Eldar | 18 Oktyabr 2013 06:49
Salam Doktor,
Bele bir sualim var. Cisiyyet orqnimda coronal sulcus bolgesinde(bash ve govdenin arasi) sol terefinde shishkinlik var. bu ehtiraslanan vaxt daha aydin gorunur. Elimle baxdigimda, sanki altinda damar var. hec bir agri yoxdur. cinsi zeifliyim yoxdur. Ne ile elaqeli ola biler?
Tesekkurler
Dr.Orxan Agabəyov | 19 Oktyabr 2013 05:03
Salam Eldar. Əgər ağrı və ereksiya problemləri yoxdursa, bu ciddi problem sayılmır. Amma dəqiqləşdirmək üçün penisin doppler müayinəsindən keçmək, məsləhətdir. Uğurlar.
Vaqif | 18 Oktyabr 2013 02:23
salam həkim. mənim ciddi problemim var. 24 yaşım var və uzun bir vaxtdır ki, cinsi aktdan sonra tez-tez sidiyə gedirəm. Və son vaxtlar başqa problem də yaranıb. Xayalarım xüsusən sağ xaya yuxarı çəkilir. adi vaxtda və sidiyi saxlayan çox olur. getdikcə bu problem məni çox narahat edir. bu niyə olur və gələcəkdə ciddi nəticələri ola bilərmi? Xahiş edirəm cavab verəsiniz. indidən çox sağ olun.
Dr.Orxan Agabəyov | 19 Oktyabr 2013 05:03
Salam Vaqif. Bu əlamətlər, sidik-cinsiyyət sistemində iltihabi prosessin(uretrit,sistit) əlamətidir. Xayalarda olan problemi dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək lazımdır. Dəqiqləşdirib müalicə kursu keçmək məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Sahib | 17 Oktyabr 2013 19:41
Salam Hekim 23 yawim var mende sol terefden elebil xayaya geden damar berk agrayir adi halda agramir ama akdiv hereket edikde ve yolu tez-tez gedikde olur onuda deyimki hecbir travma olmayib xaiw edirem bu ne ola biler ve ne etmeliyem bu haqda meslehr veresiz!? Tewekur edirem!
Dr.Orxan Agabəyov | 18 Oktyabr 2013 08:07
Salam Sahib. Bu əlamət - varikosele(damar genişlənməsi) xəstəliyinin əlaməti ola bilər. Varikosele - kişi sonsuzluğunun ən əsas səbəblərindəndir. Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
emin | 17 Oktyabr 2013 18:06
salam. cinsi elaqe zamani cinsin organin tam sertlewmemesi problemdir?
Dr.Orxan Agabəyov | 18 Oktyabr 2013 08:08
Salam Emin. Bəli, problemdir - əgər penisin sərtləşməsi yetərli deyilsə, bu cinsi zəiflik sayılır. Uğurlar.
yusif | 17 Oktyabr 2013 12:38
salam həkim, mənim cinsi orqanim kicikdir. Bu da mene menevi ezab verir. bunun təbii yolla müalicəsi varmı? xahiş edirəm məni bu əzabdan xilas edin
Dr.Orxan Agabəyov | 18 Oktyabr 2013 08:18
Salam Yusif. Penisin ereksiya vəziyyətində 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Penisin ölçülərini təbii yolla artırmaq mümkün deyil. Uğurlar.
elvin | 16 Oktyabr 2013 20:47
salam hekim xais edrem menim bu sualimi cavablandirinda zehmet olmasa.hekim mende sperma zeifliyi son bir ayda bas verib.gec qutarram.ikincidefe ola bilmirem cinsi elaqde.sexse cox baxiram,belkede buna goredi.bu qorxulu hadisedi?ya bir nee vaxt cinsi elaqede olmasam kecer?xaiw edrem cavablandirinda bu suali.
Dr.Orxan Agabəyov | 18 Oktyabr 2013 08:05
Salam Elvin. Boşalmanın gecikməsinin bir necə səbəbi var: 1. cinsi əlaqə zamanı həyəcan. 2. masturbasiya nəticəsində, yaranmış, qeyri-adekvat erotik stereotip, yəni cinsi əlaqə vaxtı, masturbasiyadakı olan stimulyasiyanın(sürtünmənin və görüntülərin) olmaması və nəticədə boşalmanın gecikməsi. 3. hormonal səbəblər. 4. iltihabi səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
aydan | 16 Oktyabr 2013 20:25
salam doctor.bir sualim var size mumkunse cavablandirasiz.men qizam menden cirk gelir rengi yasila calir keskinde iyi var.bu meni cox narahat edir.men bilmek isteyiremki men evde ozum hansi samdan istifade ede bilerem?ele bir sey olsunki qiz usagina istifade etmek olsun hekime getmeden.mene mz samini meslehet gorubler sizce bu duzgundur?birdeki siz neyi meslehet gorerdiz?xahis edirem cavablandirasiz.evvelceden tesekkurler
Dr.Orxan Agabəyov | 18 Oktyabr 2013 08:05
Salam Aydan. Sualınızı qinekoloqa verməyiniz, daha düzgün olar. Uğurlar.
ekber natiqov | 16 Oktyabr 2013 20:10
salam hekil mni naraht eliyenbir sualv ar mende svinka xesteliyiden sonra ele bil isteyim azalib nese ereksiya olur ama ele bil evvelkikimi deyil bilmey isteyirem bunu mualicesi var varsa birdefeliy ardan qalxir bu yoxsa hmeise mualice almaliyam cox naraahtam xahis edirem cavabliyasiz
Dr.Orxan Agabəyov | 18 Oktyabr 2013 07:50
Salam Ekber. Parotit(svinka) xəstəliyi birinci növbədə spermanın keyfiyyətin aşağı sala bilər və kişilərdə sonsuzluq probleminin əsas səbəblərindəndi. Cinsi zəifliyin effektiv müalicəsi var vəə əgər cinsiyyət sisteminin işini pozan faktorlar olmasa, bu problem birdəfəlik həll olunur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Perviz | 16 Oktyabr 2013 19:24
Salam men tez qurtariram. Bundan basqa mende cinsi zeiflik var. Son zamanlar cinsi elaqem alinmir. Bundan basqa cinsiyyet orqanim solla eriliyi var.
Dr.Orxan Agabəyov | 18 Oktyabr 2013 07:50
Salam Perviz. Sizdə, həm potensiyanın zəifləməsi, həmdə erkən boşalma problemi var. Potensiyanın zəifləməsi səbəbləri - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.) ola bilər. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar.Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Aylin | 16 Oktyabr 2013 17:59
salam hekim. men 8aydirki evliyem. ama cinsi elaqede ola bilmirik. yoldawim hekime gedib ama bir problemi yoxdu. men hekime getmeliyem sizce??? hemdeki men hecde hevesli deyilem mene hansi dermani məsləhət gorerdiz. xahiw cavab yazin.
Dr.Orxan Agabəyov | 18 Oktyabr 2013 07:38
Salam Aylin. Toy gecəsi probleminin səbəbi mütləq orqanik səbəb deyil, yəni yoldaşınızda analizlərdə heç bir problem aşkarlamayıblarsa. o demək deyil ki psixoloji əngəllər yoxdu. Hər ikniz yoxlanıb, müəyyən tövsiyyələr almalısız və lazım gəldikdə müalicə kursu keçməlisiz. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.