ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
rashad gafarov | 14 Oktyabr 2013 16:19
Salam doktor, qizla elaqe zamani cinsi orqanimin bir az gec bosalmasi ucun, yani onu duz saxliyan saglamliga qeti ziyani olmuyan preparat derman varmi? Varsa zehmet olmasa adini yazardiz, apteklerden alardim
Dr.Orxan Agabəyov | 15 Oktyabr 2013 07:30
Salam Rashad. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
ramin | 14 Oktyabr 2013 11:51
salam hekim men elaqe zamani tez bosaliram bunu artirmaq ucun hansi derman qebul etmeliyem?cox sag olun
Dr.Orxan Agabəyov | 15 Oktyabr 2013 06:26
Salam Ramin. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Famil | 14 Oktyabr 2013 10:17
salam . sualim testesteronla baglidir. mende uzde tuklenme olmur ezeleler yaxwi inkisaf etmir testesteron seviyesi azdir. penis yeteri qeder boyumuyub . 20 yasim var men testesteron mualicesi etsem testesteron seviyesi artsa bu yasdan sonra penisde inkisaf baslayarmi???
Dr.Orxan Agabəyov | 15 Oktyabr 2013 06:26
Salam Famil. Biriinci növbədə qanda testosteronun səviyyəsini yoxlamaq lazımdır, əgər göstəricilər normadan azdırsa, müalicə kursu keçməyiniz məsləhətdir. Penisin ölçüləri sırf testosteron çatışmamazlığı ilə əlaqədardırsa, ola bilsin artım olaçaq. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
ilkin | 14 Oktyabr 2013 07:33
salam hemik uzr isteyirem suala gore cinsi aktivliyin asagi hedde olmasi umumiyyetle ne ile baglidir ,erken bosalma kecici bir seydir ya ancag mualice ile veya tebii vastelerden istifade musbet tesir edir umumiyyetle kecici bir xestelik halinda bir problemdir..
Dr.Orxan Agabəyov | 15 Oktyabr 2013 06:15
Salam İlkin. Bu problemlər müalicə olunmadan, aradan qalxmır. Cinsi zəifliyin səbəbləri - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.) ola bilər.  Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Tural | 14 Oktyabr 2013 07:23
Salam Həkim. Mən 6 aydır ki, evliyəm. Uşaq olmur. Heç bir müayinədən keçməmiçəm. Yoldaşım yoxlanıb. Normaldır onda hər şey. Mən hansı müayinədən keçməliyəm. Bu müayinələrin qiyməti necədir?
Dr.Orxan Agabəyov | 15 Oktyabr 2013 06:14
Salam Tural/ Birinci növbədə Siz spermoqramma analizini verməlisiz, bizim klinikada bu müayinənin qiyməti 20 AZN-dir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Sara | 13 Oktyabr 2013 18:30
salam,hekim!Yoldashim speqramma verib.irəli hərəkətli spermatazoidlər 12%,zəif 27,yerində 30, hərəkətsiz 42%.leykosit 1,5, spermaaqlütinasiya ,aqreqatlar .Bu göstəricilərlə hamilə qalmaq olar?Olmazsa, problemin müalicəsi necədir?varmi?Əvvəlcədən təşəkkür edirəm.
Dr.Orxan Agabəyov | 14 Oktyabr 2013 06:17
Salam Sara. Hərəkətli spermotozoidlərin faizi normadan aşağıdır. Bu problemin səbəbi dəqiqləşdirib, müalicə kursu təyin olunmaıdır.  Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
gunel | 13 Oktyabr 2013 17:25
salam doktur men 4 ildi evliyem ve evladimiz yoxdu hey mualice aliram xeyri yoxdu yoldasimda sperma faizi yaxwidi ama bildiyime gore sperma qati halda olur yoldawimda su kimidi birde tez bowalir ne meslehet bilerdiz
Dr.Orxan Agabəyov | 14 Oktyabr 2013 06:14
Salam Gunel. Əgər spermoqrammanın göstəriciləri normaya uyğundursa, kişi faktoru inkar olunur. Erkən boşalma problemini müalicə etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Ceyhun | 13 Oktyabr 2013 14:53
Salam hekim xaiw sualimi cavablandirin .... Menim 14 yawim var . Ozur isteyirem ifademe gore cinsiyyat orqanimin adi veziyyetde olchusu 7 smdir . Her wey qaydasindadi .yalnz bir problem varki ereksiya veziyyetine gelende sola eyilme olur .. Coooxda deyil .. Ne qederde olsa utaniram .. Bunun hansisa bir mulicesi var ?
Dr.Orxan Agabəyov | 14 Oktyabr 2013 06:14
Salam Ceyhun. Bu yaşda bu tip problemlər barəsində düşünmək hələ tezdir. Penisin inkişafı adıtın 17-19 yaşa kimi davam edir. Uğurlar.
BehmaN | 13 Oktyabr 2013 12:30
Salam Orxan hekim.menim 19 yaşim var.penisim 13 sm den cox dur.men men bilmey isteyirem ki,penisi hansisa derman ile qalinlaşdirmag olar? Eger olarsa dermanin adin deyerdiz mene.birdeki penisim adi vaxtda lap balaca olur ama qalxanda 13 sm den cox olur.bunu ele elemey olar ki,adi vaxtda lap balaca olmasin? Xaiş edirem cavab yazin. Hekim eger mualice olmaliyamsa ne qeder xerc cixar? Eger mualice olmalidisa ele elemey olar ki sizden bawqa hec kim bilmesin ?
Dr.Orxan Agabəyov | 14 Oktyabr 2013 05:48
Salam Behman. Penisin 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Penisin ölçülərinə heç bir dərman preparatı, təsir etmir. Penisin ölçüləri yalnız ereksiya vəziyyətində əhəmiyyətli sayılır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Ismayil | 13 Oktyabr 2013 10:00
Salam hekim, mende yarim ilden çoxdu ki impotensiya yaranib, hekime getdim, müayine eleyib dedi ki, sağ xayada kista var, bilmek isteyirem impotensiya bununla bağli ola biler???
Dr.Orxan Agabəyov | 14 Oktyabr 2013 05:45
Salam Ismayıl. Xayada olan kistanın impotensiya probleminə heç bir aidiyyatı yoxdur. Səbəblər müxtəlif  - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.) ola bilər. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.