Rowka | 30 Sentyabr 2013 20:04
Salam hekim,,valikosel emeliyat olunmamasi sonsuzluga getirib cixarir?birdeki cinsi orqanin tam berkimemesi neden ola biler?evvelceden tewekkurler
Dr.Orxan Agabəyov | 2 Oktyabr 2013 03:17
Salam Rowka. 1. Varikosele - kişi sonsuzluğunun ən əsas səbəblərindəndir. Varikoselenin, yalnız cərrahi müalicəsi(əməliyyat) var. Amma birinci növbədə, spermoqramma verin və öz göstəricilərinizi, normal göstəricilərlə müqayisə edin. Əgər göstəricilər, normaya uyğun deyilsə - əməliyyat etmək vacibdir. 2. Ereksiya(sərtlilik) problemlərinin səbəbləri - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.) ola bilər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
leyla | 30 Sentyabr 2013 19:02
salam hekim bagislayin yene sizi narahat edirem men ginekolaqa getdim ve yoxlandim. hekim dedi bakiresen ama qasinmadan perdeye qeder sepmisen perdenin dibi de yaradi. mualice yazdi . men hekimin yanindan cixandan 4 5 saat sonra usaxliq yolunda ara veve vere sanci oldu sanki iyne batirmis kimi ve 2 gun davam eledi sizce bu ne ile elaqedardir?hekim baxarken perdeni zedeleye bilermi? yoxsa baxdigina gore sanci olub?indiden cavabiniza gore tesekkur
Dr.Orxan Agabəyov | 2 Oktyabr 2013 03:17
Salam Leyla. Xeyr, baxış zamanı zədələnmə ehtimalı yoxdur. Bu sancılar müəyyənləşmiş yara ilə bağlı ola bilər, amma hər halda qinekoloqla məsləhətləşin. Uğurlar.
Ramin | 30 Sentyabr 2013 15:42
Salam, mende bezi hallarda ehtirasin artdiqi vaxt cinsi orqanimdan ag sheffaf maye axini olur sebeb kimi ne ola biler. tessekur
Dr.Orxan Agabəyov | 2 Oktyabr 2013 03:17
Salam Ramin. Bu şirə, çox güman ki, Kuper vəzilərinin ifraz etdiyi şirədi və hansısa xəstəliyin əlaməti deyil. Bu şirə, sürtgü(smazka) funksiyasını yerinə yetirir və cinsi əlaqənin komfortlu(rahat) keçməyi üçündür. Uğurlar.
esmira | 30 Sentyabr 2013 12:26
Salam hekim bagiwlayin narahat edirem men yeni aile qurmuwam qorxdum ve vaxtinnan tez aybawi oldum sadece 1 2 saat qan geldi sonra qutardi.ama indi cinsi elaqe zamani mennen qan gelir hemde cox bu neden ola biler qorxulu ne ise ola biler onuda deyim ki men mualice olunurdum yeni qutarmiwdi mualicem xaiw edirem cavab yazin onceden tewekkurler
Dr.Orxan Agabəyov | 2 Oktyabr 2013 03:16
Salam Esmira. Bu sualı qinekoloqa verməyiniz daha düzgün olar. Uğurlar.
Ferhat | 30 Sentyabr 2013 07:48
Salam Hekim.Menim bele bir sualim var.3 aydir ki, evliyem 3 ay erzinde normal 2-3 defe cinsi elaqede olmusam,Lakin problem beledirki menim penisimin bas hissesi cinsi elaqe zamani siserek boyuyur buda mene elaqde olmaga mane olur.Yeni ola bilmirem.Butun analizlerden kecmisem,Her sey normaldir,Sadece penisin bas hissesi cox boyuk oldugu ucun elaqede ola bilmirem.Bunu nece hell etmek olar,cox xais edirem ki mene cavab yazasiniz.
Diqqetinize gore minnetdaram
cavabinizi gozleyirem
Dr.Orxan Agabəyov | 2 Oktyabr 2013 03:16
Salam Ferhat. Bu situasiyada lubrikantlardan(sürtgülər) istifadə etmək, problemi aradan qaldırar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
resad | 29 Sentyabr 2013 18:10
salam hekim.sualimi cavablandirdiginiz ucun cox sag olun.hekim analizin cavablari beledir;yumsalma vaxti 30deq.pH 7,30.spermatozoidlerin sayi 20mln.aktiv hereketleri 50%.zeif hereketleri 30%.hereketsizler 20%.bas hissesinin rezistentliyi ikilesmis.quyruq hissesinin quyruqsuz.aqlyutunasiya epitel huceyreleri 1-2g/s.leykositler 4-5g/s.eritrositler 7-8g/s.lesitin denesi maya gobeleyi yox Tr.vaginalis tapilmadi.hekim xahis edirem netice necedi yazin.bu gostericiler yoldasimda hamileliyin inkisafdan qalmasina sebeb ola biler?
Dr.Orxan Agabəyov | 30 Sentyabr 2013 04:46
Salam Resad. Hamiləliyin inkişafdan qalma səbəbi, hamiləlik vaxtı cinsi infeksiyalarla yoluxma ola bilər(reinfeksiya). Bu problemdə spermoqrammada əsas morfologiya normaya uyğun olmalıdır, əgər belədirsə - kişi faktoru inkar olunur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Revan | 29 Sentyabr 2013 05:23
Salam hekim menim 20 yashim var. Cinsi orqanimin uzunlugu 13sm dir bu ise meni narahat edir. Evli deyilem amma gelecekde menim ucun her hansi bir prablem olmasindan cekinirem.Bir de boyuma gore cox arigam 188 boy 65 kq ceki. Vitamin catismamazliginin cinsi orqanin uzunlugunda her hansi bir ehemiyyeti varmi ?
Dr.Orxan Agabəyov | 30 Sentyabr 2013 04:45
Salam Revan. Penisin 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Penisin ölçülərinə vitamin çatışmamazlığı və arıqlıq təsir etmir, ölçülər daha çox genetikadan aslıdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
hesen | 28 Sentyabr 2013 20:30
Salam hekim menim cinsi orqanim sertlesmir (berkimir ) cinsi elaqede ola bilmirem , varikoselimde var....zeyifliyimde sertlesmemek varikozdan olar biler Xahis edirem sebebini
billdiresiniz.......
Dr.Orxan Agabəyov | 30 Sentyabr 2013 04:45
Salam Hesen. Varikosele probleminin cinsi zəiflyə aididyyatı yoxdur. Cinsi zəifliyin səbəbləri müxtəlif - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.) ola bilər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
MuRaD | 28 Sentyabr 2013 18:47
Salam...Men sizi cinsi kiciklikle bagli narahat edirem 19 yasim tamam olmayib ..hundur boyam hersey normaldi amma 1 prablem var oda cinsi orqanimi balaca olmasidi men sizden virtual komek isdeyirem..Bir hekim olaraq siz bucur prablemlerle cox rastlawmisiz..Yeqinki gozuyumluda cavablandira bilersiz...sizden done done xais edirem mene komek edin...Tewekkurler indiden...
Dr.Orxan Agabəyov | 30 Sentyabr 2013 04:45
Salam Murad. Penisin 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Penisin inkişafı adətən 17-19 yaşa kimi davam edir, ola bilər Sizdə hələ inkişaf getsin. Uğurlar.
ELSHAD | 28 Sentyabr 2013 16:55
Salam.Men varikoselden operasiya olmusam.operasiyadan qabaq analizde ireli,celd,duz hereketli 1% idi.operasiyadan sonra ise 7% cixdi.spermanin faizi normal hedde catmasi ucun ne qeder mualice olmaq lazimdir.normal sperma nece faiz olmalidir?evvelceden tesekkurumu bildirirem
Dr.Orxan Agabəyov | 30 Sentyabr 2013 04:39
Salam Elshad. Spermoqrammada irəli hərəkətli spermotozoidlərin normada 32%-dən çox olmalıdır. BU tip problemlərdə, müalicə müddəti individualdır, adətən 3-6 ay çəkir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.