ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
İlkin | 29 Noyabr 2014 14:53
Salam Doktor. Narahatçılığa görə üzr istəyirəm. Mənim xayalarımda 2 aya yaxın bir müddətdə ağrılar sancılar olur. Həmin bu ağrılar zamanı isə Xaya biraz şişir sonra ağrı kəsiləndə isə çəkilir. 21 yaşım var
Dr.Orxan Agabəyov | 2 Dekabr 2014 07:48
Salam İlkin. Xaya ağrılarının səbəbi, müxtəlif ola bilər - epididimit(xaya artımının iltihabı), varikosele(damar genişlənməsi), orxit(xayaların iltihabı). Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Kamal | 29 Noyabr 2014 09:52
Salamdoktor mende sag xayada az miqdarda 15 ildir hidrosele maye var.Bu mene chox eziyyet verir.Zehmet olmasa deyin bunu emeliyyatsiz müalice ile aradan qaldırmaq olarmı?
Dr.Orxan Agabəyov | 2 Dekabr 2014 08:11
Salam Kamal. Hidroselenin cərrahi və ya konservativ müalicə ilə aradan qaldırılması, daha çox yığılmış mayenin həcmindən asılıdır. Amma əgər bu qədər müddət xəstəlik narahat edirsə, əməliyyat daha məqsədəuyğun olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Vasif | 29 Noyabr 2014 09:28
Salam doktor evvelceden oz minnetdarligimi bildirirem.Sualim beledir.2010 ci ilde men yoluxma neticesinde trixonomoz ve qonoriya viruslarina yoluxdum.Mualice birinci duzgin olmadi.Basqa hekime muraciet 4 aya irelilleyis oldu ve sagaldim.Amma soyuqlama mende qaldi.Qis aylarinda xayamin alt hissesi qicin arasi goynemesi olur guclu istiye verende kecir.Bu il ise goyneme oldu ve seffaf axintida mushide edirem artiq 4 gundur.Doktor bilmek isterdim nedendi ve eyni zamanda boyreyimdede agri hiss edirem.2 hefte bundan qabaq cinsi elaqede olmusam amma virus qorxusu yoxdur.men ne edim.Neticesi qorxulu olmaz ki/Qanda ve ya diger deyisiklik vermez ki
Dr.Orxan Agabəyov | 2 Dekabr 2014 08:11
Salam Vasif. Çox güman ki, sidik-cinsiyyət sistemində iltihabi prosesin əlamətləridir. Hər bir halda sadəcə dəqiqləşdirib, müalicə kursu keçsəz mümkün olan fəsadlardan qurtularsız. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
elcin | 29 Noyabr 2014 08:20
salam doktor menim yoldasimda kandiloma var hamilelikde emele gelib hamilelik bitib ancaq yene emele gelir cox mualice etmisik xeyri yoxdur cox narahatiq biz hara muraciet etsek yaxsi netice ola biler mende hecbir elameti yoxdur kandlomanin yalniz yoldasimda cixir men ve yoldasim harda mualice ala bilerik bu xesteliyin tam mualicesi yoxdur deyirler bize bize komek edin 1ildir emele gelib 3ay araliqla cixir
Dr.Orxan Agabəyov | 2 Dekabr 2014 08:11
Salam Elcin.  055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın, çalışaram Sizə kömək edim. Uğurlar.
ilham | 28 Noyabr 2014 18:38
Salam hekim. Eger sperm faizi 0 % onda uwaq ola biler??? Evelceden twk
Dr.Orxan Agabəyov | 2 Dekabr 2014 08:12
Salam İlham. Xeyr, demək olar ki, bu mümkün deyil. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Ferman | 28 Noyabr 2014 17:05
Salam doktor. mende cox erken bowalma ve zeyiflik var. erken bowalma 1 feg erzinde baw verir. zeyiflikdeki hemsinin. sidiye getdike tam getmirem kanalda galir ve 2-7 deg erzinde damci damci gelir. ne meslehet gorursuz?
Dr.Orxan Agabəyov | 2 Dekabr 2014 08:12
Salam Ferman. Sizdə, həm potensiyanın zəifləməsi, həmdə erkən boşalma problemi var. Potensiyanın zəifləməsi səbəbləri  - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.) ola bilər.  Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
kamil | 28 Noyabr 2014 16:42
salam hekim hpv virusundan birdefelik yaxa qurtarmaq olar?BIR DEFE YANDIRMISHIQ 1 AYA DAHA COX EMELE QELIB MUMKUN OLAR?
Dr.Orxan Agabəyov | 2 Dekabr 2014 08:12
Salam Kamil. Papillomavirusun birdəfəlik müalicəsi mümkün deyil, sadəcə düzgün müalicə nəticəsində residivlərin (təkrar yaranmasının) sayını azaltmaq və əlamətlərin çıxmadığı müddəti artırmaq olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
intiqam | 28 Noyabr 2014 16:30
Salam hekim menim cinsi orqanimda sepmeler,qasintilar var hetda cole cixanda yandirir yoldasimda gobelek xesdeliyi askar edilib bu menede yoluxa biler?ve men ne etmeliyemki saqalim?
Dr.Orxan Agabəyov | 2 Dekabr 2014 08:12
Salam İntiqam. Xeyr, göbələk infeksiyasının əlamətləri olmasına ehtimal azdır, birinci növbədə cinsi infeksiyalar olub-olmaması yoxlanmalıdır. Başqa xəstəliklərdə olduğu kimi, cinsi xəstəliklərdə də sağalmaq üçün həkimə müraciət etməniz lazımdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Mubariz | 26 Noyabr 2014 17:45
salam. narahatciliga gore uzr usdeyirem. menim sualim cinsiyyet orqakima xirda xallar cixib. bunn sebebi meni maraqlandirir. 3 4 aydi cixir,
Dr.Orxan Agabəyov | 27 Noyabr 2014 06:11
Salam Mubariz. Bu cinsi yolla keçən infeksiyalara aid edilən, papillomavirusun ələaməti ola bilər. Dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
samir | 26 Noyabr 2014 16:38
Salam hekim.mende bele bir problem var.1 ilden coxdur evliyem usaq olmur yoldasim butun muayinelerden kecib ve tam saglam oldugubildirilib.Novbe mene kecdi men spermadan ilk analizimi klinikasinda verdim ,sonra ise klinikasinda hemcinin infeksiya analizi ve UZI ama uzi saglam netice verdi spermamda aktiv hereketli spermotozoidler 20 faiz gosterildi ve infeksiya oldugu bildirildi (men evlenene qeder hec bir qadinla cinsi elaqede olmadim) ama mende hec bir agri hec bir zeiflik hec bir simptom yoxdur(yoldasim 2 defe hamile qaldi ama dusukler bas verdi) sualim budurki bunun sebebi ne ola biler ?
Dr.Orxan Agabəyov | 27 Noyabr 2014 06:11
Salam Samir. Əgər spermoqrammada göstəricilər normadan azdırsa, bu mütləq hansısa əlamətlə özünü göstərmir, çox vaxt heç bir əlamət olmur. O ki qaldı cinsi infeksiyaya - ya müayinə düzgün aparılmayıb ya da cinsi infeksiya adı ilə, şərti patogenlər göstərilir, hansı ki təkcə cinsi yolla deyi həmdə məişət yolu ilə keçə bilər. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.