Medrano | 13 Oktyabr 2013 07:15
Salam 3 ildirki demək olarki hər gün gündə 1-3 dəfə mastrubasiya ilə məşgulam bunun sperma sayına və keyfiyyətinə təsiri varmı?Spermanın bitmə ehtimalı varmıdır?
Dr.Orxan Agabəyov | 14 Oktyabr 2013 05:15
Salam Medrano. Masturbasiyanın spermotozoidlərin sayına və ya keyfiyyətinə təsiri yoxdur. Əgər masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var. Uğurlar.
Emre | 13 Oktyabr 2013 07:12
salam hekim. evvela sizin Qurban Bayraminizi tebrik edirem. Hekim tek xayanin qorxulu terefi varmi? eger faiz asagidirsa mualicesi var? cox sagolun.
Dr.Orxan Agabəyov | 14 Oktyabr 2013 05:15
Salam Emre. Bir xayanın olmaması nəticəsində, spermoqrammanın göstəriciləri zəif ola bilər. Əgər spermanın göstəricilərinin zəif olması səbəbləri məlumdursa, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Turkan | 13 Oktyabr 2013 05:14
Salam hekim!mende yumurtaliqin burulmasi olubdu ve emeliyyat olmuwam aileli deyilem. Inddie falekula boyumesi var ve bowalmiwam men heckesle cinsi elaqese olmayaraq.. Hamile qala bilerem?
Dr.Orxan Agabəyov | 14 Oktyabr 2013 05:15
Salam Turkan. Cinsi əlaqədə olmadan, hamiləlik yarana bilməz. Uğurlar.
zakir | 12 Oktyabr 2013 18:48
Salam hekim bezi saytlarda cinsi orqanin boyudulmesi ucun yazilan dermanlar dogrudu? Birde bwwqa nece cinsi orqani boyutmek olar? Sagolun
Dr.Orxan Agabəyov | 14 Oktyabr 2013 05:14
Salam Zakir. Penisin 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Penisin ölçülərinə heç bir dərman preparatı, təsir etmir. Cinsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Liqamentotomiya nəticəsində, 3-5 sm, ekstenderin köməyi ilə 1,5-2 sm əldə etmək olar. Uğurlar.
leman | 12 Oktyabr 2013 15:35
salam hekim yoldasimda 1ci dereceli varikasel var.mualice almiyib ancaq hamile qala bilmisem.bilmek istiyiremki varikaselin dermanla mualicesi varmi?ve yaxud emeliyyat olunsa gelecekde usaga qalmaqda problem yaranmazki?
Dr.Orxan Agabəyov | 13 Oktyabr 2013 09:58
Salam Leman. Birinci dərəcəli varikoseledə heç bir müalicəyə ehtiyac yoxdur. Ümumiyyətlə varikoselenin, yalnız cərrahi müalicəsi(əməliyyat) var. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
emil | 12 Oktyabr 2013 14:02
Salam hekim hiss edirem ki mende cinsi zeiflik var cunki tez bosliram ve ikinci defe ola bklmirem komeklik ede bilersiz
Dr.Orxan Agabəyov | 13 Oktyabr 2013 09:33
Salam Emil. Buyurun, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın, çalışarm Sizə kömək edim. Uğurlar.
emin | 12 Oktyabr 2013 11:51
salam mende 30 yasima kecenen cinsi zeiflik basdiyib ununla elaqedar yoxlandim birdene mikrob cixdi minoplazma hal hazirda malice olunuram birde pensim tam durmur nede berk olmur cinsi elaqede olmaq isdeyirem yaxinlasan kimi hecne olmur bezende ureyim isdeyir pensim durmur gunlerce olmasada isdemerem birde olanda tez bosaliram hemde spermam hedinen artiq az gelir xayis edirem sualima cavab verin bu mikrobnan ve ya neynen elaqedar olar.
Dr.Orxan Agabəyov | 13 Oktyabr 2013 09:33
Salam Emin. Mikoplazmanın cinsi zəiflik probleminə heç bir aidiyyatı yoxdur. Səbəblər müxtəlif - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.) ola bilər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
turik | 12 Oktyabr 2013 07:51
salam hekim
men artiq 3 ildir ki evliyem. teze vaxtlar normal cinsi heyatimiz vardi. daha sonra ushaqlar ve s. bir nov heves itdi. bunu istesek bele chox hevessiz oluruq. eyni zamanda erken boshalma olur mence mende ve 2 ci defe uchun heves qalmir. yuxuya gedirem boshalmadan sonra. chox rahat hetta derin yatiram bu zaman. sanki beynimde her hansi bir ekstra relaks bash verir.
bunun sebebi ne ola biler? cinsi zeiflik? cinsi isteksizlik? psixoloji durum? yoxsa ele aile ve ushaq sahibi olduqdan sonra normal haldir.
Dr.Orxan Agabəyov | 13 Oktyabr 2013 09:28
Salam Turik. Xeyr, bu normal hal deyil. Sizdə, həm potensiyanın zəifləməsi, həmdə erkən boşalma problemi var. Potensiyanın zəifləməsi səbəbləri - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.) ola bilər. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Ali | 11 Oktyabr 2013 19:11
Salam Eleykum hekim.
Men qizla olandan sonra(uzr isteyirem) mende iltihab baw verdi 2 defe analiz vermiwem hekim sadece ILTIHAB olduqnu dedi alt paltarim islanir sidik saxlamir bunun deqiq diaqnozu nedir???
Xaiw cavablayin
Dr.Orxan Agabəyov | 12 Oktyabr 2013 06:01
Salam Ali. İltihab - orqanizmin problemidir və cinsi yolla ötürülmür. Dəqiq diqnoz təyin etməkdən ötrü, cinsi infeksiyalar düzgün metodika ilə yolnmalıdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
anonim | 11 Oktyabr 2013 15:35
salam doktor 0% in mualicesi varmi? qeyd edimki,miqdar ve hecm normaldir,% 0.bezen erektil disfunksiya olur.ovlad sahibi ola bileremmi tebii yolla?
Dr.Orxan Agabəyov | 12 Oktyabr 2013 06:01
Salam Anonim. Bu situasiyada, müalicənin olub-olmaması səbəblərdən asılıdır. Elə səbəblər var ki, onları aradan qaldırdıqdan sonra, spermanın göstəriciləri artırıla bilər. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.