mahir | 28 Oktyabr 2013 15:54
salam.31 yasim var .mende ereksiyanin zeifliyidir.hekime muraciet etdim dedi varikoseledi.bashqa butun analizlerim normadadir.emeliyyat olundum.ama her sey evvelki kimidir.men ne edim.sagolun
Dr.Orxan Agabəyov | 29 Oktyabr 2013 06:55
Salam Mahir. Varikoselenin cinsi zəifliyə heç bir aidiyyatı olmadığından, əməliyyatdan sonra Sizdə heç bir dəyişiklik olmayıb. Əgər cinsi zəifliyə gətirib çıxaran orqanik faktorlar yoxdursa, deməli psixoloji səbəblər əsas rol oynayır. Hər bir halda, bu problemlərin müalicəsi var. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
suleyman | 28 Oktyabr 2013 14:17
salam hekim. menim 17 yasim var.. amma mnde sperma cox zeifdi.. demek olarki yoxdu,. men ne ede bilerem? onceden tesekkurler.
Dr.Orxan Agabəyov | 29 Oktyabr 2013 06:55
Salam Suleyman. Birinci növbədə hormonların səviyyəsini yoxlamaq və xayaların doppler müayinəsindən keçmək məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
ayten | 28 Oktyabr 2013 13:19
Salam Orxan bey,Kuruger aparatında spermanın morfolojiyası sıfır çıxırsa bunun müalicesi varmı?
Dr.Orxan Agabəyov | 29 Oktyabr 2013 06:48
Salam Ayten. Birinci növbədə həm teratozoospermiyanın(morfoloji qüsuru olan spermotozoidlərin çox olması) səbəbi dəqiqləşdirilməlidir, sonra isə müalicə metodikası müəyyənləşdirilməlidir. Hər -halda, bu tip problemlərində müalicəsi var. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
rustem | 28 Oktyabr 2013 11:29
yoldasimla cinsi elaqede olanda kkimizde qurtardiqdan sonra penisi silmemis ufunetli iy cixir.nedendir?
Dr.Orxan Agabəyov | 29 Oktyabr 2013 06:49
Salam Rustem. Bu cinsi iinfeksiyanın əlaməti ola bilər. Dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Çingiz | 28 Oktyabr 2013 11:06
Salam Orxan bəy. mənim problemim ondan ibarətdir ki, üzr istəyirəm yoldaşımla yanaşı uzanırıq,ancaq məndə ona qarşı heç bir hiss olmur.qetd edim ki, kişilik problemim də yoxdur. onunla yaxınlıq eləmək həvəsi ayda 1-2 dəfə yaranır.hansısa xoşuma gələn qadın görəndə üzr istəyirəm ehtirasa gəlirəm.ancaq yoldaşımla alınmır. bu ailədaxili problemlərlə baglı ola bilərmi?təşəkkür edirəm
Dr.Orxan Agabəyov | 29 Oktyabr 2013 06:49
Salam Çingiz. Bu problemə selektiv(seçici) erektil disfunksiya deyilir və bu problemin səbəbləri sırf psixolojidir. Müalicədə rasional psixoterapiya və dərman preparatları istifadə olunur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
renat | 28 Oktyabr 2013 09:50
salam hekim her vaxtiniz xow olsun menim prastatimda prablem var sidiye gedanda yarimciq gedirem..sora agrilar var agir ayaq yolunda sidikden sora cirk gelir damci.hekim bu citdi bir weydi. Bunun mualicesi oluna biler? Nece aya mualice oluna biler?
Dr.Orxan Agabəyov | 29 Oktyabr 2013 06:37
Salam Renat. Sizdə prostatit(prostat vəzinin iltihabı) əlamətləri var. Prostatit müalicə olunmasa, gələcəkdə müxtəliv uroloji və cinsi problemlərə gətirib çıxara bilər. Aktiv müalicə 3-4 həftə davam edir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
rufet | 28 Oktyabr 2013 08:33
Hekim salam.men bilmek isteyirem ki, qizda matkanin balaca olmasi gelecekde hansi problem yarada biler? Bu ciddi weydirmi?
Dr.Orxan Agabəyov | 29 Oktyabr 2013 06:37
Salam Rufet. Matkanın kiçik olması, gələcəkdə hamiləlik yaranmasına müəyyən əngəllər törədə bilər. Amma bu problemin müalicəsi var, qinekoloqa müraciət edin. Uğurlar.
sahil | 28 Oktyabr 2013 08:12
salam men cox tez bosaliram mualicesi mumkundu
Dr.Orxan Agabəyov | 29 Oktyabr 2013 06:37
Salam Sahil. Bəli, erkən boşalma probleminin müalicəsi mümkündür. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
kenan | 27 Oktyabr 2013 20:57
salam hekim men evveler dord defe dalbadal olurdum ise bir defeden artig ola bilmirem sizce bunun sebebi ne olar 25 yasim var
Dr.Orxan Agabəyov | 28 Oktyabr 2013 07:40
Salam Kenan. Sizdə potensiyanın zəifləməsi halları var. Səbəblər müxtəlif ola bilər- psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.). Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
kenan | 27 Oktyabr 2013 19:51
salam hekim her vaxtiniz xow osun sizden bir xayiw eleyim mende prastat vezimde prablem var.Sidiye gedende yarimciq gedirem .sidiyden sora cirk kmi nese olur .hemde agri olur soyuq havalarda ..Hekim bu xestelik citdi bir weydi bunu mualice elemek laizmdi ? bu soyuq deymeden yaranib mende bele ? bunun mualicesi neqede olur hekim ?
Dr.Orxan Agabəyov | 28 Oktyabr 2013 07:32
Salam Kenan. Sizdə prostatit əlamətləri var və bu xəstəlik əgər müalicə olunmasa, müxtəlif cinsi problemlərədə gətirib çıxara bilər. Aktiv müalicənin müddəti adətən 3-4 həftə olur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.