ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
sevinc | 20 Oktyabr 2013 15:32
salam.men orqazm olmuram yani ancaq kilitora tezyiqle oluram isterdm cinsi elaq zamani ola bilim.olmur nece edim ki orqazm olum"(
Dr.Orxan Agabəyov | 21 Oktyabr 2013 04:59
Salam Sevinc. Ümumiyyətlə qadının orqazma çatması bir çox faktorlardan asılıdı -psixoloji faktorlardan, hormonların səviyyəsindən, cinsi əlaqənin müddətindən (ola bilər ki, partnyorda boşalma tez olur, və müddət qadına orqazma çatmağa kifayət etmir). Bir də ki, bir çox qadınlar vaqinal stimulyasiya zamanı(cinsi əlaqə zamanı) orqazma çata bilmir - onlarda yalnız klitoral (klitorun stimulyasiyası zamanı) orqazm var.  Uğurlar.
Seyid | 20 Oktyabr 2013 15:31
Salam h.ekim. Sizi yene narahat etdiyim ucun bagiwlayn.. Hekim men bilmek isterdimki, mes. Cinsi elageden qabag azcada olsa sperma gelse yani wehfet esasinda,ama bowalmadan qabag gelse sperma 1..2 damci da olsa sonra cinsi elagede olanda bowalma vaxti spermanin ora bowalmasi hamileliye tesiri varmi? Yani spermanin faizine efektine tesiri varmidir? Ilk gelen sperma su renginde olur.. Sualim qariwig oldu, guman ediremki menim sualimi bawa duwdunuz.. Twk evelceden minetdaram
Dr.Orxan Agabəyov | 21 Oktyabr 2013 05:33
Salam Seyid. Sualınız tam aydın deyil, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Sahin | 20 Oktyabr 2013 14:06
Salam hekim cox xaiw edirem menim sualimi cavablandirasiniz.men 1ilden coxduki evliyem men spermazoitlerden analiz vermiwem mende 0faiz cixib bilmey olar bunun mualicesi var??mualicede eletdirirem meselen enerjili qidalardan istifade eliyirem hekimim vitaminlerden yazib istfade eliyirem xeyir yoxdu analiz verirem 0 faiz cixir.U.S.M muayineden yoxlandim herwey normal cixdi.mene dediler Bu sifir Anadan gelmedi.cox xaiw edirem mene bu barede komey edesiniz bunun hansi yolla caresi varmi??
Dr.Orxan Agabəyov | 21 Oktyabr 2013 05:33
Salam Sahin.  Əgər spermoqramma göstəricilər sıfıra bərabərdisə, deməli cinsiyyət sistemində ciddi problemlər var(xayaların inkişafdan qalması, hormonal pozğunluq və s.). Bu situasiyada vitaminlərlə müalicə etmək, nəticə verməz. Problemin dəqiq səbəbi məlum olmalıdır, sonra isə effektiv müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
ramil | 20 Oktyabr 2013 12:53
salam hekim menim 16 yasim var ve mende cinsi heves heddinden artiq coxdu bu normal haldir? birdeki masturbasiyanin ziyani varmi? varsa bunun penisin uzanmasi ile elaqesi varmi?
Dr.Orxan Agabəyov | 21 Oktyabr 2013 04:57
Salam Ramil. Bəli, bu yaşda(gənclik hiperseksuallıq dövrü) güclü cinsi həvəsin olması normal haldır. Əgər masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var. Penisin uzanmasına masturbasiyanın aidiyyatı yoxdur. Uğurlar.
musayeva pervane | 20 Oktyabr 2013 10:54
salam hormetli hekim.oncelikle cavablandirdiginiz ucun tesekkur edirem. menim yoldasim 4 ay bundan once varikoselden emeliyyat olundu,olmamisdan once spermaqramma verdi aktiv hereketlileri 25 faiz idi.3 ay sonra dpolere dusdu ve varikoselin ele yerindece oldugunu oyrendik faizi de 20 faiz olmusdu.men bilmek isterdim ki,bele olurmu?bu hekimin mesuliyywtsizliyidi yoxsa,3 ay erzinde yeniden emele gele bilermi?
Dr.Orxan Agabəyov | 21 Oktyabr 2013 04:57
Salam Pervane. 20-30% hallarda varikosele əməliyyatdan sonra təkrar yaranır, bu haqda hər bir həkim əməliyyatdan öncə pasientə xəbər verməlidir. Əgər varikosele təkrar yaranıbsa və spermanın göstəriciləri normadan aşağıdırsa, daha radikal əməliyyat aparılmalıdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
huseyn | 20 Oktyabr 2013 09:08
Salam Doktor,mende vorkasel problemi var,artiq 3 ile yaxidi.sizin klinikada bunun lazer yolu ile mualicesi varmi?
Dr.Orxan Agabəyov | 21 Oktyabr 2013 04:57
Salam Huseyn. Bəli var, ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
SAHSUVAR | 19 Oktyabr 2013 21:00
SALAM HEKIM COX XAHIS SUALIMAC AVAB VEREISZ MEN SVINKa XESTLIYI KECIRTMISDIM MUALICE ALAMDIM XAYALARIMA OSLOJNENIYA VBERMSIDI NE QEDER ATNIBIOTIK VURDURDUM OZUEME 1 2 AMA AGRIALR KECMIRKI EKCMIR VAXT ASIRI AGRIALR OLUR HELDE DAVAMELIYIR AGRIALR BU MNE PSIXOLOJI COX TESIR EDIR DEMEK OlAR 4 5 AYDI DELI KIMIYEM SPERMA ANALIZI VERMISEM HEC BIR PROBLEM CIXMIYIB XAYALARIMIDA DOPPLER ELEMISEM DEYIRLER hECNE YOXDI SADECE SAG XAYAM BIRAz BALACALASIB BU XEBERI ESIDENDNE SORA MeNDE CINSI ZEIFLIYDE YaRANDI CARESIZ VEZIYETDEYEM MNE KOMEK EDINB BUNUN MUALCIE SI VAR 1 DEFELIY MEnIM CANIm QUTARSIN BU AGRILARDAN COX XAHIS MENE KOMEK EDIN
Dr.Orxan Agabəyov | 21 Oktyabr 2013 04:57
Salam Sahsuvar. Svinka(parotit) xəstəliyiinin əsas ağırlaşması xayaların zədələnməsidir(orxit). Əgər xayalar balacalaşıbsa deməli bu prosess çox ciddi olub. Cinsi zəiflik ola bilər bu problemlə əlaəqəli olmasın. Hər halda bu problemlərin müalicəsi var. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
ruslan | 19 Oktyabr 2013 20:16
sualim ondan ibaretdi ki kisinin cinsiyet orqaninin normal boyukluyu texminen nece sm oolmalidir ,eger normaldan kicikdise nece boyutmek olar.meselen 23 yasli ogan ucun normal cinsiyet nece santim olmalidir
Dr.Orxan Agabəyov | 21 Oktyabr 2013 04:56
Salam Ruslan. Penisin 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Cinsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Liqamentotomiya nəticəsində, 3-5 sm, ekstenderin köməyi ilə 1,5-2 sm əldə etmək olar. Uğurlar.
Nika | 19 Oktyabr 2013 12:48
Salam men 2 ildi evliyem,cinsi elaqeden qorxuram,yoldashim yaxinlashanda qorxudan titriyirem ureyim bulanir bashim agriyir,agliyiram oda mene yaxinlashmir,ama qiz deyilem birdene zornan acdi meni men istedim,cunki bashqacur mumkun deyildi,xahish edirem komey edin,haminin ushagi var men hecne ede bilmirem oldurecey bu derd meni
Dr.Orxan Agabəyov | 21 Oktyabr 2013 04:56
Salam Nika. Sizdə bu problemlər sırf psixoloji bloklarla bağlıdır. Ayrı-ayrı ixtisaslı həkimlərin(psixoloq, qinekoloq, seksopatoloq) birgə  müalicəsin keçməyiniz məsləhətdir. Uğurlar.
Elina | 19 Oktyabr 2013 10:34
Salam doktor,meslehetinize ehtiyacim var,zehmet olmasa deyerdiz mende dehshetli derecede gashinma emele gelib,ona ne meslehet gorerdiz,hansisa shamlar,ya maz,yada yuynma vesaitleri....
Dr.Orxan Agabəyov | 21 Oktyabr 2013 04:53
Salam Elina. Sualınızı qinekoloqa verməyiniz daha düzgün olar. Uğurlar.