ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Elnur | 14 Noyabr 2013 20:55
Salam doktor. Məni 1 məsələ narahat edir. Mənim cinsi orqanim 13 sm-dir. Bu məncə kicikdir. Azərbaycanda penisi cərrahi yolla böyütmək mümkündürmü? Başqa hansı yollar var?(yaşım 32)
Dr.Orxan Agabəyov | 16 Noyabr 2013 07:26
Salam Elnur. Penisin ereksiya vəziyyətində 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Cinsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Uğurlar.
Ramil | 14 Noyabr 2013 19:38
slam hekim. mende anadangelme tek xaya var. 28 yasim var. hekimler mene dedi ki xayanin biri mutleq bedeninin hansisa bir yerinde olmalidi. ancaq muayinelerden kecdim,kompyuterde,uzide baxdilar tapmadilar. ola bilerki xayaanadangelme hec olmasin?eger varsa ve bedenimde qalsa tapilmasa xerceng xesteliyi yarana biler?bes gelecekde usagimn olmasina problem yaradar?indiden tesekkurler
Dr.Orxan Agabəyov | 15 Noyabr 2013 06:50
Salam Ramil. Bəli, bir xayanın ümumiyyətlə olmaması mümkündür - bu hal monorxizm adlanır. Əgər xaya varsa, sadəcə xaya kisəsində deyil, xayanın çıxarılması məqsədəuyğundur. Uşaq olmaq qabiliyyətini yoxlamaq üçün - spermoqramma analizindən keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Anar | 14 Noyabr 2013 19:21
salam hekim ...hefdede4-5 fdefe mastrubasiya ile mesgul olmagin ziyaniiii var?? bir az bu haqqda melumat vererdiz evveceden cox sagolun
Dr.Orxan Agabəyov | 15 Noyabr 2013 06:44
Salam Anar. Əgər masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var. Uğurlar.
lale | 14 Noyabr 2013 18:17
mende aybawi gecikmesi qarnimin awagisinda agri ve axintilar olur bilmey istiyerdim infeksiya sonu spit ola biler?
Dr.Orxan Agabəyov | 15 Noyabr 2013 06:41
Salam Lale. Bu sualı ginekoloqa verməyiniz daha düzgün olar. Uğurlar.
emil | 14 Noyabr 2013 12:36
salam doktor . 21 yasim var .cinsi orqanimda inkisaf yxdur bu problemi nece aradan qaldirmaq olar
Dr.Orxan Agabəyov | 15 Noyabr 2013 06:40
Salam Emil. Penisin 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Cinsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Uğurlar.
gulu | 14 Noyabr 2013 09:48
salam hekim. xaiw edirem sualimi cavablandirasniz 22yawim var 1il 2aydi aile qurmuwam evel gunlerde cinsi elaqeye hevesim var idi indi yoxdu ve cinsi elaqe zamani bowala bilmirem cox tewekkur edirem
Dr.Orxan Agabəyov | 15 Noyabr 2013 06:32
Sizdə potensiyanın zəifləməsi halları var. Səbəblər müxtəlif ola bilər - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.). Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Vusal | 14 Noyabr 2013 07:43
Hekim cox sagolun cvb ucun amma men onu da deyimki bu xallar mende de qardasimda da var anadan gelme yaranan xallardir,bu virus dasiyicisi olmamiz demekdirse niye anadan gelme yaranib bes? tesekkurler
Dr.Orxan Agabəyov | 15 Noyabr 2013 06:26
Hər halda virus varsa - müalicə aparılmalıdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.  
ramin | 14 Noyabr 2013 07:15
salam hekim. penisin boyudulmesi mumkundur....? bu barede ne komeklik ede bilersiniz?
Dr.Orxan Agabəyov | 15 Noyabr 2013 06:21
Salam Ramin. Cinsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Liqamentotomiya nəticəsində, 3-5 sm, ekstenderin köməyi ilə 1,5-2 sm əldə etmək olar. Uğurlar.
Royal | 14 Noyabr 2013 06:42
Salam hekim. Ilk once qadinlarin hamisindan zur isteyirem. Menim 23 aysim var. Indiye kimi hec bir qadinla, qizla cinsi elaqede olmamisam. Nese cox utancagam. Boshalma mende normal sekilde gedir matrubasiya zamani. Amma mene maraqli orasidir ki, cavan qadinlara qarsi cinsi hevesim cox az olur. Amma yasli qadinlara qarsi cinsi maragim heddinden artiq boyukdur. Bu ne ile bagli ola biler ve yaxud neye isaredir?
Dr.Orxan Agabəyov | 15 Noyabr 2013 06:26
Salam Royal. Bu seksual deviasiya olan qerontofiliyanın əlamətidir və özünə güvən hissinin az olması ilə əlaqəli bir problemdir. Amma səbəblər fərqli də ola bilər. Bu problem xüsusi müalicə tələb etmir, sadəcə tezliklə cinsi həyata başlamaq, məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
cosqun | 14 Noyabr 2013 05:47
ekulyatin hacmi 2.3 ml,rangi bozumtul, konsisteniya 0.5, pH7.5, spermazoidlarin 1mln miqdari 28 mln, ekulyatda spermazoidlarin 64.4 mln, irali harakatlilar 24. zaif harakatlilar 28, yerinda harakatlilar 37, harakatsiz 11, pataloji formalar 40, basciq 20, boyuncuq 18, qarisiq 2, yasama qabilyati 95%, spermatoz huceyralar 2, spermaaqlutinasiya , aqreqatlar ,leykositler 1.5, epitel huseyreler 2-5g/s, lestin danalari orta miqdarda, mana deyirler natice coox pisdir qalmiwam pis vaziyyetde hekim cox xahiw edirem mene komeklik edesiz umidim sizedi.mana natice necedir cox xahis edirem deyesiz..ciddi prablemim varmi?? usagim ola bilmezmi galackda..cox xahis edirem hekim allah rzasi ucun cavablandirin manim suallarimi..sabirsizlikle cavabinizi gozlayacam..
Dr.Orxan Agabəyov | 15 Noyabr 2013 06:16
Salam Cosqun. Sizin göstəricilər normadan az fərqlənir, problemlər varsada, asan həll olunan problemlərdi. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.