ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Vusal | 13 Noyabr 2013 18:27
Salam Hekim,menim cinsi orqanimin usdunde 2-3 dene xirda et xallari var bir dene qizim var amma aile qurduqdan sonra hec vaxt qiraqda heyat yasamamisam nedendirse yoldasimda papilloma virus 18 cixir,bu ne ile elaqeli ola biler,bundan 1 il evvel yol;dasimin betninde 9 ayliq oglan ovladi dogulmadan telef oldu, sonra 2 ay sonra yene hamilelik inkisafdan qaldi,mualice edirik amma cox narahatam,bu et xallarinin mene ve yoldasima ne kimi ziyani ola biler?bu xesteliyin o xallardan kecme tehlukesi varmi?bu papillomani birdefelik bedenden temiz mualice edib temizlemek olurmu?menim 29 yoldasimin 25 yasi var,heyati tehlukemiz varmi? cox sagolun onceden tesekkur edirem...
Dr.Orxan Agabəyov | 14 Noyabr 2013 07:11
Salam Vusal. Bu xalların səbəbi, cinsi yolla ötürülən infeksiyalara aid olan papilloma virusunun əlamətidir. Bu virusun müalicəsində immunomodulyatorlar və lazerlə papillomaların destruksiyası istifadə olunur. Papilloma virusunun birdəfəlik müalicəsi mövcud deyil. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
jeyhun | 13 Noyabr 2013 12:57
Уважаемый Доктор Добрый День! у меня пару вопросов к вам, скажите пожалуйста не давно начал лечить желудок, и как начал лечить ЖКТ у меня начались запоры, никогда не было, отсюда такой вопрос может ли запор спровоцировать восполение председательной железы? и второй вопрос, я незнаюк как это случилось в итоге когда я плностью проверялся мне сказали что у меня отложение солей в председательной железе...анализы все сдал все в норме не найдено ни каких венереический итп ифекций...все в норме даже размер железы...и не которые урологи говорят что это нормальное явление но у меня и там есть киста до 7 или 6 мм, если я правильно понял киста и есть отложение или это последствие солей?занимаюсь спортом и можно ли избавится от кисты или киста это соль тут я честно говоря не понял доктора...буду вам признателен
Dr.Orxan Agabəyov | 14 Noyabr 2013 07:11
Здраствуйте Jeyhun. 1. Думаю что запор у Вас не является причиной простатита, потому что запор начался недавно а кальцинаты в простатае указывают на давность процесса. 2. Киста в простате это следствие дегенеративного процесса и особого лечения не требует. Для более подробно информации, можете связаться со мной по телефонам 055 655 00 66 и 050 363 83 86. Удачи.
Leyla | 13 Noyabr 2013 10:53
Salam Həkim.Bakirə qız uşağı sidiyə gedən vaxt sidik cinsi orqaından sağa və yaxud sola tərəf çıxır.bunun səbəbi nə ola bilər?Bunun gələcəyə ziyanı ola bilər?Bir də ki qızlıq pərdəsinin qalın və yaxud nazik olmasını necə bilmək olar?Əvvəlcədən sizə Təşəkkür edirəm!
Dr.Orxan Agabəyov | 14 Noyabr 2013 06:45
Salam Leyla. Bu suallarla ginekoloqa müraciət etməniz daha düzgün olar. Uğurlar.
fariz | 13 Noyabr 2013 09:05
Salam,hekim men cox gec bowaliram sizce neden olar?
Dr.Orxan Agabəyov | 14 Noyabr 2013 06:34
Salam Fariz. Boşalmanın gecikməsinin bir necə səbəbi var: 1. cinsi əlaqə zamanı həyəcan. 2. masturbasiya nəticəsində, yaranmış, qeyri-adekvat erotik stereotip, yəni cinsi əlaqə vaxtı, masturbasiyadakı olan stimulyasiyanın(sürtünmənin və görüntülərin) olmaması və nəticədə boşalmanın gecikməsi. 3. hormonal səbəblər. 4. iltihabi səbəblər.  Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Hüseynova Samire | 13 Noyabr 2013 08:25
salam mənim qardaşım Eyukliyatin müayinəsidə nəticə miqdarı 2.5 HP 7.1 iyi spestik .aktiv hərəkətli spematozidlər yox az aktiv hərəkətli spematozidlər yox Hərəkətsiz spematozidlər yox. patolaji spematozidlər yox.Leykositlər 2.3.Eritrositlər yox.Durulaşma vaxtı 30dəq.Qatılığı Duru. uşaq vaxtı qrijadan əməliyat olub 3kurs müalicə alıb nəticə yoxdur Həkim deyir əməliyyat vaxtı zədələnib həkim dedi ki budəfədə nəticə olmassa xaya daxili analiz vermək lazımdır.Xahiş edirəm carəsi var ya yox 1 ildirki evlidir ruhdan düşüb
Dr.Orxan Agabəyov | 14 Noyabr 2013 06:59
Salam Samire. Əgər spermoqrammada spermotozoid yoxdursa və problemin səbəbləri aradan qaldırılan deyilsə - ən yaxşı variant süni mayalandırma(əgər xayalarda spermotozoid aşkarlanarsa) prosesidir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Deniz | 13 Noyabr 2013 08:10
salam. men 8 ayliq hamileyem,ve mende cinsi istek demek olarki yoxdu, hamilelikden evvelde bele idi.hec vaxt da orqazm olmamisham buna gorede intim munasibetlerden qaciram ve yoldashimla problemlerimiz olur, cinsi isteyin yaranmasi ucun hansisa derman yada bashqa nese meslehet gore bilersiz?tewekkur
Dr.Orxan Agabəyov | 14 Noyabr 2013 07:11
Salam Deniz. Qadınlarda libidonnun(istəyin) azalması, müxtəlif psixoloji və orqanik səbəblərdən ola bilər. Elə hallar olur ki, doğuşdan sonra hər şey qaydasına düşür. Səbəbləri dəqiləşdirmədən hansısa dərman vasitəsi qəbul etmək lazım deyil. Uğurlar.
Anar | 13 Noyabr 2013 08:02
salam. size bele bir sualim var. dostumun 21 yawi var, hech vaxt cinsi elaqeye girmeyib, dediyine gore cinsi orqaninda ele bir problem gormur, ancag gec aktiv olur cinsi orqan. mumkundurse bu haqda biraz melumat vererdiz, choxsagolun.:)
Dr.Orxan Agabəyov | 14 Noyabr 2013 07:03
Salam Anar. Cinsi həyata başlamadan hansısa proqnozlar vermək düzgün deyil. Yalnız cinsi həyata başaladıqdan sonra, problemlərin olub-olmasını bilmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Samir | 13 Noyabr 2013 07:54
salam Hekim. cinsiyyet orqani etrafinda ve qaysaq zonada, qizartilar emele gelib ve bezende chox pis qashinma verir.. bu her hansi bir infeksiyanin elameti ola biler? eger beledirse hansinin ola biler.. onceden teshekkurler
Dr.Orxan Agabəyov | 14 Noyabr 2013 07:03
Salam Samir. Belə əlamətlər müxtəlif səbəblərdən yarana bilər, dəri problemlərində yalnız əlamətləri bilməklə diaqnozu təyin etmək olmur. Dəqiqləşdirdikdən sonra düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Mahir | 13 Noyabr 2013 07:35
Salam doktor.menim 15 yasim var 2,3 gunden bir seksle mesqul oluram/bunun mene ziyani ola biler.
Dr.Orxan Agabəyov | 14 Noyabr 2013 07:03
Salam Mahir. Söhbət cinsi əlaqədən gedir ya masturbasiyadan? Bunu dəqiqləçdirin. Uğurlar.
Yashar | 13 Noyabr 2013 05:53
Doktor salam. Mende problem tez boşalmaqdir. bunun caresi var? ve derman atmaq ne qeder ziyandir? teşekkür eliyirem.
Dr.Orxan Agabəyov | 14 Noyabr 2013 06:36
Salam Yashar. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.