ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
zaur | 24 Oktyabr 2013 19:49
salam men whey protein tozundan (tebiiki orginali) istifade etsem bir muddet yani 2 ay mende gelecekde sonsuzluq ve.s bu kimi meselelerde problem yaratmaz? cinsiyyet sistemine ziyani varmi?
Dr.Orxan Agabəyov | 26 Oktyabr 2013 08:21
Salam Zaur. Protein - tərkibi zülal olan idman qidasıdır və cinsi sağlamlığa və ya ümumi sağlamlığa heç bir ziyanı yoxdur. Uğurlar.
Rafiq | 24 Oktyabr 2013 19:17
salam hekim.size bir sual verim ama uzur isteyirem sualima gore sizden ve oxuculardan ama mecburam size demeye.24yawim var aile qurasiyam ama bir problemim var meni icidir.hardasa 1ile yaxindiki menim penisimde berkimede problem var yeni tam berkimir yumwaq wekilde qalir.bunun sebebleri ne ola biler?1defeden artiq xanimla ola bilmirem berkime alnmir.yeni heves var ama penisim meni pis veziyyetde qoyur.ureyim istyeyir ama her wey normaldi ama berkimeden bawqa.xaiw edirem mene etrafli cvb yazin hekim.cox sagolun
Dr.Orxan Agabəyov | 26 Oktyabr 2013 08:21
Salam Rafiq. Bu vəziyyətin səbəbləri müxtəlif ola bilər - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.) ola bilər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
samir | 24 Oktyabr 2013 18:36
salam hakim uzi cavabinda prostatda yazilib neodnorodniy struktura yani xroniki prostat qasiq naxiyasinda aqrilar olur hardan sidiya qedanda yandirma olur bir az cinsi zaiflama var hakim bunu mualica eda bilarsiz?
Dr.Orxan Agabəyov | 26 Oktyabr 2013 08:21
Salam Samir. Bəli, prostatit xəstəliyinin müalicəsi ilə məşğul oluram. Ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Tural | 24 Oktyabr 2013 17:44
Salam hekim. Bir sualim var. Mende spermanin aktivliyi yaxwidi. Bir neche yerde analiz vermiwem hamisinda yaxwi netice alinib.amma mende sperma penisden suretle chixmir, tokulur. Bele olan halda qadin hamile qala biler?
Dr.Orxan Agabəyov | 26 Oktyabr 2013 08:21
Salam Tural. Əgər spemoqrammanın göstəriciləri normaya uyğundursa, heç bir problem olmayacaq, narahat olmayın. Uğurlar.
Piral | 24 Oktyabr 2013 17:39
Salam hekim.hamidan sualima gore uzr isteyirem. Prezervetiv taxanda hec bir xesteliye yoluxmur adam??? Onun qiymeti necedi????
Dr.Orxan Agabəyov | 26 Oktyabr 2013 08:21
Salam Piral. Prezervativlərin istifadəsi, bir çox infeksiyalardan qoruyur, amma elə viruslar var ki(məsələn herpes) prezervativ istifadə olunsada, keçmə ehtimalı var. Prezervativlərin qiymətini apteklərdən soruşun. Uğurlar.
vuqar | 24 Oktyabr 2013 16:08
salam hekim, menim 34 yawim var, 3 ildir evliyem, bir cox mualiceler almiwam, 2-ci dereceli varikoselden emeliyyat olmuwam artiq 6 aydir, spermoqrammanin neticesi beledir:qatiliqi-qati,Ph 8.0, durulawma vaxti 60 deq, 1 ml-de sperma sayi -----(yeni 0), butun eyakulyatda sayi 64 eded,hereket formasi -----(hecne yoxdu), aktiv duz xetli ireli 9 eded, zeif duz xetli ve qeyri du xetli 21 eded, yerinde aktiv rotasion 18 eded, ereketsiz 16 eded degenerativ 11, titreyiwli yox,lesitin deneleri coxlu, selik-var, diaqnoz-olyqozoospermiya, bunun sebebi ne ola biler sizce, yeni bu neden yarana biler, varikosel olabiler,cox xahiw edirem cavab vererdiz, yeni menim uwaqim ola biler, evvelceden tewekkur
Dr.Orxan Agabəyov | 26 Oktyabr 2013 08:18
Salam Vuqar. Spermoqrammanın göstəriciləri həddən artıq zəifdir, varikoseledən başqa səbəblər də var, ola bilər hormonal pozğunluq. Belə göstəricilərlə hamiləlik ehtimalları çox aşağıdır - mütləq problemin səbəbləri  müəyyənləşməlidir və sonra qərar verilməlidir - müalicə ya süni mayalandırma. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
samir | 24 Oktyabr 2013 15:57
salam hekim manda cinsi zayfliki var birda cinsi organim qalxir basin sari reng maye galir nadan ola biler birazda prostat var
Dr.Orxan Agabəyov | 26 Oktyabr 2013 07:54
Salam Samir. Ola bilər cinsi infeksiyanın əlaməti olsun və ya prostat vəzinin iltihabı(prostatit) əlaməti olsun. Dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərssiz. Uğurlar.
hazard | 24 Oktyabr 2013 10:19
Salam Hekim Tez-Tez Bosalmaqin Boya artimina ne kimi ziyani var? menim 15 yawim var yawidlarimdan boyda balacayam.indiden tessekkurler.
Dr.Orxan Agabəyov | 26 Oktyabr 2013 11:05
Salam Hazard. Masturbasiyanın boy artımına aidiyyatı yoxdur. Uğurlar.
rehim | 24 Oktyabr 2013 09:50
Salam .hekim mennde varikasel emelyatindan evvel spermaqramma 30 % idi sonra ise 7 kecib 25 % dushub buna sebeb nedir ve ozumu cox zeif hiss edirem.Bir elaqem rahat olur hemde 40-50 deq( ereksiya narmal ) .ama 2 ci gerek 8-10 saat kece .Ereksiya tam nola duwur ve ureyim isdesede bu saat erzinde hecne ede bilmirem .bu saat texminidir azda ola biler .9 aydi evliyik ,yoldashim hamile qalmayib .aydindirki problem mendedir .ama bunun ne vaxsa duzeleceyi umulurmu ?
Dr.Orxan Agabəyov | 26 Oktyabr 2013 07:54
Salam Rehim. Əgər varikosele əməliyyatından sonra nəticələr aşağıdırsa  - deməli 2 variant var: 1. Varikosele təkrar yaranıb 2. Başqa səbəblər var. O ki qaldı ereksiya problemlərinə, ola bilsin hormonal pozğunluq nəticəsində yaranmış problemdir. Əgər bu tip problemlər varsa, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Elmar | 24 Oktyabr 2013 06:50
Salam. Dr. size sualim var. Evveler cinsi heyatim cox aktiv idi.cox ehtirasli idim. Lakin sonra zeiflik oldu. Infeksiya tutdum, trixomoniaz, xlamidioz, ureaplazmoz mualice aldim. mualiceden sonra zeiflik oldu, 1-ci defe normal oluram, lakin 2-ci defe cox gec oluram zeiflik hiss edirem. 2-ce defe sexs zamani birden olur sonra durmur. Son zamanlar bu hallar tekrarlanir ve zeifliyi ozumde hiss edirem. Xahiw edirem meslehet ve komek edesiniz. Tewekkur edirem/
Dr.Orxan Agabəyov | 26 Oktyabr 2013 07:54
Salam Elmar. Əgər cinsi infeksiyalar tam müalicə olubsa, bu problemin fərqli səbəbləri ola bilər. Səbəblər müxtəlif ol bilər- psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.). . Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.