Yaqub | 28 Sentyabr 2013 16:10
Salam hekim menim 17 yasim var ve mende cinsi orqanda zeyiflik hiss edirem cinsi orqanin normal uzunlugu 4-5 sm maxsimum ise 11-12 sm olur bunun zeyiflikle elaqesi var? Ve ya bu mene gelecekde problemler yarada biler?
Zehmet olmasa cavablayardiz.
Dr.Orxan Agabəyov | 30 Sentyabr 2013 04:27
Salam Yaqub. Cinsi orqanın ölçülərinin, cinsi zəiflik probleminə aidiyyatı yoxdur. Cinsi zəiflik müxtəlif psixoloji və orqanik səbəblərdən yarana bilər. Uğurlar.
seymur | 28 Sentyabr 2013 13:08
salam.hekim.menim.cinsiyet.orqanimda.sisme.var.xesdeyem.soyuq.olub..sislik.neden.olar cox.qorxuramki.o.sis.basqa.bir.sey.olar.kisiliyim.geder.26.yasim.var.subayam
Dr.Orxan Agabəyov | 30 Sentyabr 2013 04:27
Salam Seymur. Belə problemlərdə, ən yaxşısı əyani qəbula gəlməkdi, nəzəri olaraq bir söz demək olmur. Uğurlar.
Zoya | 28 Sentyabr 2013 11:08
Salam. Menim oglumun xayasinin biri yuxaridadir, asagi dusur, amma sonra yene de qalxir. Hekimler deyirler emeliyyat olunmalidir. Oglumun 2 yasi var. Bilmek isteyirem bu cetin emeliyyatdir? Bir de harani meslehet gorerdiniz emeliyyat ucun?
Dr.Orxan Agabəyov | 30 Sentyabr 2013 04:27
Salam Zoya. Kriptorxizm problemində əməliyyat nə qədər tez olarsa, bir o qədər yaxşıdır və əməliyyat o qədər də çətin əməliyyat sayılmır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Rafael | 28 Sentyabr 2013 02:26
Salam hekim qızlıq perdesinin yırtılması üçùn maksimum ölçü neçe sm- olmalıdır?menim penisimin uzunluğu 10 sm-dir,birde ki,sol xayamda damar genişlenmesi var bu problem yaratmaz ki,gelecekde? Xahiş edirem sualima cavab verin.
Dr.Orxan Agabəyov | 30 Sentyabr 2013 04:27
Salam Rafael. Toy gecəsində uğursuzluq, ölçülərə görə deyil, daha çox ereksiya(sərtlik) problemləri nəticəsində yaranır. Varikosele(damar genişlənməsi) - kişi sonsuzluğunun ən əsas səbəblərindəndir. Varikoselenin, yalnız cərrahi müalicəsi(əməliyyat) var. Amma birinci növbədə, spermoqramma verin və öz göstəricilərinizi, normal göstəricilərlə müqayisə edin. Əgər göstəricilər, normaya uyğun deyilsə - əməliyyat etmək vacibdir. Uğurlar.
Brake | 27 Sentyabr 2013 15:52
Salam...15 yashli bir insanin varikosel olma ehtimali ne qederdir? Chunki mende esasen sol xayada damar genishlemesi var.....ve bezen mastrubasiyadan sonra aghrilar olur xayada.......mene hansi neslehetleriniz ola biler?
Dr.Orxan Agabəyov | 28 Sentyabr 2013 07:48
Salam Brake. Varikosele adəətən gənc yaşlarında yaranır. Birinci növbədə ağrıların səbəbi müəyyənləşdirilməlidir - bunun üçün xayaların doppler müayinəsindən keçmək məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Ruslan | 27 Sentyabr 2013 13:18
salam hekim. mende varikoseli var 2 ci derecelidi bütün analizlər vermişəm hər şey qaydasindadır. heç bir problem yoxdur. toyuma 15 gün qalıb mən bilmək istərdim ki 2-ci dərəcəli varikosel mene hansısa problemlər yarada bilər gələcəkdə. uşağın olması ilə bağlı.?
Dr.Orxan Agabəyov | 28 Sentyabr 2013 07:48
Salam Ruslan. Varikosele - kişi sonsuzluğunun ən əsas səbəblərindəndir. Varikoselenin, yalnız cərrahi müalicəsi(əməliyyat) var. Amma birinci növbədə, spermoqramma verin və öz göstəricilərinizi, normal göstəricilərlə müqayisə edin. Əgər göstəricilər, normaya uyğun deyilsə - əməliyyat etmək vacibdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Nazim | 27 Sentyabr 2013 09:55
Salam hekim.Üzr istəyirəm mən intim elaqəyə çox erkən yəni 14 yaşdan başlamışam.demək olar o gündən bu günə her gün masturbasiya edərək boşalıram.hal hazırda 35 yaşım var.iş heyatım gergin olur yorucu hetta coxsaylı yuxusuz gecələr.esas bu deyil men qadınla olduğum zaman saatlarla ünsiyyətdə oluram yazıqlar meni superman hesab edirlər.esil heqiqət isə onlar 10 dəfə boşaldığı halda men 1 dəfədə boşala bilmirəm.yalnız elə seksdən sonra masturbasiya ilə boşalıram.elə buna görədə evlənmirəm.mənə elə gəlir ki bu psixoloji problemdir amma yenə fikrinizi bilmək istərdim.arada fasilə vermək istəsəmdə masturbasiyaya bu maksimum 3 gün çəkir.menə deyiblər eger 1 ay dözə bilsən bu problem öz həllin tapar.bu doğrudurmu.təşəkkürlər
Dr.Orxan Agabəyov | 28 Sentyabr 2013 07:48
Salam Nazim. Boşalmanın gecikməsinin bir necə səbəbi var: 1. cinsi əlaqə zamanı həyəcan. 2. masturbasiya nəticəsində, yaranmış, qeyri-adekvat erotik stereotip, yəni cinsi əlaqə vaxtı, masturbasiyadakı olan stimulyasiyanın(sürtünmənin və görüntülərin) olmaması və nəticədə boşalmanın gecikməsi. 3. hormonal səbəblər. 4. iltihabi səbəblər. Sizdə böyük ehtimalla bu problem masturbasiya ilə bağlıdır, amma yalnız fasilə vermək nəticə verməyədə bilər. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
seva | 27 Sentyabr 2013 05:51
Salam Orxan doktor.size sualim menim toyum 4aydi olub bu muddet erzinde cinsi elagede olan zaman maksimum bu muddet erzinde 4 5defe kutarmiwam bilmek istiyirem bu neden irelli gelir nerviden olar ve ne etmeliyem
Dr.Orxan Agabəyov | 28 Sentyabr 2013 07:48
Salam Seva. Ümumiyyətlə qadının orqazma çatması bir çox faktorlardan asılıdı -psixoloji faktorlardan, hormonların səviyyəsindən, cinsi əlaqənin müddətindən (ola bilər ki, partnyorda boşalma tez olur, və müddət qadına orqazma çatmağa kifayət etmir). Bir də ki, bir çox qadınlar vaqinal stimulyasiya zamanı(cinsi əlaqə zamanı) orqazma çata bilmir - onlarda yalnız klitoral (klitorun stimulyasiyası zamanı) orqazm var. Uğurlar.
Zamiq | 26 Sentyabr 2013 19:39
Salam hekim.varikoselin tebii yolla mualicesinde velosiped surmekle beraber bawqa hansi usullar var?
Dr.Orxan Agabəyov | 27 Sentyabr 2013 06:18
Salam Zamiq. Varikoselenin heç bir təbii və ya dərman müaəlicəsi yoxdur. Əlbəttə ki velosiped sürməkdə, varikoseleyə heç bir təsir göstərmir. Varikosele - kişi sonsuzluğunun ən əsas səbəblərindəndir. Varikoselenin, yalnız cərrahi müalicəsi(əməliyyat) var. Amma birinci növbədə, spermoqramma verin və öz göstəricilərinizi, normal göstəricilərlə müqayisə edin. Əgər göstəricilər, normaya uyğun deyilsə - əməliyyat etmək vacibdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
ARİF | 26 Sentyabr 2013 17:26
Salam doktor! . Şəkərli diabet-xroniki prostatit nəticəsində baş verən erektil disfunksiyanın müalicəsi mümkündürmü?
Dr.Orxan Agabəyov | 27 Sentyabr 2013 04:56
Salam Arif. Bəli, mümkündür, sadəcə diabetin damarlara təsiri minimuma endirilməlidir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.