ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Kamil | 19 Oktyabr 2013 08:26
Salam.uzde tuk cixmasini tezlewdirmek ucun neden istifade etmek lazimdi?derman veya tebiyi yolu var bunun? xais eleyirem suala cvb yazin cox saq olun
Dr.Orxan Agabəyov | 21 Oktyabr 2013 04:56
Salam Kamil. Üzdə tüklərin çıxması individual prosessdir, yəni fərqli yaşlarda başlaya bilər. Əgər problemlər  varsa, birinci növbədə hormonlar yoxlanmalıdır, əgər normaya uyğun olmayan nəticələr varsa, müalicə kursu keçmək lazım olacaq. Uğurlar.
ahmet | 18 Oktyabr 2013 20:12
hocam selam. bende erken bosalma problemi var. bakude yasadıgım ıcın turkıyede tedavı olamadım. internetten sayfanızı buldum. bu problemi asmamda bana yardımcı olmanızı istiyorum. bunun icin ne yapmalıyım. iyi calısmalar.
Dr.Orxan Agabəyov | 19 Oktyabr 2013 05:55
Salam Ahmet. Bu problemin effektiv müalicəsi var. Qəbul vaxtını dəqiqləşdirmək üçün 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə mənimlə əlaqə saxlayın. Uğurlar.
ilqar | 18 Oktyabr 2013 20:11
salam doxtur mende cinsi zeivliy var ne qeder malice almiwam xeyri yoxdur bideki mende superma su halinda olur ve qadinla olanda derman otmasam ola bilmirem hemiwe seherler qalxardi ele weyde yoxdu tay?saqolun cavabunuzu gozleyirem
Dr.Orxan Agabəyov | 19 Oktyabr 2013 06:09
Salam Ilqar. Sizdə potensiyanın zəifləməsi halları var, ola bilər hal hazırda vəziyyət ağırlaşıb. Səbəblər müxtəlif ola bilər - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.). Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Pərviz | 18 Oktyabr 2013 17:38
Salam həkim.Mən 2 ildən artıqdır evliyəm.Hələki övladımız yoxdur.Dəfələrlə müxtəlif yerlərdə muayinə olunmuşam,ancaq konkret bir söz deyən yoxdur.Onu deyə bilərəm ki,sol xayam balacadı,H klinikasında dopler müayinə də bunu göstırdi və xroniki prostatit,orxit,epidedimit diaqnozu qoydular.Sizdən xahiş edirəm mənə kömək edin ,bunun müalicəsi mümkündü yoxsa yox?......Hal hazırkı faizim 28-dir.Ancaq faizim müalicələrdən əvvəl düşüb qalxıb,oynayıb.
Dr.Orxan Agabəyov | 19 Oktyabr 2013 05:05
Salam Pərviz. Cinsiyyət sistemində olan iltihabi prosesslərin(prostatit və s.) müalicəsi var.  Spermanın hərəkətlilk faizlərinin aşağı olması, müxtəlif səbəblərdən ola bilər, bu səbəbləri dəqiqləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın, çalışaram Sizə kömək edim. Uğurlar.
Seyid | 18 Oktyabr 2013 14:03
Salam. 1.Hekim size sualim odurki qadinin her hansi vaxtda,veziyetde bosalmasi onun hamileliye tesiri varmi?. Mes. Hamilele ola ola bowalmag kimi.. Ya meselen hamile oldugunu bilmeden bowalmasi ve bu bowalma onun hamile qalmasina mane ola biler??.. 2. Hamileliy testini gunun hansi vaxtinda etmey lazimdir?.. Hekim suallarim cox oldu indiden uzrlu hesab edin..twk xahiw etrafli cvb yazasinizda men narahatam, cox sagolun ;-(
Dr.Orxan Agabəyov | 19 Oktyabr 2013 05:05
Salam Seyid. Hamiləliyin ilk və sontrimestrində(ilk və son 3 aylıq) qadının cinsi əlaqə zamanı boşalması bir o qədər məqsədəuyğun sayılmır, amma hər çey normalda ola bilər, sadəcə elə hallar olur ki, qinekoloq cinsi həyatı məsləhət görmür. Hamiləlik testi adətən səhər, ilk sidiyi istifadə etməklə aparılır. Uğurlar.
ramil | 18 Oktyabr 2013 13:52
Salam həkim, mən bilmək istəyirəm normal insanda penis hansı yaş həddinə qədər tam olaraq inkişaf etmiş sayılır?
Dr.Orxan Agabəyov | 19 Oktyabr 2013 05:04
Salam Ramil. Penisin inkişafı adətən 17-19 yaşa kimi davam edir. Uğurlar.
Ejder777 | 18 Oktyabr 2013 11:14
Salam doktor.xayalarda hem varikoseli hem de kista varsa, sonsuzluga ve umumilikde organizmin inkiwafina nece tesir gostere biler ?
Dr.Orxan Agabəyov | 19 Oktyabr 2013 05:04
Salam Ejder777.  Varikosele - kişi sonsuzluğunun ən əsas səbəblərindəndir. Varikoselenin, yalnız cərrahi müalicəsi(əməliyyat) var. Amma birinci növbədə, spermoqramma verin və öz göstəricilərinizi, normal göstəricilərlə müqayisə edin. Əgər göstəricilər, normaya uyğun deyilsə - əməliyyat etmək vacibdir. Kista adətən müalicə olunmur, amma kistanın ölçülərini müşahidə etmək lazımdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Zamir | 18 Oktyabr 2013 10:33
Salam hekim mende son zamanlar cinsi orqanimda kicilmeler gedir.Bezen ele hiss ediremki yoxdu,,menim 29yasim var..xahis edirem bunun sebebin mene deyin..evvelceden tesekkul edirem.
Dr.Orxan Agabəyov | 19 Oktyabr 2013 05:04
Salam Zamir. Bu kiçilmələr yalnız ereksiya(sərtlik) problemləri ilə əlaqəlidir. Yəni anatomik olaraq kiçilmə ola bilməz, sadəcə zəif ereksiya nəticəsində penisin ölçüləri daha kiçik görünür. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
zohrab | 18 Oktyabr 2013 09:23
Salam hakim ! Bagisliyin sualima gora ! Mnim cinsiyat orqanin 13 14 sm dir bunu 3 , 4 sm uzatmaq mumkundur !
Dr.Orxan Agabəyov | 19 Oktyabr 2013 05:04
Salam Zohrab. Penisin ereksiya vəiyyətində 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Uğurlar.
naz | 18 Oktyabr 2013 08:10
salam qiz usaginda cinsiyyet dodaginda sag terefde asagi hissede xirdaa bir dyun var ne ola biler.Agritmir.guzguyle baxanda bilinmir.sagolun.
Dr.Orxan Agabəyov | 19 Oktyabr 2013 05:54
Salam Naz. Sualınızı qinekoloqa verməyiniz, daha düzgün olar. Uğurlar.