ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
elnur | 25 Oktyabr 2013 20:01
Salam .evelceden minetdaram sizlere. Hekim menim analiz cavabima reyinizi zehmet olmasa bildirerdiniz. 1.Eyakulytin miqdari 3.0 mg 2.Rengi -bozumtul ag 3.durulasma 30 deq 4.1ml-dəki spermatozoidler 16-min 5.PH- 8.5 6.Umumi hecimdeki spermazoidler sayi 40-min 7.Aktiv duzune hereketli A - 6 % 8.Zeyif duzune hereketli B - 19 % 9.Zeyif ve ya dairevi hereketli- 40 % 10.hereketsizler -35 % 11.normal morfologiyasi 3 12.bas patologiyasi 35 13.quyruq patologiyasi 25 14.boyun patologiyasi 37 spermatogen huceyreler 2-3 %
Dr.Orxan Agabəyov | 26 Oktyabr 2013 11:19
Salam Elnur. Hərəkətlilik faizləri normadan aşağıdır. Cinsiyyət sisteminı yoxlayıb, bu problemin səbəblərini müəyyənləşdirdikdən sonra, düzgün müalicə kursu təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
tevekkul | 25 Oktyabr 2013 19:21
Axshaminız xeyir doktor baqishlayinki narahat edirem menim 35 yashim var ama eziyet cekirem cunki menim cizi orqanim yaman pis aqirtir ayib olsada deyecam qalovka aqirtir ele bir istohut tokubler 5 aydiki aqirtir ne olar bir meslehet edin mene
Dr.Orxan Agabəyov | 26 Oktyabr 2013 11:18
Salam Tevekkul. Çox güman ki, Sizdə uretrit(sidik kanalının iltihabı) əlamətləri var. Dəqiqləəşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
sanan | 25 Oktyabr 2013 19:04
salam orxan . orxan hekim cinsi elaqeye girmek ucun qizin hevesini artirmaq ucun hansisa bir derman var? yaniki qiz ozu elaqeye girmek istesin. eger varsa nece istifade etmeli?
Dr.Orxan Agabəyov | 26 Oktyabr 2013 11:18
Salam Sanan. Xeyr, bu tip effekt göstərən hansısa  preparat mövcud deyil. Uğurlar.
Arzuman | 25 Oktyabr 2013 19:04
Salam Hekim, Men 15 yasimdan etibaren beynimde hansisa taninmis ulduz xanimi canlandirib tez tez bosalirdim, hal hazirda 21 yasim var cinsi orqanimin berk olmamasindan qorxuram. cinsi elaqeye girmek istediyim zaman cinsiyyet orqanim berk olmur. 3 il bundan qabaq qadinlara qarsi ehtiras hissim cox yuksek idi, ama indi elaqede olmaq isteyirem ama orqanimin berkimediyine gore uzaq dururam ela anlardan. hisslerim var qelben isteyirem elaqede olmaq ama hemin an geldiyi zaman yena problem oz sozunu deyir.. buda meni qorxudur. Mena komeklik edin. Orqanimin berk olmasini isteyirem. birde qadinlarla elaqeye girmemisden once elden tutma toxunma olsada bela yena orqanim durmur. tam berkimir. ve eks cinsin numayendeleri orqanimin balaca olmasindan gileylenirler. buda meni utandirir. Komeyi ancaq siz mena eda bilersiniz, Allahin komekliyi ile. Birde onu deyim Hal hazirdada axsamlar yatanda komputerimde porno videolara baxib elimle oynadim bosaliram.
Dr.Orxan Agabəyov | 26 Oktyabr 2013 11:18
Salam Arzuman. Bu daha çox, psixoloji səbəbləri olan problemdir. Yəni, cinsi əlaqə başlayanda, Sizdə müəyyən narahatlıq yaranır - ereksiya necə olacaq? Daxil ola biləcəm? və s. Bu narahatlıq, ereksiyanın normal mexanizmlərini pozur və nəticədə, ereksiya itir. Müalicədə, həm dərman preparatları, həmdə rasional psixoterapiya metodlarından istifadə olunur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Ali | 25 Oktyabr 2013 17:35
salam hekim. mende xarice ihrazat olur. infeksiyadir?
Dr.Orxan Agabəyov | 26 Oktyabr 2013 11:18
Salam Ali. Cinsi infeksiya ilə yoluxma ehtimalı yüksəkdir. Dəqiqləşdirib, müalicə kursu keçməyiiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Tural | 25 Oktyabr 2013 11:14
salam hekim, mende spermoqrammadaki gostericiler herektli A27% ,B50%, D23%,morfologiya 51% bu gostericilerle yoldawim hamile qala biler?
Dr.Orxan Agabəyov | 26 Oktyabr 2013 11:09
Salam Tural. Siz spermoqrammanın göstəricilərindən yalnız hərəkətlilik faizlərini yazmısız, başqa vacib göstəricilər olmadan nəsə demək çətindi, faizlər isə normaya uyğundur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
reshad | 25 Oktyabr 2013 10:49
Salam,hekim menim penisim mence normaya uygun deyil.hemde cinsi elaqe zamani tez boshaliram.neden ola biler? 2011 ci ilde varikoseliden emelyat oldum sol terefden indi sol xayam sag xayama nisbeten 2 defe boyukdur.bu hansisa bir probleme yol acmirki?
Dr.Orxan Agabəyov | 26 Oktyabr 2013 11:09
Salam Reshad. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Xayalarda ola n problemləri dəqiqləşdirməkdən ötrü, xxayaların doppler müayinəsindən keçin, ola bilər spermanın göstəriciləri normadan aşağı olsun. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
orxan | 25 Oktyabr 2013 10:36
Salam hekim men cinsi orqanimi boyutmek isdiyrem ne olar bu
Dr.Orxan Agabəyov | 26 Oktyabr 2013 11:09
Salam Orxan. Penisin 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Cinsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Liqamentotomiya nəticəsində, 3-5 sm, ekstenderin köməyi ilə 1,5-2 sm əldə etmək olar. Uğurlar.
Ceyhun | 24 Oktyabr 2013 22:01
Salam hekim. Men sidiye hacali gedirem cox vaxt. Bunun sebebi ne ola biler?
Dr.Orxan Agabəyov | 26 Oktyabr 2013 08:36
Salam Ceyhun. Çox güman ki, sidik-cinsiyyət sistemində iltihabi prosess var - prostatit və ya uretrit. Dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Tural | 24 Oktyabr 2013 21:37
salam hekim.her vaxtiniz xeyir olsun.hekim menim 23 yasim var.penisimin ölcüsü normal penisin aşaği heddidir.yeni balaca sayilir.penisi uzatmaq mümkündürmü ve ne qeder uzadila biler?bu emeliyyat Azerbaycanda mümkündürmü? cooox xahis edirem sualimi cavablandirin.
Dr.Orxan Agabəyov | 26 Oktyabr 2013 11:05
Salam Tural. Penisin 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Cinsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Liqamentotomiya nəticəsində, 3-5 sm, ekstenderin köməyi ilə 1,5-2 sm əldə etmək olar. Bu üsullar Azərbaycanda tətbiq edilir. Uğurlar.