ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
anonim 88 | 19 Noyabr 2013 11:10
salam hekim men ozumu yoxladmaq isteyirem her terefli bilmek isteyiremki sizde muayine ne qederdi? qabaqcadan tewekkur
Dr.Orxan Agabəyov | 20 Noyabr 2013 05:17
Salam Anonim 88. Ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
gulya | 19 Noyabr 2013 10:26
salam hekim. spermoqrammanin neticelerini size gondererek sorusmaq isterdim ki bu neticelerle hamile qalmaq sansim ne qederdir?mualice lazimdirmi? xatirladim ki 1ci hamileliyim inkisafdan qalib sonra hamile qala bilmemisem.durulasma vaxti 35 deq, ireli hereketliler 40% (N > 32), reqsi hereketliler 28 %,hereketsiz 32 %(N 40),canli spermatozoidler 79 %(N > 58), spermogenez huceyreler 2%(N 0-10), spermaqqlutinasiya yoxdur, morfoloji 9 %(N>4)eritrositler 0-1g/s,lesitin az (N cox miqdarda),mikroflora .qalan neticeler norma daxilindedir. cox xahis edirem cvb veresiniz mualice lazimdirsa ne etmeliyik. onceden tesekkurler
Dr.Orxan Agabəyov | 20 Noyabr 2013 05:17
Salam Gulya. Spermoqrammanın əsas göstəriciləri normaya uyğundur, müalicəyə ehtiyac yoxdur. Uğurlar.
Rasul A | 18 Noyabr 2013 23:54
Salam həkim.mənim bir dostum var.25yaşı var. Cinsi orqanı kiçikdi.10sm.buna görə kompleksi var. cinsi orqanı böyütməyin yolu var?varsa bunu necə eləmək olar? xaiş edirəm cavab yazın.
Dr.Orxan Agabəyov | 20 Noyabr 2013 05:17
Salam Rasul A. Cinsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Uğurlar.
vusal | 18 Noyabr 2013 23:28
salam hekim, penisi inkishaf etdirmek ucun ne etmek lazimdi,ve ya hansi derman preparatindan isdifade etmeyi meslehet gorursunuz?mumkunse etrafli melumat vererdiz...cox saqolun
Dr.Orxan Agabəyov | 20 Noyabr 2013 05:17
Salam Vusal.  Penisin ereksiya vəziyyətində 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Penisin ölçülərinə heç bir dərman preparatı təsir etmir. Uğurlar.
deniz | 18 Noyabr 2013 22:02
salam doktor,mende xayalarin biri(sag) digerine nisbeten texmini olarag 3-4 sm awagidadi yeni sallanir,problem ne ola biler.?evvelceden tewekkurler
Dr.Orxan Agabəyov | 19 Noyabr 2013 07:16
Salam Deniz. Xayaların fərqli yerləşməsi normaya uyğun haldır. Amma sallanma, damar genişlənməsinin(varikoselenin) əlaməti ola bilər. Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Sərxan | 18 Noyabr 2013 19:34
Salam Orxan həkim,Orxan həkim mənim sizə sualım var mən düz yeddi aydi evliyəm yoldaşımnan cinsi əlaqəyə girə bilmirəm.yoldaşım yaxşıdı mən özüm ancaq cinsi əlaqəyə başlıyan kimi həyəcana düşürəm,hansı həkimin yanına gedirəm deyirlərki sıxma ürəyvi qorxu həyəcanlardi keçib gedəcək,,Orxan həkim mən başqa neyniyə bilərəm ?.
Dr.Orxan Agabəyov | 19 Noyabr 2013 07:16
Salam Sərxan. Bu situasiyada yalnız məsləhətlərlə problemi həll etmək olmaz - xüsusi müalicəyə ehtiyac var. 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın, çalışaram Sizə kömək edim. Uğurlar.
anonim12 | 18 Noyabr 2013 18:39
salam hekim . menim 18 yasim var ve seher yuxudan duranda goruremki oz- ozune bosalma bas verib . evveller bu ayda bir defe olardi amma indi 2-3 gundu ki ardicil tekrarlanir. her hansi bir problem ola biler. indiye qeder cinsi elaqede olmamisam. sebeb nedir?
Dr.Orxan Agabəyov | 19 Noyabr 2013 07:16
Salam Anonim 12. Gecə boşalmalarının(pollusiyaların) səbəbi, müntəzəm cinsi həyatın(boşalmaların) olmamasıdır. Gənc yaşlarında bu normal haldır, amma əgər həddən artıq olursa - müəyyən müalicəyə ehtiyac var. Uğurlar.
Elvin | 18 Noyabr 2013 16:54
salam həkim menim pensim 7-8 sm dir bu toy gecesi problem yarada bilermi ?bakireliyin acilmasi ucun normal nece sm olmalidi pens ? evvelceden tesekkurler
Dr.Orxan Agabəyov | 19 Noyabr 2013 07:00
Salam Elvin. Penisin ereksiya vəziyyətində 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Cinsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Uğurlar.
nurlan | 18 Noyabr 2013 16:41
salam hekim menim penisim balacadir qizliq perdesini acmaq ucun nece santimetr penis olmalidir ? normal penis nece sm? birde penisi nece boyutmek olar? cavabnizi gozleyirem
Dr.Orxan Agabəyov | 19 Noyabr 2013 07:00
Salam Nurlan. Penisin ereksiya vəziyyətində 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Cinsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Uğurlar.
hmm | 18 Noyabr 2013 16:38
Salam hekim penisde spermanin qalmasi ziyandi?
Dr.Orxan Agabəyov | 19 Noyabr 2013 06:59
Salam Hmm. Əgər kişi ehtiraslanıbsa, mütləq boşalmalıdır. Əks halda cinsiyyət sitemində durğunluq prosesləri yarana bilər. Uğurlar.