ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
sebine | 11 Oktyabr 2013 15:18
salam hekim,men 5 aydi aile quimusam.mende goyneme var,kecen ay ministurasiyadan qabaq göyneyirdim yeni xestelenmemis,bu ay sa xestelendim(ministurasiya) qutardim goyneme basladi,uzr isteyirem ayaq yoluna gedib gelenden sonra baslayir,t-l atiram 2-3 sahat sakitlesir,bilmirem hamileyem ya yox bu derman ziyan etmez?evvelceden tesekkur edirem
Dr.Orxan Agabəyov | 12 Oktyabr 2013 05:58
Salam Sebine. Bu sualı qinekoloqa verməyiniz daha düzgün olar. Uğurlar.
Nubar | 11 Oktyabr 2013 14:56
Salam hekim men yoldawimla cinsi elaqede olanda bowala bilmirem bu nedendir?
Dr.Orxan Agabəyov | 12 Oktyabr 2013 05:53
Salam Nubar. Ümumiyyətlə qadının orqazma çatması bir çox faktorlardan asılıdı -psixoloji faktorlardan, hormonların səviyyəsindən, cinsi əlaqənin müddətindən (ola bilər ki, partnyorda boşalma tez olur, və müddət qadına orqazma çatmağa kifayət etmir). Bir də ki, bir çox qadınlar vaqinal stimulyasiya zamanı(cinsi əlaqə zamanı) orqazma çata bilmir - onlarda yalnız klitoral (klitorun stimulyasiyası zamanı) orqazm var.  Uğurlar.
orxan | 11 Oktyabr 2013 13:20
salam hekim. menim cinsi oraqinim 12 smdir 22 yawim var bu anormaldir nese prablemli bir weydir?
Dr.Orxan Agabəyov | 12 Oktyabr 2013 05:53
Salam Orxan. Penisin 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Uğurlar.
emil555 | 11 Oktyabr 2013 11:26
salam hekim.Narmal bowalma vaxti ne qederdi?men hec1deq cekmir bowaliram defelerce olubki hec ereksiyaya girmemiw ceht edende bowalmiwam.ve cinsi zeifliyim var.psixaloji prablemimde var.men tek sizin yaninizda sefa tapa bileremmi?birdeki sizden bawqa menim ora ne sebebe geldiyimi bilen olur?mesestralar olur yaninizda?
Dr.Orxan Agabəyov | 12 Oktyabr 2013 05:56
Salam Emil555. Cinsi əlaqə zamanı normal boşalma müddəti - 7 dəqiqə 30 saniyəyədən artıq olmalıdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
ayka | 11 Oktyabr 2013 05:46
salam hekim kisi xeylagi adeten nece deqiqede qurtarmalidir normal vaxt neqederdir
Dr.Orxan Agabəyov | 12 Oktyabr 2013 05:48
Salam Ayka. Cinsi əlaqə zamanı normal boşalma müddəti - 7 dəqiqə 30 saniyəyədən artıq olmalıdır . Uğurlar.
Emil | 10 Oktyabr 2013 06:06
Salam doktor xahis edirem menim bu sualima cavab verin ereksiya veziyyetinde penisin minimum olcusu ne qeder olmalidi
Dr.Orxan Agabəyov | 12 Oktyabr 2013 05:46
Salam Emil. Penisin ereksiya vəziyyətində 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Uğurlar.
Israfil | 9 Oktyabr 2013 13:08
Salam . Eger cinsi zeiflik psixatriya ile baglidirsa, bunu da siz mualice edirsiz? yoxsa basqa hekimlere yonlendirirsiz?
Dr.Orxan Agabəyov | 10 Oktyabr 2013 07:15
Salam İsrafil. Yəgin ki Siz psixiatriya deyil, psixoloji səbəblərdən yaranmış cinsi zəiflik haqqında soruşursuz. - cinsi zəifliyin yaranma səbəbindən asılı olmayaraq, bu problemin müalicəsi ilə  məşğul oluram. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Gekko | 9 Oktyabr 2013 08:12
Salam....məndə hər iki xayada xayadan ayrılmamış olaraq kiçik ət parçası var əllə yoxladıqda hiss olunur.... bu nədən ola bilər?
Dr.Orxan Agabəyov | 10 Oktyabr 2013 07:15
Salam Gekko. Nəzəri cəhətdən, bu situasiyada hansısa səbəb demək olmur. Ən yaxşı variant - xayaların doppler müayinəsindən keçib, problemin olub-olmamasını dəqiləşdirməkdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
raul_85 | 9 Oktyabr 2013 04:28
salam doktor,28 yasim var,16 yasindan daimi masturbasiya edirem gunde 2-3 defe,artiq verdiwe cevrilib,indi penisim tam sertlesmir,bunun sebebi ne ola biler,masturbasiya zamanida tam sertlesmir,birde sol xaya terefimde qasinma var,gobeleye oxsayir,gobelekden ola bilermi cinsi zeiflik??birde doktor penisimin olmush veziyyetinde,qalin damar gorsenir,deyiller cox masturbasiya etmekdendi,damar sisib,buda sertlesmeye tesir gostere biler.hansi yolla mualice oluna bilerem doktor sizin ish yeriniz harda yerlesir?yeni xestexananin adi nedir?birde neceye qeder iwdeyir?men axsam saat 8 de cixiram ishden o vaxtdan sora mualice ala bileremmi?
Dr.Orxan Agabəyov | 9 Oktyabr 2013 06:30
Salam Raul_85. Səbəblər müxtəlif - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.) ola bilər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Mən Nyu-med klinikasında işləyirəm, H. Əliyev küçəsi 29. Qəbul vaxtını dəqiqləşdirmək üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə mənimlə əlaqə saxlayın. Uğurlar.
ramil | 8 Oktyabr 2013 21:32
hekim l-a ve ya basqa bu cur dermanlarin ne kimi ziyani var
Dr.Orxan Agabəyov | 9 Oktyabr 2013 06:35
Salam Ramil. Bu tip dərman preparatlarının qəbulu, kişilərdə psixoloji asılılıq yarada bilər. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.