ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Adam | 18 Noyabr 2013 16:37
Salam.35-yashim var,2-3 ay olarki spermada ilk 1-ci 2-ci damci cox bulanliq gelir(qehveyi rengde) sonraki damcilar normal oz renginde gelir.qorxulu bir shey varmi?Cox xahish edirem etrafli yazasiniz. Evelceden teshekurler.
Dr.Orxan Agabəyov | 19 Noyabr 2013 06:59
Salam Adam. Bu cinsiyyət sistemində iltihabi prosesin əlaməti ola bilər. Dəqiqləşdirmək üçün spermoqramma analizi vermək lazımdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Anonim | 18 Noyabr 2013 16:16
Salam men 1988 ci il tevveludlinenem 15.10.11ci ilde rusiyada infekciyalara gore mualice aldim opredelenie allergiceskiy infekcii ИrG -AT-ИФ altemaria- ,asspergilus niger- ,asspergilus flavus ,pelliillum tardum ,penicillum expansum ,rhizopus nigricans ,candida albicans ,candida kruzei ,fusarium oxvspora ,mucor pusillus /demeli hekim 3kurs mualice yazdi .hekimin dediklerin hamisini etdim sadece olaraq mende bu analizleri verendede hec bir problem yox idi ele gunu bugun de hec bir problem yoxdu ne cinsiyyet orqaninda sepgiler qizartilar,ne sidiye gedende aqri goyneme hec biri olmuyub hec vaxt yenede qorxuram indi 21 yawim var o mualiceden sonra 3 il kecib hec neden shikayetim yoxdu,infeksiyalar qala biler helede?
Dr.Orxan Agabəyov | 19 Noyabr 2013 06:55
Salam Anonim. Bu analiz cinsi infeksiyaları yoxlamaqdan ötrü deyil -allerqik reaksiyaları yoxlamaq üçün aparılıb. Yəni cinsi infeksiyaların yoxlanması üçün tamamilə fərqli analizlər lazımdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
zaur | 18 Noyabr 2013 16:00
salam. cinsi əlaqədə mən qutarandan sonra sünnətimi uşaqlıq yolunda çıxaranda qoruyucu cırıldı hamilə qalma ehtimalı var.
Dr.Orxan Agabəyov | 19 Noyabr 2013 06:55
Salam Zaur. Bəli, belə bir ehtimal var. Uğurlar.
Адалят 35 | 18 Noyabr 2013 12:59
Добрый День ув.Доктор Последнее вермя мне трудно опорошнится (из за не проходимости фекалия) в итоге удается после чего день два болит та часть... связано с желудком... скажите Доктор может ли это как то негативно повлиять на простату, потому что во время процесса вижу выходит секреция я так понял что оно давит этот орган? скажите доктор это не опасно? может быть такое что из за этого воспалить простату? Спасибо
Dr.Orxan Agabəyov | 19 Noyabr 2013 06:37
Здравствуйте Адалят 35. Да, это связано с воспалительным процессом в простате - развился так называемый застойный(конгестивный простатит). После уточнения диагноза, рекомендуется пройти курс лечения. Для более подробной информации, можете связать со мной по телефонам 055 655 00 66 и 050 363 83 86. Удачи.
fuad | 18 Noyabr 2013 12:13
salam. mende sol xayamda kut agrilar olur. dopler muayinesinden kecdim, xroniki epididimit diaqnozu qoyuldu.bu xestelik ve mualicesi haqqinda melumat vermeyinizi xahish edirem.chox sag olun.
Dr.Orxan Agabəyov | 19 Noyabr 2013 06:37
Salam Fuad. Xroniki epididimit - xaya artımının iltihabi prosesidir. Bu xəstəlikdə, müalicə uzunmüddətli və çətindir. Əsas ağırlaşması, spermanın keyfiyyətinin zəifləməsi ola bilər. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Manaf | 18 Noyabr 2013 10:53
Salam hekim men penisim 1 az balacadi qde ta 13-14 onu nece boutmek olar.ve 1 de men cinsi elaqede olanda 1cini gec bowaliram hetta ele olur bowalmagim 40deq olur.sizce nece mualice lazimdi mene
Dr.Orxan Agabəyov | 19 Noyabr 2013 06:37
Salam Manaf. 1.Penisin 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır.  2.Boşalmanın gecikməsinin bir necə səbəbi var: 1. cinsi əlaqə zamanı həyəcan. 2. masturbasiya nəticəsində, yaranmış, qeyri-adekvat erotik stereotip, yəni cinsi əlaqə vaxtı, masturbasiyadakı olan stimulyasiyanın(sürtünmənin və görüntülərin) olmaması və nəticədə boşalmanın gecikməsi. 3. hormonal səbəblər. 4. iltihabi səbəblər.  Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
ayten | 18 Noyabr 2013 10:52
salam doktor evvelceden insanlari bele melumatlandirdiginiz ucun size tesekkurlerimi bildirirem. biz bir ildir evliyik ovladimiz heleki yoxdur heyat yoldasim usm muayinesinde olub prostat vezisinde exostrukturu;kalsianatlar,terkibinde 10mm kistoz struktur. xaya artimi terkibinde 2 mm ve 3mm kistoz, digerinde ise 7.5 mm kistoz struktur izlenir. netice her iki boyrekde zeif parenximatoz deyisiklikler,nefrolitiaz. xronik prostatitin , vezikulitin exoqrafik elametleri. butun bunlar usagin olmamasina sebeb ola bilermi cox xahis edirem mumkunse etrafli cavab veresiz.
Dr.Orxan Agabəyov | 19 Noyabr 2013 06:30
Salam Ayten. Əgər uşaq olmamasında kişi faktorunu yoxlamaq istəyirsizsə, USM deyil, birinci növbədə spermoqramma(toxum analizi) verilməlidir. Yalnız spermoqrammanın göstəricilərinə əsasən, kişidə problemlərin olub-olmamasını bilmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Viktor | 18 Noyabr 2013 09:48
Salam dr. Men cinsi orqandan sikayet etmirem sadece yoxlanmaq isteyirem bunun qiymeti ne qeder olar texminen
Dr.Orxan Agabəyov | 19 Noyabr 2013 06:30
Salam Viktor. Ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Elshen | 18 Noyabr 2013 07:39
salam hekim.mende boyuk bayira geden zaman penisimden sperma axir.en cox da shirin ve yagli yemek yeyende.bu ne ile elaqedar olar?
Dr.Orxan Agabəyov | 19 Noyabr 2013 06:26
Salam Elshen. Çox güman ki, bu əlamət durğunluq prostatitin(prostat vəzinin iltihabı) əlamətidir. Dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Nihat | 18 Noyabr 2013 05:27
Həkim salam, Sizə 2 sualım var: 1. Mənim cinsiyyət orqanımda anadan gəlmə əyrilik var. Bunu düzəltmək mümkündürmü? Mümkünsə bu ağır əməliyyatdırmı? 2. Mən uşaq vaxtı sünnət olunarkən həkim sünnəti estetik baxımdan qeyri-peşəkar edib. Yəni sanki dəri necə gəldi yapışdırılıb. Bunun üçün hazırda hansısa korreksiya etmək mümkündürmü? Öncədən təşəkkür edirəm!
Dr.Orxan Agabəyov | 19 Noyabr 2013 06:26
Salam Nihat. 1. Əgər əyrilik artırsa və ereksiya problemləri yaranırsa, müalicə olunmalıdır. Əməliyyat və ya dərman preparatları ilə müalicə, əyriliyin səviyyəsindən asılıdır. 2. Bəli, bu mümkündür. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.