ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
leyla | 25 Sentyabr 2013 15:13
salam hekim menim oglumun 6 yasi var indi 3 yasi olanda kriptorxizmden emeliy.olub sag terefden.sonradan deferle ayri ayri uroloq muayinesinde olub hahisi deyir normaldi.meni narahat eden xayalari yigilr,cox kicik olur ellen toxunduqda ici bos olur.sonuncu defe androloq muayinesinde olub onda da hormonlardan analiz vermisik cavabi pis cixmadi .hekim xroniki qonadotropin 500 ed.yazdi .tekrar muayinede yene bu iyneden yazdi.amma xayalari yene yigilir ve yigilan zaman cox kicik olur. birde cisiyyet orqani yasidlarina gore kicikdir.meni cox narahatam ki gelecekde problem ola biler,bir seyide qeyd edim ki isti sudan cixdiqda xayalari yerinde olur.cox xahis edirem mene komek edisizki, ne etmeliyem.sagolun.
Dr.Orxan Agabəyov | 26 Sentyabr 2013 04:26
Salam Leyla. Hər yaşa görə xayaların ölçü normativləri var, əgər oğlunuzda xaya ölçüləri normaya uyğundursa, narahat olmayın. Ölçüləri və  normativləri uşaq uroloqu ilə məsləhətləşin. Uğurlar.
Mehdi | 25 Sentyabr 2013 11:23
Salam.... Sualim bele di ki.. idman eden biri.. cinsi elaqede normaldaa heftede ve ya aydaa nece defe olmalidi..?? ve birde tez tez cinsi elaqe insani ariglata bilermi..?? normalda idmanlaa mesqul olan cinsi elaqede nece defe olmalidi aydaa ve ya heftede.?? tshk...
Dr.Orxan Agabəyov | 26 Sentyabr 2013 04:26
Salam Mehdi. Hər yaşa görə müəyyən normativlər olsada(məsələn 25-30 yaşlı kişilərdə - həftədə 3-4 dəfə), cinsi həyatın ritmi individualdır. İdmanla məşğul olmaya və arıqlamağa cinsi həyatın birbaşa aidiyyatı yoxdur, sadəcə məşqdən 5-6 saat öncə və 2-3 saat sonra cinsi əlaqədə olmaq məsləhət deyil. Uğurlar.
resad | 25 Sentyabr 2013 09:57
salam hekim.menim sol xayam herden sancir.bu neden ola biler?birde iyun ayinda sperma analizi vermisdim hereketlilik 50% cixdi.sizce bu azdi?spermani evde goturub analiz ucun aparmaq olar?maxsimum ne qeder muddete catdirmaq lazimdir?cox xahis edirem cavab yazin.evvelceden tesekkur edirem.cox sag olun
Dr.Orxan Agabəyov | 26 Sentyabr 2013 04:25
Salam Resad. Xaya ağrılarının səbəbi, müxtəlif ola bilər - epididimit(xaya artımının iltihabı), varikosele(damar genişlənməsi), orxit(xayaların iltihabı). Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Spermoqrammanı klinika şəraitində vermək daha düzgün variantdı. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Ramil | 25 Sentyabr 2013 07:57
Salam. men 5 aydir evliyem. heftede en azi 2-3 defe cinsi elaqede oluruq. yodasimda hec bir problem yoxdu. evliliye qeder hec bir qizla cinsi elaqede olmamisam. yeni yoldasimin hamile qalmamasi mende her hansi xesteliyin olmasi mumkundurmu?
Dr.Orxan Agabəyov | 26 Sentyabr 2013 04:25
Salam Ramil. Cİnsi infeksiyaların olması mümükün deyil, amma spermanın göstəriciləri nigahdan oncə olan cinsi həyatdan asılı olmayada bilər, ona görədə spermoqramma verin və əgər göstəricilər normaya uyğundursa narahat olmayın. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
nur | 25 Sentyabr 2013 05:50
Salam doktor. Tezliklə toyum olacaq ona görə də deflorasiya ilə əlaqədar məlumat almaq istərdim. Dinimiz İslam kəbnsiz qadınla əlaqədə olmağı qadağan edir. Ona görə də qızla olmamışam. Birinci dəfə toy gecəsi qızla olacağam. Deflorasiyanın videosuna internetdən baxmışam. İnternetdən oxumuşam ki, qızlıq pərdəsində olan aybaşı qanının axması üçün olan dəliyin diametri bəzən çox böyük olur və pərdə elastik olur ki, penis bu dəlikdən pərdəni yırtmadan keçir və qanama olmur. Belə bir şey ola bilər? Deflorasiya zamanı qanaxma nə qədər olur? (eşitdiyimə görə bir çay qaşığı miqdarında olur ) Qanaxma çox olarsa nə etməli? Bir də eşitmişəm ki, pərdə yırtılan kimi, əlaqəni kəsmək lazımdır ki, qanama dayansın. Sürtünmə qanamanı gücləndirir. Zifaf gecəsi qızlıq pərdəsi yırtılandan sonra vaginanın içinə boşalmaq olar yoxsa pərdə yırtılan kimi qan gəldisə əlaqəni kəsmək lazımdır. Geniş cavab yazmağınızı xahiş edirəm. Diqqətinizə görə çox sağ olun.
Dr.Orxan Agabəyov | 26 Sentyabr 2013 04:53
Salam Nur. 1. Deflorasiya zamanı qanaxma olmaya da bilər. 2. Toy gecəsi vaqinaya boşalmaq olar. 3. Toy gecəsi haqqında saytdakı məqalədən ətraflı oxuya bilərsiz. Uğurlar.
rahib | 24 Sentyabr 2013 21:42
salam hekim qerpes xesteliyi niye tam mualice olunmur
Dr.Orxan Agabəyov | 26 Sentyabr 2013 04:11
Salam Rahib. Hələki dünyada herpes virusunu tam aradan qaldıran preparatlar mövcud deyil. Amma düzgün müalicə ilə uzunmüddətli remissiya(əlamətsiz dövrlər) əldə etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
elxan | 24 Sentyabr 2013 18:32
salam hekim size sualim erken bosalma hakdadi cinsi elaqiye giren kimi 1deqiqe cekmir
Dr.Orxan Agabəyov | 26 Sentyabr 2013 04:11
Salam Elxan. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
samira | 24 Sentyabr 2013 16:30
salam hekim size sualim beledir men 5il bunnan qabaq kesr olmuwam kesr zamani belime iyne vurublar.mende indi bel aqrisi var bu aqri ayaqlarimada vurur.mumkunse cavab yazardiz
Dr.Orxan Agabəyov | 26 Sentyabr 2013 04:10
Salam Samira. Bu sualı qinekoloqa və ya nevropatoloqa verməyiniz daha düzgün olar. Uğurlar.
ramin | 24 Sentyabr 2013 13:09
Salam hekim meni sualim budur. men 5 il muddetinde yaxshi cinsi elaqe yashamisham. en azi gunde ve daima 2 defe boshala bilrdim elbetde muddetide meni ve qarshi terefi qane edirdi. son 2 ildi ise meni hec qane etmi ve son gunlerde hec cinsi heyat yashaya bilmirem. qorxduqum odurki impotentlik yarana biler. bunun mualicesi varmi? ve siz bu barede nece komeklik ede bilersiniz?
Dr.Orxan Agabəyov | 26 Sentyabr 2013 04:10
Salam Ramin. Bəli, bu tip problemlərin müalicəsi var. 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın, çalışaram Sizə kömək edim. Uğurlar.
Ramin | 24 Sentyabr 2013 12:11
Analiz Adı Nəticə 1 Nəticə 2 #Ölçü Birimi #Normal Değerler Kliniki laboratoriya Cinsi pəhriz 4 gün Eyakulytın miqdarı 2.9 ml N(>2) Rəngi ağımtıl-boz ağımtıl-boz İyi spesifik spesifik Konsistensiya 0.7 sm H(0.1 - 0.5) Durulaşma müddəti 50 dəq. dəq N(15 - 60) 1 ml-dəki spermatozoidlərin sayı 15.0 mln L(>20) Ph 7.5 PH N(7.2 - 8) Ümumi həcmdəki spermatozoidlərin sayı 43.5 mln N(>40) 1.Aktiv irəli hərəkətli (A) 23 % L(>25) 2.Zəif irəli hərəkətli (B) 27 % N(>25) 3.Zəif və ya (dairəvi hərəkətli)(C) 19 % N(
Dr.Orxan Agabəyov | 26 Sentyabr 2013 04:10
Salam Ramin. Spermoqrammanın əsas göstəricilərin tam olaraq yazmamısınız, amma müəyyən problemlərin olmasını artıq qeyd etmək olar. Uğurlar.