ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Asada | 8 Oktyabr 2013 20:29
Salam hekim menim 15 yawim var ve penisimin olcusu texmini men olcende 12 sm idi penisnece yawacan boyuyur. men masdurbasion edende pacdi 1 deqiqeye zada bowaliram bu cinci elaqedede olanda bele olacaq ?
Dr.Orxan Agabəyov | 9 Oktyabr 2013 06:27
Salam Asada. 1. Penisin 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Penisin ölçüləri adətən 17-19 yaşa kimi inkişaf edir. 2. Bunu dəqiqliklə proqnozlaşdırmaq olmaz. Uğurlar.
zeki | 8 Oktyabr 2013 16:43
salam hekim.mene ele gelir ekme usulu ile xlamidiyasi zeif pozitivle cixan xestede eyni analizi pzR ile vermis olsa neqativ cixar.fikrim dogrudurmu?...
Dr.Orxan Agabəyov | 9 Oktyabr 2013 06:22
Salam Zeki. Xeyr, düz fikir deyil. PZR metodikası daha düzgün metoddu, amma nəticə həm pozitiv həmd neqativ ola bilər. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Farid | 8 Oktyabr 2013 14:52
Salam Doktor necesiniz? Sizden meslehet almaq isteyirem. Sizce cinsi zeifliyi guclendiren ve uzun muddetli etmekdenden otru hansi dermandan daha chox istifade etmek olar?
Dr.Orxan Agabəyov | 9 Oktyabr 2013 06:21
Salam Farid. Hansısa universal dərman preparatı mövcud deyil, bu problemlərin səbəblərini müəyyənləşdirəndən sonra, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
kemale | 8 Oktyabr 2013 13:35
salam hekim. men her ayin 10 u aybawi oluram sentyabir ayinda aybawi oldum 9 u ve 24 u tezden qan geldi menden. dunen avulyasiya testi etdim ve iki xett cixdi bilmek isterdim bu qan gelme ne demekdir menim aybawi vaxdim deyiwib ya falekul partlamasi olub. normalda sabah aybawi vaxtimdi. 4 aydi evliyem.
Dr.Orxan Agabəyov | 9 Oktyabr 2013 06:21
Salam Kemale. Sizin sual sırf qinekolojidir və bu sualı qinekoloqa verməyiniz daha düzgün olar. Uğurlar.
yasin | 8 Oktyabr 2013 11:24
salam. mende tez boşalma olur. bunun qarşısını almaq olarmı? olarsa necə?
Dr.Orxan Agabəyov | 9 Oktyabr 2013 06:21
Salam Yasin. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
rashad gafarov | 8 Oktyabr 2013 06:55
salam, doktor. bagislayin sualima gore, menim cinsi orqanimi qiz agzina alanda, bir az tokuldu agzina, yani uddu bir az, bunun ne kimi ziyani ola biler, hamilelik yarada bilermi?
Dr.Orxan Agabəyov | 9 Oktyabr 2013 06:21
Salam Rashad. Xeyr, oral seks nəticəsində hamiləlik yaranmır. Uğurlar.
Rena | 7 Oktyabr 2013 15:47
salam hekim.biz texminen 10 gune evlenirik.niwanlim xlamidiyani ekme usulu ile verib ve zeif pozitiv cixib,toya qeder mualice goturmelidir.sizce toy gecesi infeksiyanin mene kecme ehtimali ne derecede olar? cunki mualice kursu qisa muddetde olacaq,tam sagalma ehtimali azdi
Dr.Orxan Agabəyov | 8 Oktyabr 2013 06:37
Salam Rena. Xlamidiyanı əkilmə üsulu ilə yoxlamaq düzgün deyil(bu metodla dəqiq nəticə almaq olmur), yalnız PZR metodikası ilə yoxlanmalıdır. Əgər PZR metodikası ilə, xlamidiya müsbət çıxarsa, mütləq müalicə olunmalıdır, toy gecəsi keçmə ehtimalı çox yüksəkdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
rustem | 7 Oktyabr 2013 12:20
hekim seks zamani bir defe qurtardiqdan sonra penisi silib yeniden davam etmekle penisde qurumus olan spermadan hamile qalina biler ya qorxusu yoxdu?
Dr.Orxan Agabəyov | 8 Oktyabr 2013 06:46
Salam Rustem. Belə bir ehtimal var, amma azdır. Uğurlar.
hikmet | 7 Oktyabr 2013 11:15
penim 14 yasim penisin uzunlugu 14 sm yaxindir ve biraz sola eyrilik var bu mene bir problem yarada biler penisimin uzunlugu normaldirmi?
Dr.Orxan Agabəyov | 8 Oktyabr 2013 06:37
Salam Hikmet. Penisin 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır.  Əgər əyrilik artmırsa və ereksiya problemləri yaratmırsa, müalicəyə ehtiyac yoxdur. Uğurlar.
İbo | 7 Oktyabr 2013 05:00
Salam hekim. Men 12 yaşımdan beri belke de tez geceler fantaziyalar görürem ve özüme sahib çıxa bilmeyib boşalıram. Bu bezen istemeyerekden de tez tez olur. Bir defe 18 yaşında hekim yanına utanaraq getdim dediki ağlından bele şeyleri sil ve rahat ol. Bilmirem kişilyin teleb etdiyi şeyleri men real heyatda xesteliye tutulmamaq üçün etmirem yeni pul müqabilinde hansısa qadınla heç vaxt olmamışam sözü geden rezinlerde de istifade etmeye cüretim çatmayıb. Artıq 20 yaşımı keçmişem eyni hallar yene davam edir fantaziyalar daha çox baxdığım pornolarla bağlıdır suxoy getmek kimi bir addımım da olmayb, telebeyem qarşıda esgerlik gelir qorxuram bu hal yene olsun buna göre heç qohumgile gedib yatmağa bele qalmıram qorxuram bunu ailem bilir size yazaraq ne derce düzgün iş gördüm bilmirem bunu oxuyanlarda meni qınamasın keçdiyim analizlerde müsbet olub sidikde qanda xestelik tapılmayıb göbelek de yoxdur ama USM-da keçende prostatbenzer bir şeye rast gelinib kiçik ölçüde. Xahiş cavablandırardınız.
Dr.Orxan Agabəyov | 8 Oktyabr 2013 06:35
Salam İbo. Sizdə olan gecə boşalmaları(pollusiyaların) səbəbi müntəzəm cinsi həyatın(boşalmaların) olmamasıdır. Müntəzəm cinsi həyata başladıqdan sonra, bu hallar aradan qalxır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.