ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
aydan_bakirova | 4 Noyabr 2013 07:44
Salam hekim.Mən sentyabrın 7 də ailə qurmuşam.Toydan 2 gün sonra mensturasiya oldum.Artiq 2 ay olacaq ancaq mən hələ hamilə deyiləm.Birdə mənim cinsi orqanımda balaca qirmizi səpki var,kənarında çox xırda ağ səpkilər.Bunun qarşısını nəylə ala bilərm?
Dr.Orxan Agabəyov | 5 Noyabr 2013 09:47
Salam Aydan. İlk aylarda hamiləliyin olmaması hələ hansısa problemlərdən xəbər vermir, toydan 1 il sonra əgər hamiləlik yoxdursa, bu niqah problemli sayılır. Səpgilərlə bağlı ginekoloqun əyani qəbuluna getmək, məsləhətdir. Uğurlar.
Lazim | 4 Noyabr 2013 06:55
Doktor, penis derisinin hessasligi mualice olunandi? Mumkunduse eger mualice muddeti ne qederdir?
Dr.Orxan Agabəyov | 5 Noyabr 2013 09:47
Salam Lazim. Bəli, müalicə olunur, müalicənin müddəti 1,5- 2 ay çəkir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
anar | 4 Noyabr 2013 05:51
salam hekim men prosdatdan malice olunuram yeni arxadan masaj olunuram hekim baqisdayin men masaj olunanda qabaqdan 2-3 damci nese gelir yeni bu olmalidimi birde hemin malice vaxti men cinsi elaqede ola bileremi bu masajdan sonra mene malice teyin olunacaqmi ve xayis edirem malice vaxti nelere diqqet etmeliyem pehriz baresinde. Hekim saqolun onceden size tesekkurumu bildirirem
Dr.Orxan Agabəyov | 5 Noyabr 2013 10:20
Salam Anar. Ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
xxx | 4 Noyabr 2013 04:58
salam hekim suallari cavablandirdiginiza gore size cox tesheggur edirem..ALLAH RAZI OLSUN!! hekim men oz problemim haqqinda yazmishdim ama cavabini burda tapa bilmedim... menim problemim beledir evvela penisin erreksiya veziyyetinde penisin durush veziyyeti uzu yuxari deyil yeni berkisede uzu ashagi veziyyetde durur.bunun sebebleri ne ola biler...?bu normaldirmi.. evvelceden teshekkurler..
Dr.Orxan Agabəyov | 5 Noyabr 2013 09:11
Salam Xxx. Bu ereksiyanın keyfiyyətinin zəif olması ilə əlaqəli ola bilər. Uğurlar.
Orxan | 3 Noyabr 2013 16:55
Salam hekim. Men 1 ay S-T preparatini qebul etmishem. Artiq uzerinden 3 ay kechib. Sorushmaq.isteyirem ki yeniden qebul etsem hech bir ziyani olmazki?
Dr.Orxan Agabəyov | 5 Noyabr 2013 09:11
Salam Orxan. Xeyr, heç bir ziyanı olmaz. Uğurlar.
samir | 3 Noyabr 2013 14:01
diplokok nedir? onun mualicesin nece ede bilerem?
Dr.Orxan Agabəyov | 4 Noyabr 2013 08:20
Salam Samir. Əgər yaxmada diplokokklar(ikili kokklar) aşkarlanırsa, iki variant var -  cinsi infeksiya olan, gonoreya ehtimalı var və ya sidik kanalında floranın normal olmamasının göstəricisidir. Dəqiqləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
murad | 3 Noyabr 2013 12:25
salam hekim, evvela yasda menden boyuk olanlarin hamisindan uzr isteyirem. menim 15 yasim var ve cox vaxt cinsi orqanim ereksiya veziyyetinde olur bu da meni utandirir. men bilmek isteyirem bunun sebebi nedir?
Dr.Orxan Agabəyov | 4 Noyabr 2013 08:01
Salam Murad. Sİzin yaşda bu tamamilə normal haldı, orqanizmdə hormonal yenidənqurma prosessləri gedir və bu dövr, gənclik hiperseksuallıq dövrü adlanır. Uğurlar.
Anonim | 3 Noyabr 2013 11:58
Salam hekim.Men bilmak istardimki erkan boshalmanin en pis halda olan mualicanin qiymati taqriban na qadar olar?Mumkunsa cavab yazardiz.Cox sagolun.
Dr.Orxan Agabəyov | 4 Noyabr 2013 08:11
Salam Anonim. Ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Perviz | 3 Noyabr 2013 09:59
Salam hekim mende xayanin biri yoxdur.Bu sonsuzluga getirib cixardir?
Dr.Orxan Agabəyov | 4 Noyabr 2013 08:01
Salam Perviz. Bunu öyrənməkdən ötrü sadəcə spermoqramma analizi vermək lazımdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Cavid | 3 Noyabr 2013 08:07
Salam hekim, mende ginkomastiya xesteliyi var, bunun emeliyyatsiz mualice yolu var, yani diet ve idmanla dosh vezilerini kichilde bileremmi?
Dr.Orxan Agabəyov | 4 Noyabr 2013 08:01
Salam Cavid. Bəli, müəyyən hallarda qinekomastiya xəstəliyi dərman müalicəsi ilə(əməliyyatsız) aradan qalxır. Uğurlar.