ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
orxan | 5 Noyabr 2013 17:54
salam hekim men speqramdan analiz verdi zeif cixdi analizin cavabindan supeliyem cunki uc ay bundan qabaq men ataliq namizediydim yeni ona gore analizin cavabindan supelendim
Dr.Orxan Agabəyov | 6 Noyabr 2013 05:52
Salam Orxan. Baxır spermoqrammanı hansı klinikada vermisiz,  ehtimal var ki, nətcələrdə yanlışdır. Əgər şübhələriniz varsa, fərqli klinikada analiz verin. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
cavid | 5 Noyabr 2013 17:16
salam hekim men bir qadinla cinsi alaqeda olanan sora sidiye gedanan sora goyneme olur.biraz kecir goynama dayanir.bu nedan bele olur hekim.xayiw cavab yazarsiz
Dr.Orxan Agabəyov | 6 Noyabr 2013 05:41
Salam Cavid. Ola bilər, sadəcə sperma tam çıxmır kanaldan və buna görə göynəmə yaranır və ya  sidik kanalının iltihabı(uretrit) əlaməti olsun. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Tural | 5 Noyabr 2013 13:45
Salam hekim. Hekim, mende bele bir problem var. Daha deqiqi, problemdirmi yoxsa deyilmidir deqiq bilmirem. Seks zamani ilkini tez bowaliram. Mence bu normaldir. Amma 2-ci ya 3-cunu cox cetinlikle oluram. Bezen hec ola bilmirem. Ilk once qarwimdaki insanla elaqelendirdim ki ola biler hezz ala bilmirem. Amma sonradan bunu bawqalariyla da muwahide etdim. Mene ne meslehet gorerdiz? Evvelceden tewekkurler
Dr.Orxan Agabəyov | 6 Noyabr 2013 05:40
Salam Tural. Xeyr, bu normal hal deyil - cinsi əlaqənin müddəti minimum 7-8 dəqiqə olmalıdır. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
ilqar | 5 Noyabr 2013 13:43
salam hekim. men sizin yaniniza yoxlanmaga gelmek istiyirem. sizin xestexana harada yerlewir?
Dr.Orxan Agabəyov | 6 Noyabr 2013 05:40
Salam İlqar. Nyu Med klinikası, Həsən Əliyev küçəsi, 29. Qəbul vaxtını dəqiqləşdirmək üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Farhad | 5 Noyabr 2013 07:08
Salam Hekim.Men qadinla elaqede oldugum zaman 1-ci defe 30-35 deqiqeden sonra bowaliram. bowaldiqdan sonra cinsi orqanim 1 saatdan sonra sertlewir. burda ne kimi problem var? varsa hellini qeyd ederdiniz zehmet olmasa. Evvelceden tewekkurler.
Dr.Orxan Agabəyov | 6 Noyabr 2013 05:37
Salam Farhad. Boşalmanın gecikməsinin bir necə səbəbi var: 1. cinsi əlaqə zamanı həyəcan. 2. masturbasiya nəticəsində, yaranmış, qeyri-adekvat erotik stereotip, yəni cinsi əlaqə vaxtı, masturbasiyadakı olan stimulyasiyanın(sürtünmənin və görüntülərin) olmaması və nəticədə boşalmanın gecikməsi. 3. hormonal səbəblər. 4. iltihabi səbəblər.  Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
xanim1 | 4 Noyabr 2013 22:32
salam doktor.men 1 ildir ki aile qurmusam.usagimiz olmadigina gore qan analizi verdik evvelce.2mizinki normal cixdi,sonra yoldasim sperma analizi verdi.mueyyen problemler cixdi,15milyon olaliydisa sperma 2milyon cixdi onun da 47 faizi qeyri aktiv sperma idi.siz daha yaxsi anlayarsiz,biz ne etmeliyik.yoldasim mueyyen vitamin ve mualice alsa spermanin arta sansi coxdumu?ya da bele nece faiz sansim var?bu suallarla bir ildi mubarize apariram.mende yuvamda usaq sesi isteyirem.xahis edirem suallarimi cavabsiz qoymayin.minnetdaram.
Dr.Orxan Agabəyov | 5 Noyabr 2013 10:14
Salam Xanim1. Spermoqrammanın belə zəif göstəriciləri, cinsiyyət sistemində ciddi problemlərin olmasından xəbər verir. Bu problemləri dəqiləşdirməmiş, heç bir vitaminizasiya kursuna başlamaq lazım deyil. Səbəb aydınlaşdırılandan sonra, düzgün müalicə təyin etmək olar.  Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
mexvi | 4 Noyabr 2013 20:53
salam hekim.menim munasibetde oldugum insanda sertlewme gah normal olur gahda zeif. sertleemeden bowalma olur.bunun mualice etmek olar? yaw 55 di.tewekkur edirem.
Dr.Orxan Agabəyov | 5 Noyabr 2013 10:14
Salam Mexvi. Bəli, bu tip problemlərin effektiv müalicə metodları var. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
kenan | 4 Noyabr 2013 20:06
salam hekim bagiwdayin sizi narhat eleyirem.sizdan xayiw incimeyin soz soruwmaq isteyirdim menda prastatda prablam var idi mualice elemiwem 5 gun olar.indi prablem yoxdu yaxmadan analiz verdim hec prablem olmadi..amma hekim biraz dermanlar yazib qebul eleyirem,dermen qebul eleye eleye qadinla cinsi elaqeye girdim.bele etmeyimin ziyani var darman qebul eleye eleye cinsi alaqeye girmek?lazimdi yene yaxmadan analiz vermek narhat olduqum ucun yazdim size
Dr.Orxan Agabəyov | 5 Noyabr 2013 10:23
Salam Kenan. Əgər Sizdə cinsi infeksiya varsa, cinsi əlaqəyə girmək məsləhət deyil. Əgər sadəcə prostatit müalicə olunursa, ciinsi əlaqəyə girmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
gulnar | 4 Noyabr 2013 17:58
Salam. Arxadan olmagin ziyani var ? Yeni mende artig nese var nece bawa salim bilmirem. Bunun haqqda mene melumat vere bilersiz?
Dr.Orxan Agabəyov | 5 Noyabr 2013 10:23
Salam Gulnar. Anal cinsi əlaqə zamanı bir çox cinsi infeksiyalarla yoluxma ehtimalı var. Əgər hansısa infeksiya ilə yoluxma əlaməti hiss edirsizsə, cinsi infeksiyaları yoxladın. Uğurlar.
Elshan | 4 Noyabr 2013 09:31
Salam hekim mende prolaktin normadan artiq 38 testeron ise 3,7 normadan az cixibdi. Amma qeyd edim ki psixloji gerginlik olan dovrde olub analizler amma sonra duzelmisem yeni elaqe zamani hec bir problem olmayib. bezi preparatlar qebul etmisem. bu gelecekde usaq problemi ola biler yeni bu hormonlarin normadan artiq olmaga spermaya tesir edirmi? evvelceden oz tesekkerumu bildirirem.
Dr.Orxan Agabəyov | 5 Noyabr 2013 10:02
Salam Elshan. Bəli, hormonal disbalans toxumyaranma prosesinə təsir göstərir, dəqiqləşdirmək üçün sadəcə spermoqrama analizini verin. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.