ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
ilkin | 5 Oktyabr 2013 09:50
men cinsi aktdan sonra cox zeifleyirem.ozumu enerjisi tukenmish kimi hiss edirem. cavabinizi sebirsizlikle gozleyirem.minnetdarliqimi bildirirem.
Dr.Orxan Agabəyov | 6 Oktyabr 2013 14:52
Salam İlkin. Sizdə potensiyanın zəifləməsi halları var. Səbəblər müxtəlifdir - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.). Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Xeyyam | 5 Oktyabr 2013 06:14
Salam Hekim Mende eveller sidiyden sora axma olurdu indi ise bele bir hadise olmur amma boyreklerim arxa yeni bel terefen agrayir hemde cox taqetsiz gucsuz oluram bunun sebebini yazin evvelceden teshekkur
Dr.Orxan Agabəyov | 6 Oktyabr 2013 14:52
Salam Xeyyam. Sizdə sidik-cinsiyyət sistemində iltihabi prosess var. Dəqiqləşdirib, müalicə kursu keçmək məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Zaur | 5 Oktyabr 2013 01:17
salam.Menim qohumlarimin hec birinde agciyer xesteliyi olmayib ama cox tessuf ki men genc yawimda sol ag ciyerin ust payinda leke emele gelmiwdi mualice oldum ve sagaldim herb xidmete bele yarar li oldum gedib geldim.Ozum uwaqliqdan idmanla mewqul oluram indiyene qeder ama her gun cinsi elaqede demek olar ki oluram 2 ci defe zorla bowaliram.ama 1 ci defe 1 deq bowaliram. Bu ay aile heyati quracam bilmek istiyirem menim xesteliyim yei ag ciyerimde olan problem uwagim olsa onda olacaq ? Ola bilersede mene ne meslehet gorerdiz ne ede bilerem cox xahiw edirem indiden size tewekgur edirem cox sagolun
Dr.Orxan Agabəyov | 6 Oktyabr 2013 14:52
Salam Zaur. Ağ ciyərdə olan problemlər, cinsi yolla ötürülmür və genetik deyil, yəni uşaqda olmayacaq. Amma Sizdə erkən boşalma var. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
semed | 4 Oktyabr 2013 20:59
salam hekim zehmet olmasa cavab vererdiz.men tripit olmuwdum mualice olundum axitma yoxdu amma bedende sepkiler var.bu kececek.xaiw bir meslehet verin .evvelceden tewekkurler
Dr.Orxan Agabəyov | 5 Oktyabr 2013 07:27
Salam Semed. Bədəndə olan səpgilərin, tripper(gonoreya) xəstəliyinə heç bir aidiyyatı yoxdur. Səpgilərin yaranma səbəbini dəqiqləşdirin və müalicə kursu keçin. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Elekber | 4 Oktyabr 2013 20:01
Salam hekim size bir sual vermek isteyirem.Qadinla her gun cinsi elaqede olmaq onun usaga qalmaq ehtimalini azaldirmi? yeni gundelik sperma ifrazi oten gundekini mehv ede bilermi? Bir cinsi elaqeden sonra ne qeder vaxt gozlemek lazim olur ki qadinin usaga qalmasini bilmeye? Evvelceden oz tesekkurumu bildirirem.
Dr.Orxan Agabəyov | 5 Oktyabr 2013 07:27
Salam Elekber. Hamiləlik planlaşdırılırsa, günaşırı cinsi əlaqədə olmaq daha düzgün sayılan variantdır.  Əgər qadında menstruasiya(aybaşı) olmadısa, hamiləlik testi ilə yoxlayın, sonra isə USM-dən keçin, yəni təxminən 1 ay ərzində öyrənmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
ruslan | 4 Oktyabr 2013 12:35
salam hekim xais edirem sualima cavab veresiniz.mende boyuk bayira cixdiqdan sperm gelir ,ne kadar mualice almisam xeyri yoxdu.
Dr.Orxan Agabəyov | 5 Oktyabr 2013 07:14
Salam Ruslan. Bu prostat vəzidə, durğunluq fonunda yaranmış iltihabi prosessin(konqestiv prostatit) əlamətidir. Düzgün müalicə təyin edilsə, Sizi narahat edən əlamətlər aradan qalxar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Nizami | 4 Oktyabr 2013 11:18
Salam doktor.Menim herden xayalarimda agrilar olur.Birinci elaqede tez bowaliram ikinci elaqe ise gec biwaliram..Birde bowaldiqdan sonra cinsiyetim tez balacalawir oda hemiwe olmur arada bir olur.Bu hansisa xesteliyin meselen damar geniwlenmesinin elameti ola bilermi??
Dr.Orxan Agabəyov | 5 Oktyabr 2013 07:14
Salam Nizami. Xaya ağrılarının səbəbi, müxtəlif ola bilər - epididimit(xaya artımının iltihabı), varikosele(damar genişlənməsi), orxit(xayaların iltihabı). Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
seyfeddin | 4 Oktyabr 2013 08:46
salam hekim menim penisim 15 sm dir onu tebiti yola nece boyutmek olar
Dr.Orxan Agabəyov | 5 Oktyabr 2013 07:14
Salam Seyfeddin. Penisin 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Penisin ölçülərini heç bir təbii vasitə ilə artırmaq olmaz. Uğurlar.
murad | 4 Oktyabr 2013 00:12
salam hekim.menim sol xayaartiminda epidimitit yaranib.3ildir.3 hekime muraciet etdim antibiotikle mualice yazdilar.ama hec birinin tesiri olmadi.sizden cox-cox xahiw edirem mene bir komeklik edesiniz caresiz qalmiwam.xayaartimna el vuranda berk agri yaranir.sonsuzluqdan qorxuram.cavabinizi gozleyirem ne edim men?
Dr.Orxan Agabəyov | 5 Oktyabr 2013 07:14
Salam Murad. Xroniki epididimit çətim müalicə olunan xəstəlikdir, amma əgər bütün lazım olan tədbirlər görülsə - müalicə nəticə verər. Sonsuzluq probleminin olub-olmamasını, spermoqramma analizindən sonra təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
ilkin | 3 Oktyabr 2013 21:04
salam hekim sualima cavab versez cox sevinerem men sol xayam sagdakina nisbeten cox balacadi 21 yawim var cinsi elaqede olmamiwam bu gelecekde hansisa problemler yarada biler?
Dr.Orxan Agabəyov | 4 Oktyabr 2013 06:06
Salam İlkin. Xayaların ölçüləri normada bir-birndən fərqli olur, amma dəqiqləşdirmək istəyirsizsə - xayaların doppler müayinəsindən keçin. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.