ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
quliyeva xedice | 8 Noyabr 2013 20:58
Salam,dr.ilk once size onu demek isteyirem ki,bir hekim kimi ayri,bir insan kimi size cox boyuk hormetim var.Allah sizden min qatina razi olsun Inwallah.Dr.,yoldawim analiz verib spermoqrammadan,neticeleri beledir, eyakulyatin hecmi 1,8 ,1ml qramda spermotozoidlerin sayi 3 mln.,butun eyakulyatda 5,76 mln.ireli hereketli 17%,reqsi hereketli 33%,herketsiz 50%,canli spermotozoidler "--".sualim beledir ki,1. Canli spermotozoid neticesinin ele.olmasi ne demekdir? Yeni spermada canli spermotozoid yoxdur?,2.yoldawimda l-ll dereceli varikosel var,bu neticelerin bele olmasina sebeb ola biler?3.bir de neticenin en sonunda bele bir qeyd var : eyakulyatda spermotozoidlerin sayi az olduguna gore yasama qabiliyyeti ve pataloji formalar sayilmir.bunu mene izah ede bilersinizmi? Cavablandirsaniz sevinerem.oncedem trwekkur edirem.
Dr.Orxan Agabəyov | 10 Noyabr 2013 07:49
Salam Xedice. Bu spermoqrammada ən böyük problem -  spermotozoidlərin sayının kəskin az olmasıdır. Və ona görədə bir çox başqa göstəriciləri hesablamaq mümkün olmur. Say azlığının mütləq səbəbi müəyyənləşdirilməlidir(varikoseledən başqa səbəblərdə ola bilər). Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Elvin | 8 Noyabr 2013 16:11
Salam Eleykum Hekim.Mende Ueroplazma ve Mikroplazma infeksiyasi askar olunub. hekim infeksiya ucun mehlul ve iki dene diger tablet derman yazib tesiri olacaqmi bunlarin. ozumu cox halsiz hiss edirem hedden artiq cox iltihab olur. mubarek reyiniz nedir bu barede tesekkurler.
Dr.Orxan Agabəyov | 10 Noyabr 2013 07:36
Salam Elvin. Dərman preparatlarının adlarını və tərkiblərini bilmədən - rəy bildirmək olmur. Əgər düzgün müalicə təyin edilirsə, bu infeksiyalar aradan qaldırılır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
anonim | 8 Noyabr 2013 15:54
salam dr.mende iki 3 aydir sol xaya texminen santi yarim sallanib ve sag xaya biraz onde yerleshir.hech bir agri ve narahatchiligim yoxdur.bu ne ola biler ve sebebi ne olar?teshekkurler.
Dr.Orxan Agabəyov | 10 Noyabr 2013 07:31
Salam Anonim. Ən real səbəb varikoseledir, dəqiqləşdirmək üçün xayaların doppler müayinəsindən keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
zaur | 8 Noyabr 2013 12:56
arxaya bowalanda qiz hamile qalir?
Dr.Orxan Agabəyov | 10 Noyabr 2013 07:31
Salam Zaur. Xeyr, anal seks zamanı hamiləliyin yaranma ehtimalı yoxdur. Uğurlar.
SEHRIYAR | 8 Noyabr 2013 12:47
SALAM HEKIM, MEN CINSI ELAQE ZAMANI COX TEZ BOWALIRAM, ELE DE OLUR BAWDAMAMIW CINSIYET ORQANIMI QADININKINA SALAN KIMI, AMA OLANDA 3-4 DEFE OLA BILIREM, BIRDE PENISIM 15 SM, 25 YAWIM VAR.
Dr.Orxan Agabəyov | 10 Noyabr 2013 07:31
Salam Sehriyar. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Teymur | 8 Noyabr 2013 12:14
Salam hekim. 26 yawim var. Dini sebeblere gore demek olarki 6 ildir real sexsle mewgul olmamiwam. Amma masturbasiya etmiwem ve masturbasiya ile her wey normaldir. Amma meni bele bir sual narahat edirki evlendikden sonra cinsi heyatda mende problem olmazki? Bu fikir meni narahat edir.
Dr.Orxan Agabəyov | 10 Noyabr 2013 07:31
Salam Teymur. Cinsi həyatda belə uzunmüddətli fasilə, müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Amma bu mütləq deyil, yalnız cinsi əlaqəyə girib, bilmək olar ki - hansısa problem var ya yox. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
CINARE | 8 Noyabr 2013 11:51
SALAM HEKIM.BIZ EKO ETMEK ISTEYIRIK.YOLDASIMDA SPERMAQRAMMA GOSTERICILERI ASAQIDIR.HEKIM BIZE DEYIR;GELIN EVVEL KEYFIYET GOSTERICILERINI QALDIRAQ SONRA ETDIRIN.SIZCE NE EDIM BIRBASA SUNI MAYALAMA MERKEZINE MURACIET EDEK,YA HEKIM DEDIYI KIMI MUALICE KURSU GOTURDUKDEN SONRA QERARIMIZI VEREK.
Dr.Orxan Agabəyov | 10 Noyabr 2013 07:16
Salam Cinare. Əgər süni mayalandırma etmək istəyirsizsə, əlavə müalicələrə ehtiyac yoxdur. Yəni süni mayalndırmanı keçirən həkim ilk qəbulda Sizin yoldaşınızın göstəricilərinin süni mayalandırma proseduru üçün yetərli olub-olmadığını bildirəcək. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Sabir | 8 Noyabr 2013 08:50
Salam doxdur bagislayin sualim olacaq ama xais edirem mumkun qeder cvb vermeye calisin.23 yawim tamam olub. Penisimde eyrilik var.maraqli cehet burasidi ki,ereksiya halinda tam normaldi.amma adi halda.ortadan bogulmuw kimi qalir. amma hem utaniram hem de qorxuram emeliyatdan.cox qorxuram.ne ola biler penisimde goresen?
Dr.Orxan Agabəyov | 10 Noyabr 2013 07:16
Salam Sabir. Əgər penis ereksiya vəziyyətində normaldırsa, yəni əyrilik yoxdursa, bu problem sayılmır. Hər ehtimala qarşı minimal diaqnostikadan keçə bilərsiz. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
neriman | 8 Noyabr 2013 08:46
Salam . Men spermoqramma analizi verdim. Netice astenozoospermiya cixdi. Bilmek isteyirem bunun mualicesi ne derecede mumkundur? Evvelceden tsk edirem
Dr.Orxan Agabəyov | 10 Noyabr 2013 07:16
Salam Neriman. Birinci növbədə astenozoospermiyanın səbəbləri müəyyənləşdirməlidir, sonra isə düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Amil | 8 Noyabr 2013 07:52
hekim salam.mende gobekden asagi hissede doyunen kimi olur.5 gunduku bu bele davam edir.aptekden sorusdum dedi ezelelerive soyuq deyib.xaiw edrem cvb yazin.
Dr.Orxan Agabəyov | 10 Noyabr 2013 07:00
Salam Amil. Cinsiyyət sistemi ilə bağlı, bu sistitin(sidik kisəsinin iltihabı) və ya prostatitin(prostat vəzinin iltihabı) əlaməti ola bilər. Dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.