Elnur | 24 Sentyabr 2013 10:33
Salam hekim bagislayin mende agir derecede oliqo azoospermiya diaqnozu qoyulub..spermanin faizi tek tek yazilib..bundan qabaq 5 faiz idi..mende af genital analizle mikoplazma uroplazma askarlanib ve buna da hekim mualice yazib mene...ama mualiceden sonra faiz daha da asagi enib...xahis edirem etrafli cavab yazasiniz..evvelceden cox sagolun..
Dr.Orxan Agabəyov | 26 Sentyabr 2013 04:09
Salam Elnur. Mikoplazma və ya ureaplazma bu tip problemlərdə səbəb ola bilməz. Birinci növbədə spermanın zəif olma səbəbləri dəqiq araşdırılmalıdır, sonra isə düzgün müalicə təyin edilir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Camal | 24 Sentyabr 2013 08:38
Salam hekim cinsi elaqe zamani mende bowalma tez olur 2ci defe olandada bu hal baw verir bunu uzatmagin mualicevi yolu var?
Dr.Orxan Agabəyov | 25 Sentyabr 2013 04:47
Salam Camal. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
nur | 24 Sentyabr 2013 05:34
Salam doktor. Ereksiya vəziyyətində penis çevrəsinin uzunluğu (penisin yoğunluğu) nə qədər olmalıdır? Qızlıq pərdəsindəki dəliyin diametri nə qədərdir? Qızlıq pərdəsini yırtmaq üçün penisin yoöunluğu nə qədər olmalıdır? Diqqətinizə görə sağ olun.
Dr.Orxan Agabəyov | 25 Sentyabr 2013 04:47
Salam Nur. Penisin 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Və deflorasiya prosesi üçün hansısa ölçülər deyil, ereksiyanın keyfiyyəti əsas sayılır. Uğurlar.
cemile | 23 Sentyabr 2013 17:43
salam .necesiz? sualim beledir..elaqe zamani qutara bilmirem.ama oz ozume cox tez tez bowaliram...ne edim ki cinsi elaqe zamani bowala bilim.hem de ki bu ne ile elaqedardi...men 1 ci sinifde oxuyandan beri oz ozume ayaqlarimi bir birine sixib qutarirdim ..bu mende problem yaratmaz ki uwaqliqdan oz ozume qutarmaq
Dr.Orxan Agabəyov | 25 Sentyabr 2013 04:33
Salam Cemile. Ümumiyyətlə qadının orqazma çatması bir çox faktorlardan asılıdı -psixoloji faktorlardan, hormonların səviyyəsindən, cinsi əlaqənin müddətindən (ola bilər ki, partnyorda boşalma tez olur, və müddət qadına orqazma çatmağa kifayət etmir). Bir də ki, bir çox qadınlar vaqinal stimulyasiya zamanı(cinsi əlaqə zamanı) orqazma çata bilmir - onlarda yalnız klitoral (klitorun stimulyasiyası zamanı) orqazm var. Uzunmüddətli asturbasiya boşalmamağa da səbəb ola bilər. Uğurlar.
emin | 23 Sentyabr 2013 14:39
salam,men aile gurmaga hazirlawiram.hansi analizleri vermeliyem .birde deyirler qanin uygun olub olmadiginida yoxlamag lazimdi.siz medi club dan bawqa hardasa iwleyirsiz?
Dr.Orxan Agabəyov | 25 Sentyabr 2013 04:27
Salam Emin. Bəli, Nyu-med klinikasında işləyirəm. Analizlər haqqında ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Fuad | 23 Sentyabr 2013 13:27
hekim menim sualim beledi men cinsi eleqede olanda 20-sayniyeye bosaliram bunu nece uzada bilerem ??
Dr.Orxan Agabəyov | 25 Sentyabr 2013 04:26
Salam Fuad. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Anonim | 23 Sentyabr 2013 12:34
Salam.....men bir mütdetdir bodybuildingle meşqulam ve tez tez mastrubasiya edirem bunun menim mesqime ve ya ezele kutleme ziyani ola bilermi?
Dr.Orxan Agabəyov | 25 Sentyabr 2013 04:33
Salam Anonim. Masturbasiyanın idman məşqlərinə birbaşa təsiri yoxdur, sadəcə məşqdən 5-6 saat qabaq və 2-3 saat sonra məşğul olmayın. Uğurlar.
ahmet | 23 Sentyabr 2013 12:10
Salam hekim impotensiya emeliyyati olanda insanin orqanina her-hansisa bir aparat yerlesdirilir ? evvelceden tesekkurlerimi bildirirem .
Dr.Orxan Agabəyov | 25 Sentyabr 2013 04:26
Salam Ahmet. Əgər söhbət falloprotezləşmə əməliyyatından gedirsə, bəli cinsi orqanın içinə aparat yerləşdirilir. Amma bu əməliyyata ehtiyac çox nadir hallarda olur. Uğurlar.
Elvin | 23 Sentyabr 2013 11:22
Doktor salam! Mende penisin ucunda goynemeler var idi. Goynemenin fonunda arada boyrek hissemde agramishdi. Amma sidik ifrazi zamani agri hiss elemirem. Sadece gün ərzində sidik kisəsinin dolu olması hissi var. Sperma xaric olandan sonra göynəmənin çoxalmasını hiss eləmişən. Xahiş edirəm məsləhət verəsiniz.
Dr.Orxan Agabəyov | 25 Sentyabr 2013 04:33
Salam Elvin. Sizdə olan əlamətlər, sidik -cinsiyyət sistemində olan iltihabi prosesin əlamətləridir. Dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
ayten | 23 Sentyabr 2013 10:42
Salam Doktor.26 yasim var. iki heftelik hamileyem.ilk hamilelikdir.son iki gunde qizdirmam 38.5 olur.qrip deyil.sadece qizdirma olur.maye qebul etdikden sonra kecir.bu hal normaldirmi?
Dr.Orxan Agabəyov | 25 Sentyabr 2013 04:27
Salam Ayten. Bu sualı qinekoloqa verməyiniz daha düzgün olar. Uğurlar.