ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Orxan | 17 Noyabr 2013 21:33
Salam hekim, mende boyuk bayira geden vaxti penisimden sperma axirdi biraz. Arada bir olur, son 1 aydiki dayanib. Sebebi nedi?
Dr.Orxan Agabəyov | 18 Noyabr 2013 06:12
Salam Orxan. Çox güman ki, bu əlamət durğunluq prostatitin(prostat vəzinin iltihabı) əlamətidir. Dəqiqləəşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
samir | 17 Noyabr 2013 21:15
salam doxdor sperma nece damci gelmelidi normalda?
Dr.Orxan Agabəyov | 18 Noyabr 2013 06:12
Salam Samir. Spermanın normada həcmi 1,5 ml-dən çox olmalıdır. Amma spermanın yalnız həcmi deyil, başqa vacib keyfiyyət və kəmiyyət göstəriciləri var.  Spermanın normaya uyğun olub-olmamasını müəyyənləşdirmək üçün - spermoqramma analizi vermək lazımdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
anonim | 17 Noyabr 2013 19:49
Salam baqiwlayin narahat edirem men toy gecesi olan isi ede bilmirem 4 aydi olmur yoldawim qorxur her defe ne edim.?mumkunse meslehet verin
Dr.Orxan Agabəyov | 18 Noyabr 2013 06:12
Salam Anonim.  Bu tip problemlərin təməlində psixoloji səbəblər durur və problemi həll etməkdən ötrü, həm Sizə həmdə yoldaşınıza xüsusi müalicə lazımdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
ruslan1999 | 17 Noyabr 2013 19:44
salam men ruslan 14 yasim var sperma cixir boya tesiri yoxduki sumuklerin boyumesi ujcun ne etmeliyem
Dr.Orxan Agabəyov | 18 Noyabr 2013 06:12
Salam Ruslan1999. Masturbasiyanın sümük inkişafına heç bir aidiyyatı yoxdur. Uğurlar.
Cavid | 17 Noyabr 2013 15:34
Salam hekim, bir muddet evvel ginekomatsiya xesteliyinin cerrahi emeliyyatsiz yol ile aradan qaldirlimasini sorushmushdum ve bunun mumkun oldugunu dediz, chox xahish edirem, bunu nece bir yolla hell etmek mumkun olar, hansi derman preparatlar vasitesile, ve yaxudd dieta ve idmanla mumkundurmu bu?
Dr.Orxan Agabəyov | 18 Noyabr 2013 06:11
Salam Cavid. Birinci növbədə məhz Sizdə aydınlaşdırmaq lazımdır - konservativ(əməliyyatsız) müalicə mümkündür ya yox. Elə hallar olur ki, əməliyyatsızda müalicə mümükün olur. Dəqiqləşdirib, düzgün müalicə taktikası seçilə bilər. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Orxan | 17 Noyabr 2013 10:07
Salam hekim.Menim cinsi orqanimin uzerinde sepkiler var.Amma bu sepkiler hemiwe olmur.Gah yoxsa cixir,gah da yeniden emele gelir.
Dr.Orxan Agabəyov | 18 Noyabr 2013 06:11
Salam Orxan. Ola bilər herpes virusu olsun, amma dəri problemlərində dəqiq diaqnostika yalnız müayinələrdən sonra mümkün olur. Dəqiqləşdirib, müalicə kusu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
seymur | 16 Noyabr 2013 21:07
Penisimde birsz yandirma var,ucunada seherler biraz cirk gelir ssebebini bilmek isteyirem
Dr.Orxan Agabəyov | 17 Noyabr 2013 17:16
Salam Seymur. Çox güman ki, cinsi infeksiya ilə yoluxmanın əlamətidir. Dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
nuray | 16 Noyabr 2013 20:59
salam hekim.dogusdan 6 sonra menstrasuya oldum.menstrusaiya 1 hetdedi bitib ama menden qoxu gelir sizce bu xestelikdi?
Dr.Orxan Agabəyov | 17 Noyabr 2013 17:16
Salam Nuray. Bu sualı ginekoloqa verməyiniz daha düzgün olar. Uğurlar.
emin | 16 Noyabr 2013 20:54
salam hekim.men bosalan zaman sperma qan renginde olur mumkunse bunun sebebini bilmek isterdim
Dr.Orxan Agabəyov | 17 Noyabr 2013 17:16
Salam Emin. Hər halda əgər sperma qan rəngindədirsə, deməli cinsiyyət sistemində qanaxma ola bilər. Bu çox ciddi faktdır, mütləq dəqiqləşdirmək lazımdır. Ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Aman | 16 Noyabr 2013 20:27
Salam. Həkim məndə, cinsi aktivlik olan zaman cinsiyət orqanımın üst hissəsi, təxminən sidik kisəsinin üstü və , eləcədə xayalarım bərk ağrıyır.Bu nedəndir? Və birdə deyim ki, boşaldıqdan sonra ağrı tədricən kəsilir. Zəhmət olmasa məsləhət verin. Əvvəlcədən çox sağ olun!
Dr.Orxan Agabəyov | 17 Noyabr 2013 17:16
Salam Aman. Xaya ağrılarının səbəbi, müxtəlif ola bilər - epididimit(xaya artımının iltihabı), varikosele(damar genişlənməsi), orxit(xayaların iltihabı). Eyni zamanda sidik kisəsində də iltihab ola bilər. Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən və uroloji USM-dən keçmək, məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.