ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Rinat | 9 Noyabr 2013 23:29
Salam hekim.Siz asagida penisi boyutmek ucun ekstenderler (xususi cihazlar) yazmisiz,bunlari azerbaycanda elde etmek olar? Olarsa qiymeti ne qeder olur?Menim 27 yasim var,mene ne qeder komek olar o cihazlar?Zehmet olmasa izahli cavab yazin.Onceden tesekkur edirem.
Dr.Orxan Agabəyov | 11 Noyabr 2013 06:15
Salam Rinat. Ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Josha | 9 Noyabr 2013 21:30
Salam. Mənim 18 yaşım var. Nədənsə məndə sperma çox zəif gəlir. Yəni sürətlə gəlmir. Sadəcə axır. Bunum ziyanı var?
Dr.Orxan Agabəyov | 11 Noyabr 2013 06:15
Salam Josha. Bu ereksiyanın keyfiyyəti və ehtirasın gücündən asılıdır, əgər bu tip problemlər varsa, müalicə etdirmək məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
azer | 9 Noyabr 2013 18:05
salam hekim prostaddan gan gelmenin sebebi ne ola biler
Dr.Orxan Agabəyov | 11 Noyabr 2013 06:15
Salam Azer. Bu qan hardan gəlir, yəni neçə bidiz ki məhz prostat vəzidən gəlir? Əgər qan sidik kanalından gəlirsə, bu ciddi siqnaldı, mütləq müalicə lazımdır Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Orxan | 9 Noyabr 2013 16:09
salam hekim,menim 19 yawim var uzumde tuk cixmir ne qeder temizlesemde uzumu yene tuk cixmir bunun sebebi nedir? ve mualicesin nece harda aparmaq olar? evvelceden cox sagolun.
Dr.Orxan Agabəyov | 11 Noyabr 2013 06:15
Salam Orxan. Üzdə tük çıxması prosesinin başlanması individualdır, yəni ola bilər heç bir problem yoxdur və bir müddətdən sonra bu proses başlayacaq. Amma hormonal çatışmamazlıqdanda bu proses ləngiyə bilər. Dəqiqləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Azerlife | 9 Noyabr 2013 14:26
salam hekim necesiz? menim xayalarimda bezen xosa gelen qasinma olur . qasindiqca dahada uzanir. men rayonda yasayiram imkandisa 1 mualice usulu deyerdiz. bakiya gelmeyim 1 az mehduddur. cox saqolun evvelceden minnetdaram
Dr.Orxan Agabəyov | 11 Noyabr 2013 06:15
Salam Azerilife. Ola bilər göbələk infeksiyasıdır, amma dəri problemlərində nəzəri diaqnostika mümkün deyil. Rayonda fəaliyyət göstərən dermatoloqa(dəri həkiminə) müraciət edin və ya Bakıya gəlsəz 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın, çalışaram Sizə kömək edim. Uğurlar.
user | 9 Noyabr 2013 11:58
salam hekim..xaiw edirem cavab verin.deyirler.ezele wiwirmesi ucun olan proteinler zererlidi.cinsi zeifledir..N Gain proteininin zereri var? coxsagolun
Dr.Orxan Agabəyov | 11 Noyabr 2013 06:15
Salam User. Proteinlər -  tərkibi zülallardan ibarət olan idman qidalarıdı və düzgün istifadə olunduqda heç bir ziyanı olmur. Uğurlar.
atici | 9 Noyabr 2013 11:38
varikaselden apres olunandan sonra əlbəyaxa doyuş idman novu ile meşqul olmaq olar.Yarişda xayamdan zerbe aldim ondan sonra penisde sertleşmede biraz zeiflik var bu neden ola biler Hekim
Dr.Orxan Agabəyov | 11 Noyabr 2013 06:15
Salam Atici. Varikosele əməliyyatından 3-4 ay sonra yüngün məşqlərə başlamaq olar. Xaya travması nəticəsində orqanizmdə hormonal pozğunluq yarana bilər, dəqiqləşdirib müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
R.R | 9 Noyabr 2013 09:06
Salam Hekim.mende papiloma var idi azotla yandirdilar.ama cinsiyetimde noqte boyda nese gorsenir bir necesi.bundan tam birdefelik qutarmaq ucun ne etmeliyem.xaiw edirem yolunu yazardiz,cox sag olun
Dr.Orxan Agabəyov | 10 Noyabr 2013 08:24
Salam R.r. Papilloma virusunun birdəfəlik müalicəsi mövcud deyil. Amma orqanizmin immuniteti nə qədər güclü olarsa(xüsusi immunomodulyatorlar təyin olunur), bir o qədər bu xəstəlik özünü biruzə vermir. Müalicədən öncə pailomanın tiplərini yoxlamaq məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
xxx | 9 Noyabr 2013 06:51
salam hekim.. mende sol xayada hidrosele var .. 70-80 q .. bu haqda isterdim oyrenem.. hekime getmishem mene onun ancaq emelliyat yolu ile goturulmesi mumukundur dediler.. amma hele emeliyyata ehtiyac yoxdur dediler... sebebide sonradan yene yarana bilmesidir... bu haqda etrafli melumat vermenizi xahish ederdim... men size yazmishdim penisin durush veziyyeti ile bagli .. yeni menim penisim erreksiya veziyyetinde bele erreksiyasiz veziyyeti kimi olur ama ereksiya vaxti shishir berkiyir ama uzu yuxari durmayir.... bu problemin ona tesiri ola bilermi?? evvelceden teshekkurler..
Dr.Orxan Agabəyov | 10 Noyabr 2013 07:57
Salam Xxx. 1. Əgər hidroseleyə görə əməliyyat düzgün aparılarsa, təkrar yarnma ehtimalı olmayacaq. 2. Hidroselenin ereksiya problemlərinə birbaşa təsiri yoxdur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Roman | 9 Noyabr 2013 02:18
salam hekim.xahis edirem deyerdiniz erken bowalmanin qarwisini almaq ucun seksterapiya komek etmir mene.qarini yigmaq ve ya cinsiyyet kanalinda spazm yaradan hereket etmek yaramir.beleki,cixib spermani saxlaya bilirem amma davam ederken ele ilk giriwde bowalma olur.xahiw edirem bir meslehet vererdiniz.ne etmeliyem?fikirlewdim penisin hessasligini azaldan prezervativ yaxud maz komek eder.hemin preparatlari hardan elde ede bilerem?cox sagolun
Dr.Orxan Agabəyov | 10 Noyabr 2013 07:57
Salam Roman. Erkən boşalma problemində, hansısa qeyri-adi krem və ya məsləhət deyil - həkimin təyin etdiyi kompleks müalicə tələb olunur. 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın, çalışaram Sizə kömək edim. Uğurlar.