ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Sebuhi | 16 Noyabr 2013 09:32
Men hardasa 4 ay bundan qabaq arxadan cinsi elaqede olmusam,ondan sonra mende bir muddet az-az cirk gelirdi,sonra dayandi, iki ay olarki daha gelmir,bu ne demeydi?xaiw edirem sualima cavab yazardiz
Dr.Orxan Agabəyov | 17 Noyabr 2013 15:58
Salam Sebuhi. Ola bilər ki, cinsi infeksiya ilə yoluxma olub, amma hal-hazırda orqanizm reaksiya vermir. Dəqiqləşdirmək, yəni cinsi infeksiyaları yoxlamaq məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
sahin | 16 Noyabr 2013 08:04
salam hekim.bilmek isterdim masturbasiyanin xeyirli ve zererli cehetlerini.
Dr.Orxan Agabəyov | 17 Noyabr 2013 15:48
Salam Sahin. Əgər masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var. Uğurlar.
anonim | 16 Noyabr 2013 07:56
Salam,Doktor.Üzr istəyirəm,həyat yoldaşıyla bir dəfəlik oral əlaqədən HPV yə yoluxmaq riski varmı?Onda HPV virusunun olub olmadiğı bilinmir.
Dr.Orxan Agabəyov | 17 Noyabr 2013 15:48
Salam Anonim. Belə bir ehtimal var, dəqiqləşdirmək üçün virusun olub-olmamasının laborator diaqnostikası aparılmalıdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Aydin | 16 Noyabr 2013 07:50
salam size bir iki sula vermey isterdim. 24 yasim var amma cox tez qutariram buda mene bir tesir edir 24 yasda nece deqiqe olmalidir ve bunun mualicesi nece ve nece gun muddetine duzeler cavab gozleyirem
Dr.Orxan Agabəyov | 17 Noyabr 2013 15:37
Salam Aydın. Cinsi əlaqənin(boşalmanın) müddəti 7-8 dəqiqədən az olmamlıdır. Erkən boşalmanın müalicəsi adətən 1,5 -2 ay çəkir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Anar | 16 Noyabr 2013 07:15
Salam hekim mende bezen cinsi elaqede olandan 3-4 gun sora cinsiyet organimda sepkiler yaranir. Suluga oxshayir ici su dolu sharlardi sanki xirda olur her defe cinsiyet organimin fergli yerinde olur. Cixan vaxt 1-2 gun bir az qashinti verir sora kecir 3-4 gun sorada quruyur oz ozunden kecir gedir. Hekime muraciet etdim dedi gergin sexle meshqul olmusan bosh sheydi maz yazdi ki kececek. yene oldu bashqa hekime muraciet etdim oda dedi sende herpes virusu var ondandi get analiz ver malicede yazdi analizin cavabi Herpes l Jg G pozitiv ( 2.01 ). Herpes ll Jg G Pozitiv 4.67 Herpes ll Jg M Neqativ zeng eledim neticeni ozune dedim deiler problem yoxdu muliceni al duzelecek ancaq 2-3 aydan sora yene sepki yarandi Sizce bu neyle elaqedardi? Evliyem eger Herpes olsaydi yoldashimada kecmeliydi duzdu ? Siz ne meslehet bilirsiz bu barede ciddi bir shey ola biler ya nece? Evvelceden teshekkur edirem
Dr.Orxan Agabəyov | 17 Noyabr 2013 15:37
Salam Anar. Ümumiyyətlə herpes virusunun birdəfəlik müalicəsi yoxdur, müalicə müəyyən müddət səpgilər yaranmamasına gətirib çıxarır. Adətən cinsi partnyora, herpes virusu kəskin dövrdə(səpgilər olarkən) keçir, qalan vaxt keçməyə də bilər. Herpes virusu sadə səpgi deyil, ciddi xəstəlikdir - ona görədə mütləq vaxtaşırı müalicə kursu keçin. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Orxan | 16 Noyabr 2013 07:06
salam necesiz men cinsi elaqede tez bowaliram neden olar
Dr.Orxan Agabəyov | 17 Noyabr 2013 15:37
Salam Orxan. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Anonim | 16 Noyabr 2013 06:57
Salam hekim . Uzr isteyirem Menim 14 yawim var pensim ereksiya veziyyetine gelende 14 sm olur . Sadece sola eyrilik var ama elede cox deyil . Bu mene pis tesir edir . Men sizin xestexanaya gelsem , Bu problemi aradan qaldira bilersiz ? Onceden tewekkur .
Dr.Orxan Agabəyov | 17 Noyabr 2013 16:32
Salam Anonim. Yüngül penis əyriliyi bir çox kişidə var, birdə bu yaşda hələ penisin inkişafı bitməyib, tələsməyin. Uğurlar.
Orxan | 15 Noyabr 2013 21:51
Salam hekim. Menim penisimin awagi hissesi yeni bawlangij hissesi gawinmalar verir ve ag lekeler olur bezende deride chatlar olur, bu neile baglidi cinsi yolla kechici bir weydi yoxsa? Ve mualicesi varmi, zehmet olmasa etrafli melumat vererdiz.
Dr.Orxan Agabəyov | 16 Noyabr 2013 08:04
Salam Orxan. Bu əlamətlər müxtəlif səbəblərdən ola bilər, ən ehtimal olunan səbəb göbələk infeksiyasıdır. Dəqiqləşdirib. düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Fehmin | 15 Noyabr 2013 21:10
salam hekim , men her gun cinsi elaqede ola bilirem ama 1 defe , ikinci defe ehtiraslana bilmirem . eger bunun deqiq mualicesi varsa men size muraciet edim.
Dr.Orxan Agabəyov | 16 Noyabr 2013 08:03
Salam Fehmin. Birinci növbədə çalışın hər gün deyil, günaşırı ciinsi əlaqədə olasız. Əgər yenədə ikinci cinsi əlaqə alınmırsa, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın, çalışaram Sizə kömək edim. Uğurlar.
Fuad | 15 Noyabr 2013 19:33
Salam,Hekim.....Menim sualim beledirki,men her gun 2-3defe masturbasiya edib boshaldiram.Bu mende artiq demek olarki verdish halini alib,bunun mene 1ziyani ola bilermi?
Dr.Orxan Agabəyov | 16 Noyabr 2013 07:52
Salam Fuad. Əgər masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var. Uğurlar.