etmişdir,lakin sonr iki ildə özümü gərgin və ağır hiss etməyə başlamışam,boyunda,beldə,böyrəklərdə sıxılmalar,əsəb hiss edirəm,sonr iki ayda isə aybaşı tsiklim bir həftədən 3 günə enmişdir,çəkim gündən günə artmaqdadır,yarım il ərzində 6 kilo artmışam,özümdə cinsi oyanış hiss edirəm,ailə qurmaq marağım olmadığı üçün sizdən xahiş edirəm mənə tibbi preparatlarla müalicə metodu məsləhət görəsiniz,çünki artıq ayaqlarımda da ağırlaşma və yorğunluq hiss edirəm,özüm müəlliməyəm,bu əsəb və gərginlik mənə tərdis etməkdə maneçilik törədir
Dr.Orxan Agabəyov | 25 Sentyabr 2013 04:12
Salam Şura. Sizdə olan əlamətlərin psixoloji səbəbləri ilə yanaşı hormonal səbəbləri də ola bilər. Qinekoloqa müraciət edib, hormonları yoxlayıb müalicə keçməyiniz məsləhətdir. Hələki sakitləşdirici preparatlardan istifadə edə bilərsiz. Uğurlar.
Orxan | 22 Sentyabr 2013 09:57
Salam hekim size sualim odurki prezervatizsiz cinsi elaqede eger icine bowalmadiqda tripit olma ehtinali varmi?elaqeden sonra sidiye getmiwem.
Dr.Orxan Agabəyov | 23 Sentyabr 2013 08:42
Salam Orxan. Boşalmanın olub-olmaması cinsi infeksiyalarla yoluxma ehtimalına təsir etmir, yəni yoluxma şansı var. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Ayka | 21 Sentyabr 2013 19:57
Salam hekim.Men aileliyem 4 ildir ve men bu 4 ilde elaqe zamani bosala bilmirem bu neden ola biler.Ama uzr isteyirem adi filme baxarken veya oz ozume bosala bilirem.Sirf seks zamano cox cetinlik cekirem men ne edim ?
Dr.Orxan Agabəyov | 23 Sentyabr 2013 08:43
Salam Ayka. Ümumiyyətlə qadının orqazma çatması bir çox faktorlardan asılıdı -psixoloji faktorlardan, cinsi əlaqənin müddətindən (ola bilər ki, partnyorda boşalma tez olur, və müddət qadına orqazma çatmağa kifayət etmir). Bir də ki, bir çox qadınlar vaqinal stimulyasiya zamanı(cinsi əlaqə zamanı) orqazma çata bilmir - onlarda yalnız klitoral (klitorun stimulyasiyası zamanı) orqazm var. Qadın anorqazmiya probleminin müalicəsi var. Uğurlar.
Mamed | 21 Sentyabr 2013 14:25
salam doktor hormonlarin faiz derecesini nece yoxlaya bilerem kisi hormonlarinin faiz derecesi
Dr.Orxan Agabəyov | 23 Sentyabr 2013 08:41
Salam Mamed. Cinsi hərmonların səviyyəsini yoxlamaqdan ötrü, qanda həmin hormonlardan analiz verməlisiniz. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Salman | 21 Sentyabr 2013 13:17
Salam hekim. Men yaxma, sidik ve qandan analiz vermisem. Cinsiyyet orqanlarimda qizarti ve ici ag maye ile dolu qabarciqlar var. analizin neticesinde herpes askarlandi. bu neticeler var idi. kandida-tek-tek. herpesin miqdari normal 0.9-1.1 olmalidir. mende 5.25 idi. metaflora kok, birde sidiyin mueyyen qeder bulaniq olmasi. sizce bu herpesin elametleridir. ve eger herpesdirse en tesirli vasiteler nedi bu xesteliye qarsi. onceden tesekkue!
Dr.Orxan Agabəyov | 23 Sentyabr 2013 08:41
Salam Salman. Sizdə olan əlamətlər herpes virusunun əlamətləri xatırladır. Bu virusun kompleks müalicəsi nəticəsində uzunmüddətli remissiyalar(yəni əlamətsiz dövrlərə) nail olmaq olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.