ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Orxan | 2 Noyabr 2013 08:30
Salam hekim speqramdan analiz vermisem ola biler ki sehvlik olsun
Dr.Orxan Agabəyov | 4 Noyabr 2013 06:02
Salam Orxan. Baxır spermoqrammanı hansı klinikada vermisiz, belə ehtimal var. Əgər şübhələriniz varsa, fərqli klinikada analiz verin. Uğurlar.
ebuzer | 2 Noyabr 2013 07:42
salam hekim.menim 16 yasim var.mende sehvet hissi gujdu olanda,hezze gelenden sonra bir nece saatdan ya sperma yada sire sidikle birge gelir az miqdarda. bu nedendi?xais sebebini yazardizda,men namaz qila bilmirem buna gore,boynuma qusul dusur coxlu.
Dr.Orxan Agabəyov | 4 Noyabr 2013 06:02
Salam Ebuzer. Çox güman ki, prostat vəzinin iltihabı(prostatit) əlamətləridir. Dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
orxan | 1 Noyabr 2013 17:53
salam hekim mende valikoz xesteliyi var evveler 3mm idi sonra fiziterapiya ile mualice oludu 2.3 dusdu onun ziyani yoxdu ki evveler speqramin faizi 17 idi fiziterapiya ile mualice olunandan sonra analiz vermemisem
Dr.Orxan Agabəyov | 2 Noyabr 2013 05:52
Salam Orxan. Varikosele - kişi sonsuzluğunun ən əsas səbəblərindəndir. Varikoselenin, yalnız cərrahi müalicəsi(əməliyyat) var.  Yəni heç bir başqa metod yoxdur ki, tətbiq etdikdə damarların diametri azalsın(Sizin nəticələrdə olan azalma sadəcə dopplerdə olan səhvdir). Birinci növbədə, spermoqramma verin və öz göstəricilərinizi, normal göstəricilərlə müqayisə edin. Əgər göstəricilər, normaya uyğun deyilsə - əməliyyat etmək vacibdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Elvin | 1 Noyabr 2013 16:13
salam cinsiyet orqanimi nece yekelde bilerem ve ya ne ile ?
Dr.Orxan Agabəyov | 2 Noyabr 2013 05:52
Salam Elvin. Cinsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Liqamentotomiya nəticəsində, 3-5 sm, ekstenderin köməyi ilə 1,5-2 sm əldə etmək olar. Uğurlar.
kimse | 1 Noyabr 2013 14:43
salam hekim..men gobelek xesteliyinden eziyyet cekirem..hekim wam ve dermanlr yazb..hele ki bir irelileyiw hiss etmirem...qawinma goyneme dvm edir
Dr.Orxan Agabəyov | 2 Noyabr 2013 05:52
Salam Kimse. Müalicəni axıra kimi davam edin, əgər nəticə olmasa başqa infeksiyaları da yoxladın. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
agayev | 1 Noyabr 2013 13:06
Salam hekim men spermadan analiz verdim. Her sey yaxsidir birce leykosidlerin sayi 6 dan az olmalidir mende 9-10 dur. men 2 ildir evliyem usagim yoxdur leykosidin normadan artiq olmasinin ne kimi zereri var? mualicesi ucun her hansi bir antibiotik vurdursam olarmi? Xahis edirem etrafli cavablandirasiniz. Onceden tesekkurumu bildirirem.
Dr.Orxan Agabəyov | 2 Noyabr 2013 05:52
Salam Agayev. Leykositlərin çox olması, cinsiyyət sitemində iltihabi prosessin olmasından xəbər verir. Amma bu prosessə adi soyuqdəymə kimi yanaşma düzgün deyil, yalnız səbəblər dəqiqləşdiriləndən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
ANONIM | 1 Noyabr 2013 11:18
salam hekim,vaxtinnan tez olan eyakulyasiyani mualice etmek olur?ve mualiceden sonra nevaxta qeder normal vaxta qeder davam edecek eyakulyaiyanin muddeti?
Dr.Orxan Agabəyov | 2 Noyabr 2013 05:41
Salam Anonim. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
şehzade | 1 Noyabr 2013 11:03
salam. men 1ildi aileliyem.yoldawimin 23 yawi var. cinsi elaqe zamani tez yorulur ve cox zaman sona catdirmir. bunun ucun ev usulu quvvetlendirici neynemek olar? onceden tewekkurler
Dr.Orxan Agabəyov | 2 Noyabr 2013 05:41
Salam Şehzade. Cinsi zəifliyin müxtəlif səbəbləri var - psixoloji və orqanik. Bu səbəbləri dəqiqləşdirib düzgün müalicə təyin etmək olar. Profilaktik üsullar  haqqında, potensiyanın gücləndirilməsi məqaləsinə oxuya bilərsiz. Uğurlar.
anar | 1 Noyabr 2013 09:49
salam hekim baqisdiyin sizden bir soz sorusum bu arxadan masaz olunmaq hansi xesdelik zamani lazim olur hekim birde mende yatanda uzananda pensim narmalni durur eleki ayaqa qalixdim aninda hecne olmur elebil hec durmuyub xayis edirem cavab yazin onceden tesekkur edirem
Dr.Orxan Agabəyov | 2 Noyabr 2013 05:05
Salamm Anar. Prostat massaji, prostatitin müalicəsində tətbiq edilə bilər. Ereksiya problemlərinin səbəbləri müxtəlif ola bilər - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.). Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.