ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Emil | 10 Noyabr 2013 22:39
Salam doktor.birinci defe normal bowaliram. Amma bowaldiqdan sonra hec cur ehtirasa gele bilmirem.bu mene psixoloji tesir edir.sebeb ne ola biler. Nece mualice oluna bilerem? Tewekkurler!!
Dr.Orxan Agabəyov | 12 Noyabr 2013 08:36
Salam Emil. Səbəblər müxtəlif   - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.) ola bilər.  Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
nermin15 | 10 Noyabr 2013 22:23
Salam men evliyem yoldasim gece heyati suren Qadinla birlikde olub ve mende hamileyem.qorxuramki mikrob olardi birden o qadinda.duzdu yoldasim hec bir narahatliqi yoxduki mikrob olar deye ozunu yaxsi hiss edir.men ne edim meslehet verin.2hetdedi olub.men hansi analiz verim rahat olmaqcunki mende mikrob var ya yox hamileyem
Dr.Orxan Agabəyov | 12 Noyabr 2013 08:36
Salam Nermin 15. Bu situasiyada qinekoloqun əyani qəbuluna getmək, ən düzgün addım olar. Uğurlar.
Anar | 10 Noyabr 2013 20:21
Salam hekim.23 yasim var menim penisim ehtirasli veziyyetde 12 sm olur adi veziyyetde ise cox kicik olur..ehtiraslanmada hec bir problem yoxdu,,aileli deyilem uwaq yaslarinda qirijadan emeliyyat kecirmisem bu menim ucun hansisa problemler yarada biler??
Dr.Orxan Agabəyov | 11 Noyabr 2013 08:07
Salam Anar. Penisin ereksiya vəziyyətində 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Qrıja(yırtıq) əməliyyatından sonrakı vəziyyəti qiymətləndirmək üçün, spermoqramma analizi vermək məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Arif | 10 Noyabr 2013 18:14
Salam hekim mastrubasyani yarimciq dayandirdiqda nese problem ola biler?
Dr.Orxan Agabəyov | 11 Noyabr 2013 08:07
Salam Arif. Bəli, bu çox ziyandır, əgər kişi ehtiraslanıbsa(ereksiya yaranıbsa) boşalma mütləqdir, əks halda xayalarda durğunluq prosesləri yarana bilər. Uğurlar.
elnur | 10 Noyabr 2013 18:12
Salam Hakim, mualica almiwam amma bir effekt vermadi faiz 65 gosterir bundan bawqa tez bowaliram bunun mualicasi varmi ?
Dr.Orxan Agabəyov | 11 Noyabr 2013 08:07
Salam Elnur. Bəli, erkən boşalma probleminin effektiv müalicəsi var. 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın, çalışaram Sizə kömək edim. Uğurlar.
roma | 10 Noyabr 2013 17:45
salam doktor.evvelceden size öz minnetdarliğimi bildirirem.cavanlara şerait yaratdiginiz ucun.men spermaqramma analizi verdim.budur eyakulyatin miqdari 3.2ml xususi iyi təzə şabalidi eyakulyatin rəngi sarimtil boz ph7.8 konsistensiyasi 0.4 durulasma muddeti 20 1ml-de spermatazoidlerin sayi 16mln spermatazoidlərin hərəkəti a28% b51% d21% a b79% morfologiya(normal forma)50% aqqlutinasiya qarisiq leykositlər 2-4 eritrositlər- epitel huceyreleri 0-1 lipoid cisimcikler cox miqdarda göbələk- selik- trixomonada- nəticə normoozospermiya birdəki varikosel var mende emeliyyatdan sonra spermalarin artma şansi ola bilər?yazdigim neticeler qenaetbexsdir? bu 1-ci analizdi 2-ni 2 hefteden sonra verecem yas 26 cox sag olun teshekkurler
Dr.Orxan Agabəyov | 11 Noyabr 2013 08:07
Salam Roma. Spermoqrammanın əsas göstəriciləri normaya uyğundur. İkinci dəfə spermoqrammanı fərqli klinikada  vermək məqsədəuyğundur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
mustafa | 10 Noyabr 2013 13:32
salam hekim mende erken bosalma probmlemi var bunun ucun analiz vermek lazimdir yoxsa analzsiz mualice aparmaq olarmi
Dr.Orxan Agabəyov | 11 Noyabr 2013 06:16
Salam Mustafa. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
E.E | 10 Noyabr 2013 10:14
Salam Hekim meim sol xayam sag xayamdan qabaqdadir bu bir problem yarada biler cavabiniz ucun indiden tesekkurler.
Dr.Orxan Agabəyov | 11 Noyabr 2013 07:28
Salam E.e. Xayaların fərqli yerləşməsi normaya uyğundur, əgər ümumiyyətlə xayaların sağlamlağını yoxlamaq istəyirsizsə - xayaların doppler müayinəsindən keçin. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Cavid | 10 Noyabr 2013 09:58
Salam Hekim.Menim penisimde damar genislenmesi var.Bunun mualicesi varmi?
Dr.Orxan Agabəyov | 11 Noyabr 2013 06:16
Salam Cavid. Əslində belə diaqnoz çox nadir hallarda olur, yəgin ki xayalarda olan damar genişlənməsindən gedir və ya ereksiya zəifliyindən - hər 2 halda müalicə etmək mümkündür. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
zibeyda | 10 Noyabr 2013 06:00
salam,doktor.yoldawimda spermoqrammin neticeleri beledir:qatiliqi-3.1 durulawma vaxti-45,aktiv hereketliler-1%,zeif hereketliler-9,hereketsizler-72,deqerenativ forma 48%, mumkunse deyerdiniz,bu gostericilerle mualicenin neticesi ola biler?tebii yolla hamile qalma mumkundurmu?ya suni mayalanma lazimdir?qabaqcadan tewekkurler
Dr.Orxan Agabəyov | 11 Noyabr 2013 06:15
Salam Zibeyda. Spermoqrammanın göstəriciləri həddən artıq zəifdir, bu göstəricilər cinsiyyət sistemində ciddi problemlərdən xəbər verir. Bu problemləri araşdırıb, müalicənin uğurluluq ehtimalını proqnozlaşdırmaq olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.