ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Elgun | 23 Noyabr 2013 14:57
Salam qasiqda xayalarda aqri nedendi?
Dr.Orxan Agabəyov | 24 Noyabr 2013 20:45
Salam Elgun. Xaya ağrılarının səbəbi, müxtəlif ola bilər - epididimit(xaya artımının iltihabı), varikosele(damar genişlənməsi), orxit(xayaların iltihabı). Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Rooma | 23 Noyabr 2013 14:37
salam hekim bagislayin sualima gore.1 Menim penisimnen iy gelir,yuyunandan 5 10 deq sonra yene iy gelir,bu neyden ola biler??? 2. Bir saytdan oxumusdum yazmisdilarki bir gun erzinde 7-8 defe olmaq olmaz. Amma men ele olurki cox oluram amma tez bosaliram. Bu bir xesteliydi yoxsa???
Dr.Orxan Agabəyov | 24 Noyabr 2013 22:03
Salam Rooma. 1. Bu cinsi və ya dəri infeksiyasının əlaməti ola bilər. 2. Ciinsi əlaqələrin çox olması xəstəlik əlaməti deyil, amma erkən boşalma ən yayılmış cinsi problemlərdəndi və bu problemin müalicəsi var. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
senan | 23 Noyabr 2013 13:28
doktur salam xaiş edirem cavablandırasınız sprrma duru yoxsa qatı olmalıdır
Dr.Orxan Agabəyov | 24 Noyabr 2013 21:44
Salam Senan. Spermanın keyfiyyətini bilmək üçün, spermoqramma analizi vermək lazımdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Gunay | 23 Noyabr 2013 10:53
salam hekim. hekim menim anamin 46 yasi var. tez tez sidiye gedir. geceler goynemeden yata bilmir. ayaq yoluna qeder catdir bilmir hemde boyreyinde das var. sizde bu daslara gore ola biler yoxsa?
Dr.Orxan Agabəyov | 24 Noyabr 2013 21:44
Salam Gunay. Bu daha çox sistit (sidik kisəsinin iltihabı) əlamətidir. Dəqiqləşdirib, müalicə kursu keçməyi məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Mehman | 23 Noyabr 2013 10:09
Salam men bir qadinla olmuwam deyesen onda spit var biz cinsi elaqede olmamiwiq sadece opuwub 69 olmuwuq sizce mene spi kece biler evvelceden tewwekur
Dr.Orxan Agabəyov | 24 Noyabr 2013 21:36
Salam Mehman. Bunu öyrənmək üçün  analiz vermək lazımdır. Uğurlar.
Cavidan | 23 Noyabr 2013 08:22
Salam həkim.menim sualım blədir ki mənim cinsim organın baş hissəsinin ətraflarında qızartılar var və cinsi aktdan sonra göynüyr və bəzi yerləri yara olur. onun səbəbini örənmək istərdim. qabaqcadan teşəkürlər
Dr.Orxan Agabəyov | 24 Noyabr 2013 20:45
Salam Cavidan. Bu müxtəlif səbəblərdən yarana bilər - herpes virusu, göbələk infeksiyası və s. Dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
titan | 23 Noyabr 2013 06:30
hekim salam men boksla mesqulam varikaselden emeliyyat olunandan sonra mesqul ola bilerem
Dr.Orxan Agabəyov | 24 Noyabr 2013 21:36
Salam Titan. Əməliyyatdan 3-4 ay sonra yüngül məşqlərə başlaya bilərsiz. Uğurlar.
gulnar | 22 Noyabr 2013 20:59
salam hekim. menim35 yawim var. cinsi temasa hevesim yoxdu. bunu aradan qaldirmaq mumkundu? elaqeden sora sancilarim olur. bunun sebebi nededi? hekin genekoluqa muraciet etmiwem hec bir problem yoxdu diyiller.
Dr.Orxan Agabəyov | 24 Noyabr 2013 21:36
Salam Gulnar. Əgər ağrılar varsa, deməli cinsiyyət sistemində problemlər də var. Başqa ginekoloqa müraciət edin. Uğurlar.
Fariz ceferov | 22 Noyabr 2013 20:48
salam dokdur,mem qizla olarken cox gec bosaliram,sizce bu qadinlarin xosun gelir yoxsa bezdirici olur?
Dr.Orxan Agabəyov | 24 Noyabr 2013 21:36
Salam Fariz. Əgər cinsi əlaqə 30-40 dəqiqədən artıq davam edirsə, boşlmanın gecikməsi sayılır. Boşalmanın gecikməsinin bir necə səbəbi var: 1. cinsi əlaqə zamanı həyəcan. 2. masturbasiya nəticəsində, yaranmış, qeyri-adekvat erotik stereotip, yəni cinsi əlaqə vaxtı, masturbasiyadakı olan stimulyasiyanın(sürtünmənin və görüntülərin) olmaması və nəticədə boşalmanın gecikməsi. 3. hormonal səbəblər. 4. iltihabi səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.  
Namiq | 22 Noyabr 2013 18:20
salam hekim.men analiz vermisem amma cavabi hec kime gostere bilmirem siz deye bilersiz burda ne problem var? cavab bele cixib : umumi yaxma - mikroskopiya leykositler - 60-70gls n.gonorheae - hecne "-" dislokokklar - hecne "-" trichomonas vag. - pozitiv gardanella vag. - tek-tek candida albicans - hecne"-" epitel huceyreleri- 11-18 gls selik- cox miqdarda flora - hecne "-" temizlik derecesi - hecne "-" nolar cavab yazin...
Dr.Orxan Agabəyov | 24 Noyabr 2013 20:57
Salam Namiq. Sizdə ən ciddi cinsi infeksiyalardan olan - trixomonada aşkarlanıb. Mütləq müalicə kursu keçin. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.