efgan | 26 Oktyabr 2013 20:25
salam hekim mens svinkadan sonra sag xaam balacalasib sol normaldi ma mende svinkdan sonra eresya zeifliyib hevesim azalib cox adam svinka kecirib ama hec kesde beles sey olmuyub yeniiki xesteliyden sonra zeifliy yaranmayib bu neden ola biler mnede men cox pis olmusdum 4 5 ay depresiyadaydim demey olar xayam balacalasdigina gore indi bilmey isteyirem bunun mualicesi var bu durum mende psioxlojidi yoxsa xesteliy kecirtdiyime gore bele olmusam 1de mualice alsam duzelecem yoxsa muteq,adi olaraq mualice alamliyam cox xahis cavab veresiz
Dr.Orxan Agabəyov | 28 Oktyabr 2013 06:33
Salam Efgan. Birinci növbədə svinka(parotit) xəstəliyi nəticəsində, spermanın göstəriciləri düşə bilər, bunu mütləq yoxlamaq lazımdır. Cinsi zəifliy həm psixoloji səbəblərdən yarana bilər, həmdə orqanik - dəqiqləşdirdikdən sonra düzgün müalicə kursu təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
shukur | 26 Oktyabr 2013 19:49
salam hekim. Men tez bowaliram. Evveller bele problemim yox idi. 2 ildir beledir. Bunun bir mualicesi varmi hekim?
Dr.Orxan Agabəyov | 27 Oktyabr 2013 19:05
Salam Shukur. Bəli, erkən boşalma probleminin müalicəsi var. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
gunay eliyeva | 26 Oktyabr 2013 19:22
Salam.hekim size bir sual verim kisilerde sidikde qan gelme neden ola biler?xais edirem cavablandirasiz sualimi
Dr.Orxan Agabəyov | 27 Oktyabr 2013 19:05
Salam Gunay. Səbəblər müxtəlif ola bilər - sidik-cinsiyyət sistemində iltihabi prosess, travmalar, böyrək daşı və s. Dəqiqləşdirib, dəqiq müalicə kursu təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
sevinc | 26 Oktyabr 2013 17:45
salam hekim her vaxtiniz xeyir yoldasim sonsuzluqdan mualice olunur son defe spermaqramma ekilmesi ve antibiotikqramma olundu;neticede e.coli,stafilakok h.cxdi hal-hazirda mualice olunur.ustelik erken bosalma var.(b.1-2 deqiqe cekir).sizce bunun askar olunan mikroblarla bir elaqesi ola biler?evvelceden tesekkurler!
Dr.Orxan Agabəyov | 27 Oktyabr 2013 18:53
Salam Sevinc. Yazdığınız mikroblar spermoqrammanın göstəricilərinə əhəmiyyətli təsiri yoxdur. Erkən boşalmanın da hamilə qalmaq ehtimalına təsiri yoxdur, bu problemin səbəbləri araşdırılsa, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
nara | 26 Oktyabr 2013 15:55
salam manim 14 yasinda gizim var masturbasiya ila gizlinda mesgul olur bunu psixolog deyib onu nece mualice ede bilerik
Dr.Orxan Agabəyov | 27 Oktyabr 2013 13:07
Salam Nara. Bu yaşda böyük əksəriyyət insanlar masturbasiya edir və əgər həddən artıq deyilsə, hansısa spesifik müalicə tələb olunmur. Sadəcə hansısa idman növü ilə məşğul olmaq, məsləhət görmək olar. Uğurlar.
Elvin | 26 Oktyabr 2013 12:37
salam hekim. men tez-tez masturbasiya ile mesqul oluram. bunun menim saglamligima ziyani var? demek olar ki, her gun mesqul oluram
Dr.Orxan Agabəyov | 27 Oktyabr 2013 13:07
Salam Elvin. Əgər masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var. Uğurlar.
elnure | 26 Oktyabr 2013 09:44
salam hekim cox xais edirem sualmi cavablandirasiz men iki aydir aile heyati qurmusam hamile qalmaq isteyrem amma uzr isteyrem yoldasimla cinsi elaqede olandan sonra sperma geri qaydir uzanili qalsam bele qalxan kimi ayaqa geri qaydir xais edirem menim sualmi cavablandirasiz 19 yasim var
Dr.Orxan Agabəyov | 27 Oktyabr 2013 13:07
Salam Elnure. Bu sualı qinekoloqa verməyiniz daha düzgün olar. Uğurlar.
ayten abdullayeva | 26 Oktyabr 2013 09:08
Salam həkim ,bağışlayın narahat edirem.
Çox xahiş edirem menim sualımı cavablandırardız.3 ile yaxındı övladımız olmur,bir neçe uroloq-androloq yanında olmuşuq yoldaşım spermanın aşağı olmasına göre(8-10%) müalice alıb amma br xeyri olmayıb.1il bundan qabaq Vorikoselden de əməliyyat oldu onun da xeyri olmadı yene eyni netice bir az artdı 19%.Axrıncı defe ise spermanın morffoloji qurluşundan analiz verdi H- G klinikasında netice baş,boyun,quyruq sıfır çıxdı.Və həkim dedi ki ,süni mayalanma elətdirin morfoloji qurluş yeni spermanın baş,boyun quyruq hissəsi sıfırdısa bunun müalicəsi yoxdu və uşağınız olmayacaq.Çox çox xahiş edirem bu doğurdandamı beledi müalicenin morfoloji qurluşa xeyri yoxdumu?Biz neyniyek size müraciet edekmi?Bunun müalicesi əlacı yoxdumu?Suallarmı cavablandırsaz çox şad olaram.Çox sağ olun önceden təşşəkkürler.
Dr.Orxan Agabəyov | 26 Oktyabr 2013 11:48
Salam Ayten. Birinci növbədə həm teratozoospermiyanın(morfoloji qüsuru olan spermotozoidlərin çox olması) səbəbi dəqiqləşdirilməlidir, sonra isə müalicə metodikası müəyyənləşdirilməlidir. Hər -halda, bu tip problemlərində müalicəsi var. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Kenan | 25 Oktyabr 2013 21:37
Salam hekim.erken bosalma problemi ile bagli yazilan tovsiyyeleri mutamadi olaraq her cisi elaqe zamani istifade etmek lazimdir?yoxsa bir muddet sonra artiq verdis halina cevilib problemin aradan qaxlmasina sebeb olacaq?men cinsi elaqe yasamamisam amma masturbasyalar zamani erken boslama probleminin oldugu qenaetindeyem,sizce masturbasiya ile cinsi elaqe zamani bas veren bosalma prosesi ferqlidir ? ya ikiside eyni neticeye baglidir?evvelceden tesekurler
Dr.Orxan Agabəyov | 26 Oktyabr 2013 12:03
Salam Kenan. Masturbasiya zamanı boşalmanın tez olması, ciinsi əlaqə zamanı erkən boşalma diaqnozuna bərabər deyil. Birinci növbədə cinsi əlaqədə olun, əgər boşalma erkən olarsa, bu halda hansısa metodikalar və müalicə tətbiq olunacaq. Uğurlar.
Diana | 25 Oktyabr 2013 21:09
Salam doktor.Necesiz, sualara cavab verdiyiniz ucun tesekkur edirem, size bu sualla muraciet etmek isterdim, oglan usaginin emele gelmesi ucun nese etmek lazimdir,yoxsa allahin qismetidir
Dr.Orxan Agabəyov | 26 Oktyabr 2013 11:48
Salam Diana. Xeyr, elmi təsdiqi olan hansısa metodika mövcud deyil, oğlan və qız uşağının olması yalnız bəxtdən asılıdır. Uğurlar.