Ehmedov | 27 Noyabr 2013 16:29
salam hekim cinsi zeiflikde USM kecdim neticesinde bele bir sey yazilib Prostat vezin mulayim sturuktur deysikliyi bunun acmasi nediki mumkunse izahat vererdiniz qorxulu birseydimi mualicesi nece etdirmey olar xais etrafli yazin 2ci sualim var hekim penisin ucuna toxundugda kut agri verir bunun sebebi nedi ve cinsiyyet uzvunden iy qoxu gelmesi ne ile elaqedardi?
Dr.Orxan Agabəyov | 28 Noyabr 2013 07:47
Salam Ehmedov. 1. Bu keçirilmiş prostatitin(prostat vəzinin iltihabı) əlamətidir və bu xəstəliyin müalicəsi var. 2. Ola bilər sidik kanalında iltihabi proses olsun, amma dəqiləçdimək lazımdır. 3. Cinsi və ya dəri infeksiyasının əlaməti ola bilər. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Xaliq | 27 Noyabr 2013 16:25
Salam Hekim. Uzr isteyirem. Men son cinsi elaqede qorunmurdum. 2 3 gun sora penisim goynemeye basladi. Sora arada bir damci kimi axinti oldu. Indi hal hazirda var. Bu hansi cinsi xestelik ola biler?
Dr.Orxan Agabəyov | 28 Noyabr 2013 07:47
Salam Xaliq. Göynəmə və axıntı bir çox cinsi infeksiyanın əlaməti ola bilər. Yalnız dəqiqləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Elgun | 27 Noyabr 2013 16:19
Salam hekim.xroniki prstatin mualicesi nece gun cekir? xeste halda cinsi elaqede olmaq olar?mende mede baqirsaq pozuntusu xesteliyi var, prastata göre edilen mualice effekt verer.?cox saqolun.
Dr.Orxan Agabəyov | 28 Noyabr 2013 07:47
Salam Elgun. 1.Aktiv müalicə 2-3 həftə ərzində aparılır 2. Prostatit cinsi infeksiya ilə əlaqəli deyilsə - cinsi əlaqədə olmaq olar. 3. Bağırsaq problemlərinin prostatitə aiadiyyatı yoxdur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Oleq | 27 Noyabr 2013 14:47
Salam Hekim. Rasional psixoterapiya nedir? Neden istifadə olunur bu müalicədə?
Dr.Orxan Agabəyov | 28 Noyabr 2013 07:47
Salam Oleq. Ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Aysel | 27 Noyabr 2013 14:26
Salam hekim.cox xahis edirem sualima cavab yazasiz.meni cox narahat eden movzu var.men 2 ildir aileliyem cox xosbext aileyik bir oglum var.yoldasimla bir birimizi sevib aile qurmusuq.her sey qaydasindadi.ama yoldasimda cinsi isteksizlik var 33 yasi var menimse 24.meni cox sevir ve eminem ki heyatinda basqasi yoxdu.sadece cinsi soyuqluq var bu onun ozunden asili deyil.by neden ola biler?ozu tam saglamdi her bir sey.men ozum de cox qeseng qizam bunu hemise etrafdakilar mene deyir.ozumu tam komplekssiz rahat hiss edirem.ozume cox baxanam.ozu de bunu menw deyir cox isti munasibetlerimiz var ama bu barede cox soyuqdu.men ozum cox vaxt ona yaxinlasmisam cox uzr isteyirem imtina etmeyib bur olmusuq ama isterdim ozu buna ehtiyac duysun.o heftede bir defe ile kifayetlenir.bu ne derecede normaldir?
Dr.Orxan Agabəyov | 28 Noyabr 2013 07:27
Salam Aysel. Yoldaşınızda potensiyanın zəifləməsi halları var. Səbəblər müxtəlif ola bilər - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.). Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
ali | 27 Noyabr 2013 14:11
Hekim ALLAH size sebir versin, istifadeciler sayti tam oxumamish suallar verirler halbuki butun suallarin cvbi saytda yazilib.hemde eyni suallar)) Menimde bir sualim var : Bir gunde(12 saat erzinde heftede 2defe goruse bilirik) 7-8 defe cinsi elaqede olmagin ziyani var ya yox? Partniyorumda mendede istek olur wikayetimiz yoxdu.amma ziyani ola biler? 25-28yasimiz var.
Dr.Orxan Agabəyov | 28 Noyabr 2013 07:05
Salam Ali. Əgər cinsi həyatın bu cür ritmi məcburi deyilsə - heç bir problem olmaz, narahat olmayın. Uğurlar.
cavad | 27 Noyabr 2013 12:15
salam doktor. men 5yasinda olarken,sol xayanin oz yuvasindan cixmadigi ucun,emeliyyat olmusham,amma hec bir netice vermeyib,14 yasimda ise sag xaya oz inkishafini tamami ile dayandirib,indi 26yasim var,subayam. hec bir cinsi zeifliy yoxdu,ele boyuk agrilar da hiss etmirem,biraz tez boshalma bash verir mende. bilmey isteyirem gelecekde,yeni evlendikden sonra ushaq barede problem yasayacaqammi men??? umumiyyetle 1 xaya ile ushaq ola bilermi?? zehmet olmasa komeklik edib,sullarimi cavablandirardiz. evvelceden tesekkurler. cox sagolun...
Dr.Orxan Agabəyov | 28 Noyabr 2013 07:05
Salam Cavad. Bir xayanın olmaması, mütləq problem sayılmır, yəni hər çey qaydasındada ola bilər. Kişilərdə uşağın olub-olmaması yalnız spermanın keyfiyyətindən asılıdır - yoxlamaq üçün spermoqramma analizi vermək lazımdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
irac | 27 Noyabr 2013 07:46
salam ...34 yawim var evliyem..doktor mende qadinla yaxinliq normaldi.lakin men u waqliqda emeliyat olmuwam ve bir xayam
goturulub..bir defe analiz vermiwem oda masaj olmaqla.. penisimde normadan balacadi..doktor bilmek isterdim bunun mualicesi var ve uwagimis ola biler..evelceden cox sagolun..
Dr.Orxan Agabəyov | 28 Noyabr 2013 07:04
Salam İrac. Bir xayanın olmaması, mütləq problem sayılmır, yəni hər çey qaydasındada ola bilər. Kişilərdə uşağın olub-olmaması yalnız spermanın keyfiyyətindən asılıdır - yoxlamaq üçün spermoqramma analizi vermək lazımdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Vusal | 27 Noyabr 2013 06:21
Salam hekim. "penisin olculeri ereksiya veziyyetinde ehemiyyetlidir" bu ne demekdir? ne ucun beledir? birdeki hekim bunun aile heyatina, usaq olmasina problemi olarmi?
Dr.Orxan Agabəyov | 28 Noyabr 2013 07:02
Salam Vusal. Kişilərdə uşağın olub-olmaması yalnız spermanın keyfiyyətindən asılıdır - yoxlamaq üçün spermoqramma analizi vermək lazımdır. Ereksiya vəziyyətində isə ölçülər cinsi partnyorun orqazma çatdırılması üçün əhəmiyyətlidir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Alim | 26 Noyabr 2013 22:11
Salam. Menim penisin berkimis halda 10 sm olur prablem deyil ki bu toy gecesi..
Dr.Orxan Agabəyov | 28 Noyabr 2013 07:01
Salam Alim. Penisin ereksiya vəziyyətində 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Amma toy gecəsi ölçülər deyil, ən əsas ereksiyanın keyfiyyəti əhəmiyyətlidir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.