ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
kamal | 26 Noyabr 2014 12:12
salam hekim.men dunen sperm analizi verdim ve neticeler bele cixdi VOLUM-3ML LIKEFAKSIYON-30DEQIQE VISKOZITE-VISKOZ AGLUTINASIYA=YOX YUVARLAQ HUCRE=1MILYON SAYI=30MILYON MOTILITE- 61% PRORESIF MOTILITE-14% TOTAL PROGRESIF MOTIL SPERM 4MILYON NORMAL KRUGER CRITERIA 3%. Bilmek isderdimki neticeler necedir?xais edirem cavablandirasiniz
Dr.Orxan Agabəyov | 27 Noyabr 2014 06:11
Salam Kamal. Spermoqrammanın əsas göstəricilərindən olan, irəli hərəkətli spermotozoidlərin faizi normadan azdır. Amma bir çox vacib göstəriciləri yazmasıız. Hər bir halda fərqli klinikada təkrar analizdən keçməyiniz məsləhətdir.  Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Faig | 26 Noyabr 2014 11:00
salam hekim mende sag xaya agrisi olur . birde sidiye gedende goynedir. arada kaanalda qashinmalar olur. bir defede xlamidiyadan mualice almisham.
Dr.Orxan Agabəyov | 27 Noyabr 2014 06:11
Salam Faig. Xaya ağrılarının səbəbi, müxtəlif ola bilər - epididimit(xaya artımının iltihabı), varikosele(damar genişlənməsi), orxit(xayaların iltihabı). Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Eyni zamanda uretrit (sidik kanalının iltihabı) əlamətləri var, bu ya tam müalicə olunmamış cinsi infeksiya və ya soyuqdəymədən ola bilər. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Mezahir | 25 Noyabr 2014 23:37
Salam hekim cox xaiw edirem sualima cvb yazasiz.... men cinsi elaqede olan zaman herden xayalarimdan biri yada her ikiside yuxari cixir , biraz xaya torbasindan qalxir yuxari elimle basib asagi saliram bu meni cox narahat edir ,ola biler mende rorakasel var , birde cinsi elaqe zamani bosaldiqda hiss edirem ki nese prosdatim ve ya bilmriem nece basa salim acilib baglanir, ele bilirem prosdadim acilir , narahat hiss edirem ozumu, bosalan zaman , ve geceler hiss edirem ki nese maye gelir prosdatimdan her seher hiss edirem ki alt paltarim nem kimidir , xaiw edirem mene komek edin lazim olsa eger klinikanizada muraciyyet ederem , yenede cox sagolun minnetdaram Allah komeyiniz olsun
Dr.Orxan Agabəyov | 27 Noyabr 2014 06:11
Salam Mezahir. Bu problemləri dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən və uroloji usm-dən keçmək, lazımdır. Diaqnozu dəqiqləşdirib. düzgün müalicə strategiyası təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Shamil | 25 Noyabr 2014 23:14
Salam Alekum hekim size bir sualim var cinsi zeifliyim var menim...((siz dediyiniz kimi bu mene chooxx pis tehsir bagiwlayir hetda depresyaya bele duwurem men..buna gore bu hal hec yaxwi hal deyil men sizden bunun qiymetini ve birde ne qeder muddet olacaginiz (mualicenin) bilmek isderdim...xahiw edirem mene cavab verseiniz
Dr.Orxan Agabəyov | 27 Noyabr 2014 06:11
Salam Shamil. cinsi zəifliyə görə aktiv müalicə müddəti adətən 2 ay təşkil edir, qiymətlər münasibdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
arzu | 25 Noyabr 2014 17:21
Salam hekim yoldasim basqalari ile cinsi elaqede olur men bilmek isderdim ki yoldasimdan. mene hansi viruslar kece biler? Zehmet olazsa cavablandirin.
Dr.Orxan Agabəyov | 27 Noyabr 2014 06:11
Salam Arzu. Nəzəri cəhətdən bütün mövcud olan cinsi infeksiyalar - saytda bir sıra cinsi infeksiyalar haqqında məqalələr var - yoluxa bilər. Ammma praktik olaraq, əgər hansısa əlamətlər varsa, cinsi infeksiyalar yoxlanılır və nəticə bilinir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
ayaz | 25 Noyabr 2014 16:35
salam hekim onceden tewekur edirem xahiw edirem menim sualimi cavablandirir.xayalarimda agrilar var ne edim xayalarim yandiran kimi olur bu nedendi
Dr.Orxan Agabəyov | 27 Noyabr 2014 06:11
Salam Ayaz. Xaya ağrılarının səbəbi, müxtəlif ola bilər - epididimit(xaya artımının iltihabı), varikosele(damar genişlənməsi), orxit(xayaların iltihabı). Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Baba | 25 Noyabr 2014 15:36
Salam hekim. menim 33 yasim var , menim saq terefdeki xayam cox balacadir hetta deyerdim ki yumsaqdir, ama qalan her sey normaldir( yeni elaqe ve sperma var) sadece xayanin kicik olmasi menim ovladom olmasina bir qusur yarada bilermi? ya da ki bunun mualice etmek ve ya emeliyyat etmek lazimdirmi? ve kime muraciet etmek lazimdir? evvelceden tesekkurler
Dr.Orxan Agabəyov | 27 Noyabr 2014 06:11
Salam Baba.  Bir xayanın olmaması (kişik olması), mütləq problem sayılmır, yəni hər şey qaydasındada ola bilər. Kişilərdə uşağın olub-olmaması yalnız spermanın keyfiyyətindən asılıdır - yoxlamaq üçün spermoqramma analizi vermək lazımdır.  055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın, çalışaram Sizə kömək edim. Uğurlar.
TURAL | 25 Noyabr 2014 14:40
Doktor salam. Cinsi yolla kecen xestelik ozunu nece gune biruze verir ? Oral yolla cinsi elaqede qoruyucuz olmusamsa xestelik kece bilermi ? Eger kecirsen nece gun sonra analiz vermek lazimdir ? Tam deqiq olmasi ucun
Dr.Orxan Agabəyov | 27 Noyabr 2014 06:12
Salam Tural. Bir çox cinsi infeksiya var ki. ümumiyyətlə heç bir əlamət vermir, ona görə də əgər hansısa infeksiya keçməsi təhlükəsi varsa, 3 aydan sonra profilaktik yoxlanma aparıla bilər. Oral seks zamanı bir çox infeksiyalar keçə bilər. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Aga | 25 Noyabr 2014 13:20
Salam hekim men xayamda sise gore bidefe emeliyyat olmuwam indi arada agrilari tutur sora kecir agriyanda baxiramki xayamin biri sisib o neyden ola biler?birde cinsi elaqe zamani tez bosaliram ve birinci bosalmaqdan sora ikinciye penis qalxmir xaiw edirem cvb yazasiz cox vacibdi lazimdisa mualice alim indiden minnetdaram doktor
Dr.Orxan Agabəyov | 27 Noyabr 2014 06:12
Salam Aga. Xaya ağrılarının səbəbi, müxtəlif ola bilər - epididimit(xaya artımının iltihabı), varikosele(damar genişlənməsi), orxit(xayaların iltihabı). Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Sizdə, həm potensiyanın zəifləməsi, həmdə erkən boşalma problemi var. Potensiyanın zəifləməsi səbəbləri  - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.) ola bilər.  Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
nurlan | 25 Noyabr 2014 13:03
Salam hekim mende cinsi elaqede olan zaman heyecanlaniram tezyiqim.duwur.bir sozle halsiz oluram bunun sebebi ne ola biler.?
Dr.Orxan Agabəyov | 27 Noyabr 2014 06:12
Salam Nurlan. Bu daha çox, psixoloji səbəbləri olan problemdir. Yəni, cinsi əlaqə başlayanda, Sizdə müəyyən narahatlıq yaranır - ereksiya necə olacaq? Daxil ola biləcəm? və s. Bu narahatlıq, ereksiyanın normal mexanizmlərini pozur və nəticədə, ereksiya itir. Müalicədə, həm dərman preparatları, həmdə rasional psixoterapiya metodlarından istifadə olunur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.