ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
rasadik | 3 Noyabr 2013 06:36
Salam Hakim,mende psixoloji problem yaranir,cinsi elaqeye girende,heyacnlaniram,ve buda penis bosalir,bu qadinan ola biler,amma bu mende narahatciliq yaradir,ozumu idare ede bilmirem.bunu nece muayine edirsiz psixoloji problemlari.
Dr.Orxan Agabəyov | 4 Noyabr 2013 08:01
Salam Rasadik. Bu daha çox, psixoloji səbəbləri olan problemdir. Yəni, cinsi əlaqə başlayanda, Sizdə müəyyən narahatlıq yaranır - ereksiya necə olacaq? Daxil ola biləcəm? və s. Bu narahatlıq, ereksiyanın normal mexanizmlərini pozur və nəticədə, ereksiya itir. Müalicədə, həm dərman preparatları, həmdə rasional psixoterapiya metodlarından istifadə olunur.Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
huseyn | 2 Noyabr 2013 20:00
salam hekim sualimi cvblandirsaz sevinerem...hekim menim uzun muddetdi xayamda prisikler var ici adi bildiyimiz kimi cirk yiqir masturbasiya etdikce artir biraz ara verende azalir ama tam kecmir....indi tezelikce alnimda basliyib sep,eye masturbasiya eden kimi artir xais edirem komeklik gosteriun yasim 21
Dr.Orxan Agabəyov | 4 Noyabr 2013 08:01
Salam Huseyn. BU problemlərlə bağlı dəri həkiminə(dermatoloq) müraciət etsəz, daha düzgün olar. Uğurlar.
Roma | 2 Noyabr 2013 17:17
salam hekim gec durmanin ve tez olur ve tez bosaliram bunun sebei nedir zeymet olmasa yazardizda.onceden twk.
Dr.Orxan Agabəyov | 4 Noyabr 2013 06:04
Salam Roma. Sizdə, həm potensiyanın zəifləməsi, həmdə erkən boşalma problemi var. Potensiyanın zəifləməsi səbəbləri  - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.) ola bilər.  Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Vuqar | 2 Noyabr 2013 16:28
salam hekim varikoselin mikroskop emaliyyat qiymeti neciyedi deye bilersiz?
Dr.Orxan Agabəyov | 4 Noyabr 2013 06:28
Salam Vuqar. Ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Nuran | 2 Noyabr 2013 13:36
Salam Hekim.Mende bele bir problem var.Men 5 alti gun elaqede olmayanda sonra olanda sperma xirda denecikler kimi olur.HEMDE tez bowaliram.
Dr.Orxan Agabəyov | 4 Noyabr 2013 06:03
Salam Nuran. Bu tip problemlər prostat vəzidə durğunluq nəticəsində yarana bilər. Dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
ramiz | 2 Noyabr 2013 13:11
salam hekim menim 23 yasim var 1 ildir evliyem yoldasim hamile idi usaqi dusdu size bele bir sualim var menim bedenim bezen tez bosalir bezen ise yalan olmasin 30 ve ya 40 deqiqe bosalmir bedenim tez bosalanda ozumu pis hiss edirem bedenimin gec bosalmasi ucun ne ede bilerem xais edirem cavab yazasiniz
Dr.Orxan Agabəyov | 4 Noyabr 2013 06:03
Salam Ramiz. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar. .
Qurban | 2 Noyabr 2013 11:11
Salam doktor.3 ildi aileliyem.yoldasim 1 defe usaga qalib inkisafdan qalma olub.2 ildi hamilelik olmur.mende 1-ci dereceli vorikasel var.spermanin neticesi celd her -15,zeif-11,reqsi-20, hereketsiz 54-dur.Birde morfoloji sperma sifir cixib.bununla hamilelik ola biler?
Dr.Orxan Agabəyov | 4 Noyabr 2013 06:03
Salam Qurban. Əgər spermoqrammada morfoloji sağlam spermotozoidlər yoxdursa, hamiləlik şansları çox aşağıdır. Bu problemlərin səbəblərini müəyyənləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
dado | 2 Noyabr 2013 09:54
cinsi organim sertleşende berk olmur bu neden ola biler
Dr.Orxan Agabəyov | 4 Noyabr 2013 06:03
Salam Dado. Ereksiyanın zəif olması  səbəbləri müxtəlif  - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.) ola bilər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Yusif | 2 Noyabr 2013 09:13
Salam Hekim,guman edirem narahat etmirem? Size sualim qadin kisi ile 1 ay elaqede olmuyursa onu nece bilmek olar ki o qadin kiminlese cinsi elaqede olub yoxsa yox...Diqqetinize gore teshekkur.
Dr.Orxan Agabəyov | 4 Noyabr 2013 06:03
Salam Yusif. Bunun üçün tibbi müayinə metodu mövcud deyil. Uğurlar.
MEMI | 2 Noyabr 2013 08:37
Salam hekim mende sperma sifir idi dediler sag xayada varikasel var emeliyyat oldum. sperma artimi ola biler yoxsa yox?birde FSH da mende normadan coxdur bu spermanin sifira dusmesine sebeb ola biler? Evvelceden tesekkur edirem cox sagolun
Dr.Orxan Agabəyov | 4 Noyabr 2013 06:02
Salam Memi. Sizdə əsas səbəb varikosele deyil, FSH hormonunun yüksək olmasıdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.