xezer | 23 Noyabr 2014 10:48
salam hekim men fitnese yeni baslamisam ve sizden meslehet almaq isteyirem 6 aydi mesq edirem ve creatine monohadrit aldim bunlardan qebul etmeyimin mene gelecek heyatda ziyani var?
Dr.Orxan Agabəyov | 24 Noyabr 2014 06:58
Salam Xezer. İdmanda 2 tip vasitələr istifadə olunur - idman qidaları(protein, amino, qeyner və s.) və steroidlər. Steroidlər ziyanlıdı, amma idman qidaları yalnız xeyir verir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Anar.T | 23 Noyabr 2014 09:15
Salam doktor.?bagiwdiyin narahat edirem bizim 1 ildiki aleliyem uwagimiz yoxdu yoldawim emeliyat olunub varukaselden..emeliyatda sonrda bir kurs malice goturub buda neticesi.... (eyakulyatin hecmi 3.,ozluluyu 0,3 .,PH 7,6 ., durulawma vaxti 30 deq .,spermatazoidin 1ml-de sayi 22 .,eyakulyatin sperm umumi sayi 66 ., ireli herekliler 18%., reqsi herektliler 22% ., hereketsiz 60%.,A B 11,9 ., potologi formalar 83% ., bawciliq 30 .,, boyuncuq 18%.,qariwig 35 % ., yawama qabiliyeti 40%.,) bele bi neticeyle hamile qala bileremi yoldawim???onceden coox sagol..
Dr.Orxan Agabəyov | 24 Noyabr 2014 06:58
Salam Anar.T. Spermoqrammanın əsas göstəricilərindən olan, irəli hərəkətli spermotozoidlərin faizi normadan azdır. Amma varikosele əməliyyatından sonra, spermanın göstəriciləri 3-6 aya bərpa olur. Bir müddətdən sonra təkrar spermoqramma verin, göstəricilərdə artım olmalıdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
samir | 23 Noyabr 2014 07:40
Salam hakim sidiye gedarkan goynama va cinsi elaqe zamani qurtararken goynemeyle qurtarmaq buna sebeb nedir? xahiw edirwm cavablandirin.
Dr.Orxan Agabəyov | 24 Noyabr 2014 06:58
Salam Samir. Bu əlamətlər ya cinsi yolla keçən infeksiyanın əlaməti və ya sidik-cinsiyyət sistemində olan iltihabi prosesin əlamətləridir. Dəqiqləşdirib,müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
talex | 23 Noyabr 2014 06:59
salam hekim sualim size bele olacaq ki 1 ay bunan evvel penisimde goyneme hali oldu cox agrili oldu onan sonrada penisim yaxwi qalxmir goynemenin tesiri ola biler? birde iki il bunan once venoz catiwmamazligindan emeliyyat olunmuwam qasiq hisemdede piylenme olub hansi en cox tesir ede biler penisin qalxmamasina evvelceden tewekkur edirem cavablandirdiginiza gore
Dr.Orxan Agabəyov | 24 Noyabr 2014 06:58
Salam Talex. Yazdığınız səbələrin cinsi zəiflik probleminə birbaşa aidiyyatı yoxdur. Cinsi zəifliyin səbəbləri - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.) ola bilər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Vusal | 23 Noyabr 2014 05:54
Salam hekim..Mekteb vaxdinda svinka xesteliyi kechirtmishem. Hekim muayinesinden kechmemishem...Hal hazirda sol xayam sag xayamdan kichikdir.Chinsi elaqede problem yoxdur..Bu ushaq olmamagina sebeb ola biler.Iki aydi evliyem..
Dr.Orxan Agabəyov | 24 Noyabr 2014 06:57
Salam Vusal. Xayaların problem varsa, mütləq spermoqramma analizi verin. Əgər göstəricilər normaya uyğun olarsa, narahat olmayın, əks halda - müalicə kursu keçməyinizə ehtiyac olacaq. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
ilkin | 23 Noyabr 2014 05:24
Salam hekim men yuxuda oz ozume bowaliram bunun sebebi nedi?
Dr.Orxan Agabəyov | 24 Noyabr 2014 06:57
Salam İlkin. Pollüsiyaların(qeyri-ixtiyari boşalmaların) səbəbi, müntəzəm cinsi həyatın (boşalmaların) olmamasıdır. Gənc yaşlarıında bu hal normal sayılır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Elvin | 22 Noyabr 2014 21:44
Salam hekim. Menim cinsiyyet orqanunimda sepgi var. Ama azdi iki dene. Niye ola biler? Terlemekden ve ya unsiyyetden sonra yuyunmamaqdan ola bilermi? Niye? Mualicesi nedi?
Dr.Orxan Agabəyov | 23 Noyabr 2014 10:21
Salam Elvin. Ola bilər herpes virusunun əlaməti olsun, amma dəri problemlərinin dəqiq qiyabi diaqnostikası mümkün deyil. Dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Samir | 22 Noyabr 2014 21:18
Salam Dr. Menim 28 yashim var. 10 ildir shekerli diabet (1 tip) xestesiyem. Ilde iki defe umumi mualice kursu kecirem. Son 1-2 ayda cinsi elage zamani bezen spermanin umumiyyetle olmamasini mushahide edirem. Cinsi aktiv heyat surduyum ucun bu meni cox naraht etmeye bashladi, bele hal evvel mushahide etmemishdim. iinternetde bu barede melumat toplamaga bashladim ve bunun aspermiya adlandigini oyrendim. Amma tam degig mualicesinin olub olmamsi hagda degig melumat tapmadim.Hal hazirda subayam amma aile gurmag fikrindeyem,. Buun qarshisini indiden necur ala bilerem.?!
Dr.Orxan Agabəyov | 23 Noyabr 2014 10:21
Salam Samir. Bu problem aspermiya deyil, retroqrad eyakulyasiyadır, yəni Sizdə sperma ifraz olunur amma sidik kanalı ilə kənara deyil, içəri - sidik kisəsinə tökülür. Bu problemin səbəbi - şəkərli diabet xəstəliyidir. Bu problemin müalicəsi olduqca çətindir, ona görə də müalicəyə maksimal tez başlamalısız. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Elman | 22 Noyabr 2014 20:37
Salam həkim. İntim münasibətdə olarkən çox tez boşalıram. Sol tərəf xayam və sol böyrəyimdə ağrılar olur (hərdən sağ xayamda da olur). Soyuq havalarda ayaqlarım buz kimi olur və tərləyir. Naftalan vannalarına düşmək məsləhətdirmi. Həkimlər deyir səndə güclü soyuqlama var.
Dr.Orxan Agabəyov | 23 Noyabr 2014 10:21
Salam Elman. Erkən boşalma problemində və xaya, böyrək ağrılarının müalicəsində naftalan vannaları istifadə olunmur. Hətta səbəblər sidik-cinsiyyət sistemində iltihabi proses olsa belə (fərqli səbəblər ola bilər), hansısa bir vasitə deyil, kompleks müalicə kursu təyin edilməlidir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
ruslan | 22 Noyabr 2014 19:49
Salam helim bagislayin bu soze gore.men bazdiq eledim 40 gunden sonra mende az sire gelmeye basladi.bu neden ola biler
Dr.Orxan Agabəyov | 23 Noyabr 2014 10:14
Salam Ruslan. Bu əlamət cinsi yolla keçən infeksiyanın əlaməti ola bilər. Cinsi infeksiyaların olub-olmamasını yoxlayıb, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.