shamil | 2 Oktyabr 2013 11:06
salam doktor men vaxtindan tez bosaliram. 1 DEQIQE cekir. nece mualice etmey olar? siz ne meslehet gorerdiniz mene?
Dr.Orxan Agabəyov | 3 Oktyabr 2013 04:29
Salam Shamil. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Saday | 2 Oktyabr 2013 07:50
Salam hekim.varikos xesteliyin geniw yazardiz birde mende penis biraz gec 1 deq berkiyır.bunun sebebini yazardiz cox sagol
Dr.Orxan Agabəyov | 3 Oktyabr 2013 04:29
Salam Saday. 1. Varikosele xəstəliyi haqqında ətraflı saytda olan, varikosele məqaləsindən oxuya bilərsiz. 2. Ereksiya problemlərinin müxtəlif - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.) ola bilər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
nazim | 2 Oktyabr 2013 06:19
salam hekim,menim testisimin on terefi bezi vaxtlar asagiya dogru dusur,uziye de duwmuwem varikosele yoxdur,hem de sol testisim biraz asagi meyillidir,sizce bu masturbasiyanin elameti ola bilermi,evvelceden tesekkurler
Dr.Orxan Agabəyov | 3 Oktyabr 2013 04:29
Salam Nazim. Masturbasiyanın xayaların yerləşməsinə, heç bir aidiyyatı yoxdur. Sol xaya adətən sağ xayaya nisbətən daha aşağıda yerləşir, narahat olmayın. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Arzu | 1 Oktyabr 2013 23:09
Salam həkim.Məndə penis ölçüsü 3 ereksiyada isə 13 sm olur.Adi halda bu qədər kiçik olması normaldırmı? Əvvəllər həftədə 3-4 gün masturbasiya edərək özümü təmin edirdim.Bir neçə aydır özüm istəməsəm masturbasiya demək olar ki heç olmur Ayda 4-5 dəfəyə qədər düşüb.Spermanın miqdarı da azalıb.Cinsi əlaqədə olmamışam istəyim də azdır.22 yaşım var.Bu halları aradan qaldırmağa mənə kömək edin.Çox sağolun
Dr.Orxan Agabəyov | 2 Oktyabr 2013 03:38
Salam Arzu. Sizdə potensiyanın zəifləməsi halları var. Səbəblər müxtəlifdir - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.). Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın, çalışaram Sizə kömək edim. Uğurlar.
ramin mm | 1 Oktyabr 2013 22:29
salam hekim birdefe men velosipetden yixildim xayam cirilmisdi yumurtalar gorsenirdi onuda heckime demedim ozu bitisdi ve sonralar men qadinla olanda bosala bilmirem ancaq elimle ederken bosaliram bunun sebebi nede mene cavab vere bilersiz sizden cavab gozleyirem
Dr.Orxan Agabəyov | 2 Oktyabr 2013 03:37
Salam Ramin mm. Əgər masturbasiya vaxtı, Sizdə boşalma olursa, deməli aldığınız travmanın yaranmı problemlərə aidiyyatı yoxdur. Boşalmanın gecikməsinin bir necə səbəbi var: 1. cinsi əlaqə zamanı həyəcan. 2. masturbasiya nəticəsində, yaranmış, qeyri-adekvat erotik stereotip, yəni cinsi əlaqə vaxtı, masturbasiyadakı olan stimulyasiyanın(sürtünmənin və görüntülərin) olmaması və nəticədə boşalmanın gecikməsi. 3. hormonal səbəblər. 4. iltihabi səbəblər. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
A.Namik | 1 Oktyabr 2013 21:21
salam doktor meni bagishlayin sualima gore menim 35 yashim var penisimin galimligi ve bir az uzunligu narahat edir sizde ele bir preparatlar vear ki onu biyudmek ve galinlashdirmag olsun.Birde cox sagolun.Xahish edirem mene komeklik edesiz.
Dr.Orxan Agabəyov | 2 Oktyabr 2013 03:37
Salam A. Namik. Penisin 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Penisin ölçülərinə heç bir preparat, təsir etmir. Cinsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Liqamentotomiya nəticəsində, 3-5 sm, ekstenderin köməyi ilə 1,5-2 sm əldə etmək olar. Uğurlar.
rehim | 1 Oktyabr 2013 16:50
salam hekim menim oqlumun 11yasi var onun xayalarinda herden aqrilar olur birde seherler onda ereksya olmalidirmi
Dr.Orxan Agabəyov | 2 Oktyabr 2013 03:37
Salam Rehim. Xeyr, bu yaşda səhərlər ereksiya olmamalıdır. Xaya ağrıları ilə bağlı uşaq uroloquna müraciət edin və səbəbini müəyyənləşdirin. Uğurlar.
AKIF | 1 Oktyabr 2013 12:12
SALAM SPERMA OZU OZUNA AXA BILARMI
Dr.Orxan Agabəyov | 2 Oktyabr 2013 03:37
Salam Akif. Xeyr, əgər sperma öz-özünə axırsa, deməli cinsiyyət sistemində hansısa problem var. Birinci növbədə, axan ifrazatı səbəbini müəyyənləşdirmək lazımdır, sonra isə müalicə kursu keçmək. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilrərsiz. Uğurlar.
yusiff | 1 Oktyabr 2013 06:10
salam həkim.mende penis ehtiraslı veziyyetde olanda şəffaf maye gelir 4-5 damcı.bezende 7-8 damcı.soram kesilir,normal cinsi elaqede olur.bildiyime gore prostat şiresidi.ama son zamanlar bir az çoxalıb.bu 1 az narahat edir meni??? 4ox sagolun,ugurlar
Dr.Orxan Agabəyov | 2 Oktyabr 2013 03:18
Salam Yusiff. Bu şirə, çox güman ki, Kuper vəzilərinin ifraz etdiyi şirədi və hansısa xəstəliyin əlaməti deyil. Bu şirə, sürtgü(smazka) funksiyasını yerinə yetirir və cinsi əlaqənin komfortlu(rahat) keçməyi üçündür. Uğurlar.
Aliko | 30 Sentyabr 2013 23:21
Slm. Men durdug yerde oz ozune Azda olsa boshaliram bu neden di bilmek isteyirem .. Yaxin dostlarimin dediyine gore tripit deyen xestelikden di eger beledirse nece mualice ala bilerem???
Dr.Orxan Agabəyov | 2 Oktyabr 2013 03:17
Salam Aliko. Əgər Sizdə hansısa ifrazat olursa, cinsi infeksiyalar mütləq yoxlanmalıdır. Bu situasiyada yalnız tripper(qonoreya) deyil, başqa cinsi infeksiyalarda ola bilər. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.