ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
ilhama | 6 Oktyabr 2013 11:00
salam hekim sizi yene narahat edirem .men sizinle gunun hansi vaxti elaqe saxlaya bilerem?Cunki men azerbaycanda deyilem.Yene bir sualim var atamda tez tez yuksek tezyiq olur,bu prostatla alaqeder cetin iwemeye getmesinden ola bilermi.Eger bir nece saat cole getmedikde onun ucun tecili olaraq ne etmek laimdir?Bu barede qisada olsa melumat veresiz.onceden tewekur edirem hekim cvox sag olun .
Dr.Orxan Agabəyov | 6 Oktyabr 2013 14:56
Salam İlhama. Saat 10-00 dan 22-00 kimi, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
rehim | 6 Oktyabr 2013 08:55
salam hekim! uzr isteyirem amma men cinsi elaqe zamani cox tez qutariram... 4 ildi aileliyem amma ovladim yoxdur... hekime muraciet etmisem diyir kii spermanin faizi cox azdir ve usaqliq yolunda curuyur....buna gore cox mualice almisam amma hec bir netice vermir....men ne edim ki spermanin faizi artsin???/
Dr.Orxan Agabəyov | 6 Oktyabr 2013 14:54
Salam Rehim. 1. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. 2. Əgər spermanın göstəriciləri zəifdirsə, deməli cinsiyyət sistemində hansısa problem var, həmin problemi aşkarlayıb, müalicə kursu keçməlisiniz. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Cografiya | 6 Oktyabr 2013 08:48
Salam.Hekim bey suxoy 12yawdan beri atiram ve bagimlisiyam.deirsiz ki uwaq olmamaga aidiyat yoxdu bes hansi problemlerin olmasi mumkundur?birde menim xayalarım tez-tez qawinir sebebi nedir?coxsaolun
Dr.Orxan Agabəyov | 6 Oktyabr 2013 15:32
Salam Cografiya. Əgər masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var.  Xayaların qaşınması müxtəlif dəri xəstəlikləri ilə bağlı ola bilər, göbələk infeksiyası daha çox ehtimal oluna bilər. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
kamran | 6 Oktyabr 2013 08:34
salam hekim.menim sualim penisim berkiyende agrilar olur esasende penisimin alt terefi
Dr.Orxan Agabəyov | 6 Oktyabr 2013 15:18
Salam Kamran. Ola bilər Sizdə, uretrit(sidik kanalının iltihabı) nəticəsində bu tip ağrılar olsun. Dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Emil | 6 Oktyabr 2013 06:09
Salam Doktor.Doktor uzr isteyirem.Menim sol xayam sag xayamdan bir balaca ferqlenir.Spermaqrammadan analiz vermishem her bir shey normaldi.Bunun ushaq olmasina nese bir zereri ola biler.Teshekkur edirem.
Dr.Orxan Agabəyov | 6 Oktyabr 2013 14:53
Salam Emil. Əgər spermoqrammada göstəricilər normaya uyğundursa, narahat olmayın. Uğurlar.
geo | 5 Oktyabr 2013 17:33
salam aleykum umumiyyetle men cinsi elaqeden coxdandan uzzagam ama erken bosalma problem olurdu uzun muddetdir ki mesgul deyilem eyni hal qalicidirmi ..erken bosalmanin mualicesi var tam qurtulmag olurmu neceye basa gelir?
Dr.Orxan Agabəyov | 6 Oktyabr 2013 14:53
Salam Geo. Erkən boşalma probleminin effektiv müalicə metodikaları var. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
ceyhun | 5 Oktyabr 2013 16:33
Salam hekim menim 13 yasim var bir nece aya 14 yasim olacaq. men coxlu sperma atiram umimiyyetle bunun ziyani var bu yasda? Ve men sunnet olunannan sonra menim cinsiyyet orqanim sola eyrilib bunu emeliyyatsiz duzeltmek olar hemde uzunlugu 14 sm yaxindi bu normaldi yoxsa asagi indiden size tesekkur edirem
Dr.Orxan Agabəyov | 6 Oktyabr 2013 14:53
Salam Ceyhun. Əgər masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var. Penisin 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Penis əyriliyinin əməliyatsız müalicəsi mümkündür, xəstəliyin stadiyası və inkişaf xarakterindən asılıdır. Uğurlar.
nicat | 5 Oktyabr 2013 15:52
MENIM 15 YASIM VAR HARDASA 2 ILDIRKI OZUMU BOSALDIRAM BUNUN GELECEKDE MENE ZIYANLARI OLA BILER ? BIRDEKI MENDE PUSKURME BIRDE SPERMA AZ OLUR O NEDENDI PENISIMIN OLCUSU 15-16 SM DIR BU NORMALDIR?
Dr.Orxan Agabəyov | 6 Oktyabr 2013 14:53
Salam Nicat. Əgər masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var. Penisin 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Uğurlar.
Orxan | 5 Oktyabr 2013 12:24
Salam Doktor. Spermada faizin sifir olmasi hansi sebeblerden ola biler xaiw sualimi cavablandirardiniz
Dr.Orxan Agabəyov | 6 Oktyabr 2013 14:53
Salam Orxan. Əgər spermanın göstəriciləri sifira bərabərdirsə, bu cinsiyyət sistemində ciddi problemlərin olmasından xəbər verir, məsələn hormonal pozğunluq, xayaların atrofiyası və s. Dəqiq səbəbi bilməkdən ötrü, laborator və funksional müayinələr aparılmalıdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
elxan | 5 Oktyabr 2013 10:15
həkim salam 50 yaşdan sonra kişilər cinsi zəifliyin qarşısını almaq üçün hası dərmanda istifadə etsə yaxıdır.əvəlcədən minnətdaram
Dr.Orxan Agabəyov | 6 Oktyabr 2013 14:52
Salam Elxan. Hansısa dərman preparatı qəbul etməkdən öncə, cinsi zəifliyin səbəbləri müəyyənləşdirilməlidir. Yəni, məsələn hormonal problemlər varsa, bir kurs, prosta vəzi xəstəliklərində fərqli kurs təyin edilir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.