ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
islam | 7 Noyabr 2013 08:15
salam hekim. men avqustun 12-si varikoselden emeliyyat olunmusam. bu gune kimi hec bir agri olmayib .amma son gunlerde biraz agrilar olur. ayagimin dib terefinde goyneme ve kut agrilar var . duzu bu gunlerde biraz ozumu gozlemedim biraz. bu zaman kesiyinde yeniden varikoselin emele gelmesi ola bilermi? cox sagolun
Dr.Orxan Agabəyov | 8 Noyabr 2013 07:36
Salam İslam. Bəli. varikosele təkrar yarana bilər. Dəqiqləşdirmək üçün xayaların doppler müayinəsindən keçin. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Sabir Abdullayev | 6 Noyabr 2013 18:44
Salam, aşağıda qeyd etdiklərimdən nə nəticəyə gəlmək olar? Eyakulyatın həcmi 6.6 ml Xarici görünüşü bozumtul ağ, homogen Konsistensiyası 0.5 sm pH 7.4 Cinsi pəhriz (günlərlə) 3 gün Durulaşma vaxtı 25 dəqiqə Spermatozoidlərin 1 ml- də miqdarı 21 mln. Eyakulyatda spermatozoidlərin ümumi sayı 138.6 mln. İrəli hərəkətlilər 40 % Rəqsi hərəkətlilər 31 % Hərəkətsiz 29 % Hərəkətli spermatozoidlər sayı 71 % Morfoloji normal (Kryuqer üsulu) 15 % Başcıq(patoloji) 56 Boyuncuq(patoloji) 19 Qarışıq(patoloji) 10 Canlı spermatozoidlər 80 % Spermatogenez hüceyrələri 2 % Spermaqqlütinasiya yoxdur Leykositlər
Dr.Orxan Agabəyov | 7 Noyabr 2013 08:17
Salam Sabir. Spermoqrammanın əsas göstəriciləri normaya uyğundur, narahat olmayın. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Ruslan | 6 Noyabr 2013 18:23
Salam.Öncədən təşəkkürlər.Həkim ehtiaslanan zaman (məs: porno rolikə baxan zaman) az miqdarda şəffaf maye axtısı baş verir.Bir də cinsi əlaqə zamanı birici dəfə çox tez boşalıram..Ama ikincidə normal olur. . Çox sag olun.
Dr.Orxan Agabəyov | 7 Noyabr 2013 07:50
Salam Ruslan. 1. Bu şirə, çox güman ki, Kuper vəzilərinin ifraz etdiyi şirədi və hansısa xəstəliyin əlaməti deyil. Bu şirə, sürtgü(smazka) funksiyasını yerinə yetirir və cinsi əlaqənin komfortlu(rahat) keçməyi üçündür. 2. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Anar | 6 Noyabr 2013 17:30
Salam Hekim. men sizin qebulunuza dusmek isteyirem.amma utaniram reseptionda qeydiyyatdan kecmeden bir basa qebulunuza dusmek mumkundurmu? Evvelceden tesekkur edirem. 25 yasim var
Dr.Orxan Agabəyov | 7 Noyabr 2013 07:50
Salam Anar. Bəli, mümkündür. Qəbul vaxtını dəqiqləşdirmək üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Turan | 6 Noyabr 2013 16:15
Salam.Men VArkasilden emeliyyat olunmusam..herbi xidmetde olarken..2012ci ilin sentyabr ayinda..indi yenide damar genislenmesi var,varkasil yaranib..hemde emeliyyat olunan yer herden sancilanir..bunun bir problemi var?
Dr.Orxan Agabəyov | 7 Noyabr 2013 07:49
Salam Turan. Əgər yenidən varikosele yaranıbsa, spermoqramma analizi verin və əgər göstəricilər normaya uyğun deyilsə, təkrar əməəliyyat vacibdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
aynur | 6 Noyabr 2013 15:41
salam hekim spermoqrammani nece verirler harda ve nece.yeni spermani evden aparirlar yoxsa vereceyin yerde.eger orda verirsense neceolur bes o mene cox maraqlidi hemde yoldasim vermelidi
Dr.Orxan Agabəyov | 7 Noyabr 2013 07:49
Salam Aynur. Spermoqrammanı klinika şəraitində vermək daha düzgündür, daha ətraflı  kişi sonsuzluğu məqaləsində oxuya bilərsiz. Uğurlar.
Ggg | 6 Noyabr 2013 14:00
Salam Doktor.. uzr isteyirem men aileliyem yoldawhimla elaqede olanda men mesyachni teze qurtarmishdim axrinci gun idiki qurtarmiwdim, yawhadiqdan sonra yoldawhimda orqazimdan oz ozune videleniya gelir (sperma) ve kanali sizildayir,xayalarda ve qarindan awhaqi etraflarda agrilar var , neyden ola biler ,xahiw edirem cavab yazardiz,
Dr.Orxan Agabəyov | 7 Noyabr 2013 07:49
Salam Ggg. Ola bilər cinsiyyət sitemində iltihabi prosess başlayıb, menstruasiya vaxtı cinsi əlaqə olduğuna görə yarana bilər. Dəqiqləşdirib, müalicə kursu keçmək məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
seymur | 6 Noyabr 2013 08:59
salam hekim penis damarlarinda tutulma olanda ne cur mualice metodu secilir? xestenin sagalmaq sansi ne qederdi?
Dr.Orxan Agabəyov | 7 Noyabr 2013 07:49
Salam Seymur. Belə bir diaqnoz mövcud deyil. əgər söhbət erektil disfunksiyadan(cinsi zəiflik) gedirsə, bu problemin müalicəsi var. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Orxan | 5 Noyabr 2013 20:19
Salam doktor. Mende sol xayamda varikoz genishlenmem var, hekim mualice yazib ama dermanlara gebula bashlayandan sonra agrilarda bashlayib, varekoz genishlenme mualicesi var yoxsa gej tez emeliyat olunmalidi? 2 ci sualim mende cinsi elage vaxti tez ehtiraslanib tezde boshaliram ve ikinci defeye isteyim galmir, 2 cini olandada cetin boshaliram, bu neile bagli ola biler.? Ve bunun mualicesi varmi..?
Dr.Orxan Agabəyov | 6 Noyabr 2013 05:49
Salam Orxan. 1. Varikosele - kişi sonsuzluğunun ən əsas səbəblərindəndir. Varikoselenin, yalnız cərrahi müalicəsi(əməliyyat) var. Amma birinci növbədə, spermoqramma verin və öz göstəricilərinizi, normal göstəricilərlə müqayisə edin. Əgər göstəricilər, normaya uyğun deyilsə - əməliyyat etmək vacibdir. 2. Sizdə, həm potensiyanın zəifləməsi, həmdə erkən boşalma problemi var. Potensiyanın zəifləməsi səbəbləri  - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.) ola bilər.  Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
vusal | 5 Noyabr 2013 19:13
Hekim salam.menim xaya derimde iri sepkiler var.2 deri hekimin yaninda olmusam basqa basqa seyler deyibler.biri qurdun var deyib o biri piy vezleri kristallawib deyib.indi men nece etmeliyem xaiw cvb yazardiinz.evvelceden tesekkur
Dr.Orxan Agabəyov | 6 Noyabr 2013 05:54
Salam Vusal. Dəri problemlərini görmədən, hansısa diaqnoz təyin etmək düzgün deyil. İnandığınız həkimi seçin və əyani qəbula gedin. Uğurlar.