ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Rena | 7 Oktyabr 2013 03:37
Salam doktor Men 1 aydir ki evliyem Uzr isteyirem Yoldasimla elaqeye girdikde birinci defe ugurlu alinir Lakin 2-ci defe yoldaşimin penisi sertleşmir Bunun sebebi ne ola biler? Birde biz elaqede olarken o penisinin sertleşib settleşmediyini mueyyen ede bilmir Cox xahis edirem bunun sebebini de yazardiniz Evvelceden tesekkur
Dr.Orxan Agabəyov | 8 Oktyabr 2013 06:35
Salam Rena. Sizin yoldaşınızda potensiyanın zəifləməsi halları var. Səbəblər müxtəlifdir - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.). Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Mexvi | 6 Oktyabr 2013 21:10
Salam ORXAN hekim.19 yawim var menim.cinsi zeiflikden qorxuram.penisim adi vaxtlarda balaca olur.pis cixmasin olu veziyetinde buzuwub qalir.amma ayig vaxtinda 11,12 sm olur.hemde penisim naziydi.zehmet olmasa komeyliy edin.utaniram hec kime deye bilmirem mecbur qalib bura yazdim.birdeki qadinla elaqeye girende nece sm olmalidi?xaiw edirem sualima diqqetle yanawasiz.minnetdarligimi bildirirem.
Dr.Orxan Agabəyov | 7 Oktyabr 2013 09:20
Salam Mexvi. Penisin ereksiya vəziyyətində,12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Ereksiyadan fərqli vəziyyətlərdə, penisin ölçüləri əhəmiyyətli deyil. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Tacin | 6 Oktyabr 2013 20:48
Salam hekim menim cinsiyyet orqanim 11 smdi ve buna gorede cinsi elaqeden cekinirem utaniram cunki...birde cinsiyyet orqanim mene ele gelir ki zeifdir cunki coxda sertlewmir...cinsiyyet orqaninin boyumesi ve sertlewmesi ucun ne meslehet gorursuz?evvelceden tewekkurler
Dr.Orxan Agabəyov | 7 Oktyabr 2013 09:19
Salam Tacin. Penisin 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Cinsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Liqamentotomiya nəticəsində, 3-5 sm, ekstenderin köməyi ilə 1,5-2 sm əldə etmək olar. Sərtləşmə problemlərinin səbəbləri orqanik və psixoloji ola bilər. Səbəbləri müəyyənləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Rauf | 6 Oktyabr 2013 19:49
Salam hekim.mende cinsi elaqede bir defe ugursuLug alinannan sonra qorxuram elaqede olmaga.Bele durur her wey normaldi.opuwurem meselen ereksiya olur elnende qutara bilirem.Amma salmag isteyende ya ereksiya itir yada ki qutariram tez.Hekime getdim mene d yazdi.dediki 1ay bulari elesen duzelecek.ne meslehet gorursuz?n v-a kimi ziyan deilki?Yeni asililig yaratmaz?qorxuramki lap pis olar birden..xaiw edirem cavab yazasiz
Dr.Orxan Agabəyov | 7 Oktyabr 2013 09:19
Salam Rauf. Bu daha çox, psixoloji səbəbləri olan problemdir. Yəni, cinsi əlaqə başlayanda, Sizdə müəyyən narahatlıq yaranır - ereksiya necə olacaq? Daxil ola biləcəm? və s. Bu narahatlıq, ereksiyanın normal mexanizmlərini pozur və nəticədə, ereksiya itir. Müalicədə, həm dərman preparatları, həmdə rasional psixoterapiya metodlarından istifadə olunur. Başqa həkimin reseptinə rəy vermək, etik cəhətdən düzgün deyil. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
AGENT | 6 Oktyabr 2013 18:18
Salam Orxan həkim! Mən cinsi əlaqədə gec-gec oluram. Bunun da əsas səbəblərindən biri tezboşalmadır və boşaldıqdan sonra növbəti dəfə olmaq üçün penisin aktiv hala gec gəlməsidir. Zəhmət olmasa qiyabi də olsa deyə bilərsinizmi bunun əsas səbəbi nədir və əgər sizə müraciət etdikdən sonra hansısa müalicəyə başlansa bu nə qədər vaxta normal hala gələ bilər. Çox sağ olun! Cavabınızı gözləyirəm və bundan sonra sizinlə əlaqə yaradacam.
Dr.Orxan Agabəyov | 7 Oktyabr 2013 09:19
Salam Agent. Sizdə, həm potensiyanın zəifləməsi, həmdə erkən boşalma problemi var. Potensiyanın zəifləməsi səbəbləri  - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.) ola bilər.  Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
sem | 6 Oktyabr 2013 17:22
Salam hekim. Menim derdime care tapin cox xahiw edirem derman atmasam cinsi elaqede ola bilmire Cinsi orqanim cox zeifdi
Dr.Orxan Agabəyov | 7 Oktyabr 2013 09:19
Salam Sem. Bu problemin səbəblərini müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar.  Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
nurlan | 6 Oktyabr 2013 17:05
salam hekim. mende 2-ci dereceli xroniki herpes var. bu ne derecede tehlukelidir. tebii ve labarator yolla mualiceler ne derecede effekt verir. onceden tesekkur edirem
Dr.Orxan Agabəyov | 7 Oktyabr 2013 09:18
Salam Nurlan. Yəgin ki, Siz herpesin 2-ci tipi(dərəcəsi deyil) haqqında soruşmaq istəyirsiz. Bu xəstəliyin düzgün müalicəsi, uzunmüddətli remissiya dövrlərinə(əlamətsiz dövrlər) nail olmağa imkan verir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Ulya | 6 Oktyabr 2013 16:56
Salam hekim biz 6 aydirki evliyik lakin hamilelik olmur.Yoldasim spermoqramma etdirdi cvbni gonderirem zehmet olmasa normal olub olmadigini yazardizda cox narahatam.Indiden tesekkurler.eyakulyatin hecmi-2ml,ph-7.6,durulasma vaxti-25,eyakulyatda spermanin umumi sayi-76,ireli hereketli-40,reqsi-31,hereketsiz-29,hereketli spermatozoidlerin sayi-71,morfoloji normal-35,canli spermatozoid-80,spermatogenez huceyreler-2,spermaqqlutinasiya ,eritrositler-0-1g/s,lesitin-az,mikroflora
Dr.Orxan Agabəyov | 7 Oktyabr 2013 09:18
Salam Ulya. Spemoqrammanın əsas göstəriciləri normaya uyğundur, narahat olmayın. Uğurlar.
Nadir | 6 Oktyabr 2013 13:11
Salam hekim,men.bir aya yaxindi aile qurmusam ancaq cinsi elaqe zamani kifayet qeder hezz almiram gucle bosaliram.bezen hec bosalmagi gozlemeyib elaqeni dayandirmaq isteyirem.eslinde yoldasimla sevib evlenmisik amma bilmirem niye bele olur.bir de sanki vagina bolgesi cox sulu ve genis olur ya mene ele gelir.men de bu sebebden hezz ala bilmirem nese sebebi ve mualicesi varmi?
Dr.Orxan Agabəyov | 7 Oktyabr 2013 09:18
Salam Nadir. Boşalmanın gecikməsinin bir necə səbəbi var: 1. cinsi əlaqə zamanı həyəcan. 2. masturbasiya nəticəsində, yaranmış, qeyri-adekvat erotik stereotip, yəni cinsi əlaqə vaxtı, masturbasiyadakı olan stimulyasiyanın(sürtünmənin və görüntülərin) olmaması və nəticədə boşalmanın gecikməsi. 3. hormonal səbəblər. 4. iltihabi səbəblər.  Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
ilham | 6 Oktyabr 2013 11:15
hekim salam menim 52 yasim var.heyat yoldasinim 37. menim 2 ci evliliyimdir birinciden 1 evladim var.indi hele usagimiz yoxdu amma cox isteyirik.prablem beledir .Siden uzr isteyirem biz yawadiqdan sonra menim spermimi hec cure saxlaya bilmir,Ne qeder uzanixli qalsada sonra yene qayidir .Bu goresen nede ola biler .Tewwegur edirem
Dr.Orxan Agabəyov | 7 Oktyabr 2013 09:18
Salam İlham. Bu hal, yoldaşınızda çanağın anatomik quruluşu ilə bağlıdır. Müəyyən vəziyyətlərdə belə hallar olmmur və ya daha az olur. Ümumiyyətlə kişinin uçaq olma qabiliyyəti, spermoqramma analizindən sonra qiymətləndirilir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.