ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Celal | 20 Noyabr 2013 06:46
Salam hekim cinsi elaqa ucun dunyaya uwag emele getirmay ucun insanin nece santi cinsi orqan olmalidi
Dr.Orxan Agabəyov | 21 Noyabr 2013 08:04
Salam Celal. Penisin ereksiya vəziyyətində 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Ümumiyyətlə uşaq olub-olmaması penisin ölçülərindən deyil, spermanın keyfiyyətindən asılıdır. Uğurlar.
elvin | 20 Noyabr 2013 06:25
Salam hekim hekim men penisimi boyutmek isteyirem mene komeklik eliyerdiz
Dr.Orxan Agabəyov | 21 Noyabr 2013 08:04
Salam Elvin. Cinsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Uğurlar.
Samir | 20 Noyabr 2013 06:03
Salam.Hekim, men 2 defedi varikosel emeliyyati olunmusham ve yenede damar genislemesi qalib.Bilmek isterdim 3cu defe varikosele emeliyyati nece fesadlar vere biler?Yeni cinsi zeiflik ve cinsi organin inkisaf tsikli baximindan.Umumiyetce varikosele xesteliyi cinsi organin inkisafina nece tesir edir(boyumesine).Beleki cinsi orqanimin kicikliyinnen sikayetim var varikoselin fesadlari ola bilermi?26 yas. Tesekkurler
Dr.Orxan Agabəyov | 21 Noyabr 2013 08:03
Salam Samir. Nə cinsi zəiflik problemi, nədə ki penisin ölçüləri varikoseledən asılı deyil. Təkrar əməəliyyatın olub-olmaması spermoqrammanın nəticələrindən asılıdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Xelil | 19 Noyabr 2013 20:12
Salam Orxan Hekim Menim 19 Yaşım Var Amma Yaşıma Göre Penisim Balacadı Bunu Üçün Ne Etmek Olar Zehmet Olmasa Mene Bilgi Verebilersiz Teşekkürler
Dr.Orxan Agabəyov | 21 Noyabr 2013 08:03
Salam Xelil. Cinsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Uğurlar.
samire | 19 Noyabr 2013 19:29
Dr.salam.menim yoldawim analiz verib netice oliqoastenopiospermiyadi,bu xesteliyin mualicesi var? Bir de ki,celd ireli hereketliler 0%di.bunu duzeltmek mumkundu?
Dr.Orxan Agabəyov | 20 Noyabr 2013 06:12
Salam Samire. Bələ nəticə, cinsiyyət sistemində ciddi problemlərdən xəbər verir. Birinci növbədə müəyyənləşdirmək lazımdır - hansı səbəblərdən spermoqrammanın göstəriciləri bu qədər zəifdir, sonra isə düzgün və effektiv müalicə kursu təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Tural | 19 Noyabr 2013 18:13
Hekim salam. Hekim menim sol aşagi hissem agrayir.amma bele agrayir ki dima yox arada.quru xorek cox yeyirem 23 yasim var subayam
Dr.Orxan Agabəyov | 20 Noyabr 2013 05:18
Salam Tural. Xaya ağrılarının səbəbi, müxtəlif ola bilər - epididimit(xaya artımının iltihabı), varikosele(damar genişlənməsi), orxit(xayaların iltihabı). Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
kenan | 19 Noyabr 2013 17:42
salam hekim mende hedden artiq cinsi aktivlik var birdeki tez tez mastrubasiya edirem bu yolla rahatlasiram 24 yasim var bilmek isteyirem gelecekde bunun mene bir problemi ola biler?
Dr.Orxan Agabəyov | 20 Noyabr 2013 05:18
Salam Kenan. Əgər masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var. Uğurlar.
elnur | 19 Noyabr 2013 16:45
salam hekim.mende 1 ci cinsi elaqe muddeti erken basa catir ama 2ci biraz cox cekir vaxdi burda nese prablem var?hemde cinsi elaqe ucun heves olmur niye mumkunse daha etrafli melumat vererdiz?
Dr.Orxan Agabəyov | 20 Noyabr 2013 05:41
Salam Elnur. Sizdə, həm potensiyanın zəifləməsi, həmdə erkən boşalma problemi var. Potensiyanın zəifləməsi səbəbləri  - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.) ola bilər.  Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
gulsen | 19 Noyabr 2013 16:43
salam hekim yoldasimin cinsi orqaninda 1 sizag emele gelmisi yoxa cixdi indi 1aydi yene emele gelib yoldasim sperma azligindan derman atir ne sebeb ola biler??
Dr.Orxan Agabəyov | 20 Noyabr 2013 05:41
Salam Gulsen. Səbəb dəri xəstəliyi ola bilər, məsələn furunkul, amma dəri xəstəliklərində qiyabi diaqnostika mümkün deyil. Dəqiqləşdirib, müalicə kursu keçmək məsləhətdir. Uğurlar.
ercan egri | 19 Noyabr 2013 15:57
Salam menim narahatlıgım oglumdandı 14 aylıqdır sünnetde etdirmişem amma uşagın penisi iceri girir cox balacadır birde xayalarını elledikde arada ele deyir arada yox dogulanda bele deyildi onuda deyimki qasıgı cox etlidir mene meslehet verin
Dr.Orxan Agabəyov | 20 Noyabr 2013 05:18
Salam Ercan. Uşaq uroloquna müraciət edin, əyani qəbula. Uğurlar.