ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
anar | 22 Noyabr 2014 19:35
salam hekim men duz bir heftedir ki geceler yatanda terleyirem bo elamet cinsi xesteliyden ve ya prastat dan olabiler
Dr.Orxan Agabəyov | 23 Noyabr 2014 08:50
Salam Anar. Bu əlamətin cinsi xəstəliklərə və ya prostat vəzi xəstəliklərinə heç bir aidiyyatı yoxdur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Çingiz | 22 Noyabr 2014 18:57
salam hekim mende erken bosalma var xais eliyirem mene komey eliyin ne meslehet gorursuz ki erken bosalma aradan getsin mualice elesem qiymet ne qeder olar cavablandirmanizi xais edirem cox sagolun
Dr.Orxan Agabəyov | 23 Noyabr 2014 08:50
Salam Çingiz. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar, qiymətlər münasibdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Nəsib | 22 Noyabr 2014 18:35
Salam hekim .22 yasim penisim aktiv halda 12 sm olur amma bele aktiv olmayanda cox kicik olur xayalarimda cox kiçikdi hekime getmeyede utaniram biraz bunun necese bir mualicesi var? Ne etmeliyem?
Dr.Orxan Agabəyov | 23 Noyabr 2014 08:51
Salam Nəsib. Penisin ereksiya vəziyyətində 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Xaya problemlərini dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
aqsin | 22 Noyabr 2014 10:30
Salam hekim mende sertlewme gec baw verir ve cinsi elaqede olmazdan evvel wefaf sperma kimi bir wey gelir ve sertlewme olmur
Dr.Orxan Agabəyov | 23 Noyabr 2014 10:14
Salam Aqsin.  Ereksiya(sərtləşmə) problemlərinin səbəbləri müxtəlif ola bilər - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.).  Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Genius | 21 Noyabr 2014 21:20
Salam, doxtor. Sualim beledir. Men de demek ilar ki periodik olaraq ereksiya provlemi olur. Bir hefte her seybqaydasinda olur bir hefte zeiflik olur. Duwunurem ki, sebeb psixolojidir. Eger beledirse bunun mualicesi nece olmalidir? Normal olan vaxt her wey qaydasinda olur.
Dr.Orxan Agabəyov | 23 Noyabr 2014 09:56
Salam Genius. Psixoloji səbəbləri olan ereksiya problemlərdə, cinsi əlaqə başlayanda müəyyən narahatlıq yaranır - ereksiya necə olacaq? Daxil ola biləcəm? və s. Bu narahatlıq, ereksiyanın normal mexanizmlərini pozur və nəticədə, ereksiya itir. Müalicədə, həm dərman preparatları, həmdə rasional psixoterapiya metodlarından istifadə olunur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
vusal | 21 Noyabr 2014 18:38
salam hekim .....men cinsi munasibetde prezirvativle olmusam...cinsi munasibetden sonra soyuq su ile penis etrafini ve penisi yumusam.....mende yandirma hissi oldu ..basqa hec bir sikayetm yoxdu birde penisimin ucunda soyuq olmus kimi derim cuzi cox cuzi qizarb ne meslehet gorerdiz...
Dr.Orxan Agabəyov | 23 Noyabr 2014 09:57
Salam Vusal. Prezervativlərin istifadəsi bütün cinsi yolla keçən infeksiyalardan qorumur, viruslar prezervativ istifadə etdikdə belə yoluxa bilər. Ona görə də bu tip şikayətlərdə, birinci növbədə cinsi infeksiyalar yoxlanılmalıdır, sonra düzgün müalicə kursu təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Elşad | 21 Noyabr 2014 15:14
Salam menim hardasa 2il bunan evel yıxlmıwdım ve xaymın biri ezikmiwdi müeyen vaxt ağrı versede sonradan ağrı keçib getdi ancaq biri obirisinden awağı salandı bu ne kimi prablemler yarada biler?
Dr.Orxan Agabəyov | 23 Noyabr 2014 10:23
Salam Elşad.  Bir xayanın əzilməsı və fərqli yerləşməsi mütləq problem sayılmır, yəni hər şey qaydasındada ola bilər. Amma zədələnmə nəticəsində sperma yaranması pozula bilər. Kişilərdə uşağın olub-olmaması yalnız spermanın keyfiyyətindən asılıdır - yoxlamaq üçün spermoqramma analizi vermək lazımdır.  Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Eldar | 21 Noyabr 2014 12:35
Hörmətli həkim! Mənim 54 yaşım var.Şəkərli diabet xəstəsiyəm.Ürəkdən infakt keçirmişəm, ürək damarıma stent qoyulub.Həkimlərlə mütamadi əlaqə saxlayıram. müayinələrdən keçirəm. İki ay öncə müayinə zamanı prastatda adonomiya aşkarlandı və sol böyrəkdə kisa (2-3 mm) müəyyən edildi.Bundan başqa məndə cınsi zəiflik var. Mənə hansı köməklikləri edə bilərsiniz.Əvvəlcədən minnətdarlığımı bildirirəm.
Dr.Orxan Agabəyov | 23 Noyabr 2014 10:55
Salam Eldar.  055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın,  çalışaram Sizə kömək edim. Uğurlar.
xezer | 21 Noyabr 2014 11:46
Salam hekim men fitness yeni baslayiram yani 6 aydi uje ve isteyirem beden ezelelerim boyusun men idman qidalarindan creatine monohodrid aldim onu qebuledirem bir ay oldu ve her gun 5 qr qebul edirem helem var bir soznen men basqa hansi idman qidalarini qebul edim ve etsem eger bunun mene gelecek heyatda ziyanlari vafr ancaq qida steroi yox meselen creatine ,mass gainer ,aminomax 8000 bunlari qebul etsemancaq
Dr.Orxan Agabəyov | 23 Noyabr 2014 10:23
Salam Xezer. İdmanda 2 tip vasitələr istifadə olunur  - idman qidaları(protein, amino, qeyner və s.) və steroidlər.  Steroidlər ziyanlıdı, amma idman qidaları yalnız xeyir verir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
xeyal | 21 Noyabr 2014 11:33
Salam doktur,uzr istyrem size sualim cinsyet orqanimda ezele aqrisi var bu aqri boreklerime,ayaqlarimada verir.bu na sebebi nedir soyuqdeyme ola bilermi mumkunse oz meslehetnizi vererdiz.. Vereceyniz Meslehetnize gorede cox saq olun.
Dr.Orxan Agabəyov | 23 Noyabr 2014 10:55
Salam Xeyal. Cinsi orqanda əzələlər mövcud deyil, amma ağrı soyuqdəymədən ola bilər. Məsləhət isə sadədir - düzgün diaqnostika edib sonra da müalicə kursu keçmək. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.