ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
KAMRAN | 27 Noyabr 2013 22:28
SALAM HEKIM MENIM 18YASIM VAR CINSI HEVESLIYIM VAR O NEDEN OLA BILER
Dr.Orxan Agabəyov | 29 Noyabr 2013 07:22
Salam Kamran. Sual tam aydın deyil, yəni cinsi həvəsin olması problem sayılmır, 18 yaşına çatmış oğlanda cinsi həvəs olmalıdır. Uğurlar.
Yashar | 27 Noyabr 2013 22:26
Salam doctor.Yashim 19.Indiye qeder qadinla yaxinligim olmayib.Mende tez bosalma hali tez tez bas verir.Filme baxdigda (18 sehnelerde);Yuxuda ve s.bunun sebebini bilmek isteyirem ve mumkunse deyin ciddi bir haldirmi?qarsisini nece ala bilerem?
Dr.Orxan Agabəyov | 29 Noyabr 2013 07:22
Salam Yashar. Erkən boşalma diaqnozu, yalnız cinsi əlaqə zamanı boşalmanın tez olmasına görə qoyulur, masturbasiya zamanı deyil. Əgər boşalmanın erkən olması, cinsi əlaqə zamanıda olarsa, bu halda problemin səbəbləri müəyyənləəşdirilib, müalicə kursu təyin olunmalıdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Omer | 27 Noyabr 2013 20:09
Salam hekim.men spermoqrammadan analiz vermiwem.cavabinda harda problem var onlari yaziram...qatiliq 3.0 H (norm:1-0.2)...durulawma vaxti 45 (norm:10-40)...aktiv hereketler 2%,zeif hereketler 12%,hereketliler 14%...hereketsizler 69% (norm:10-50)...degenerativ forma 29% (norm:0-6)...selik (norm:neqativ) .....7 aydir evliyem,uwaq yoxdur. Menim problemin nedir? Ne edim? Ne meslehet vererdiz? Problemim hell olunandirmi??? Onceden cavabiniz ucun tewekkur.
Dr.Orxan Agabəyov | 28 Noyabr 2013 14:25
Salam Omer. Sizdə aktiv spermotozoidlərin faizi çox aşağıdır. Birinci növbədə bu problemlərin səbəbini müəyyənləşdirmək lazımdır, sonra isə düzgün müalicə kursu təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Adil Valiyev | 27 Noyabr 2013 20:05
Salam hekim.Menim penisimin yumuru nese cixib el vuranda cox agri verir bu ne ola biler.cox sagolun.
Dr.Orxan Agabəyov | 28 Noyabr 2013 14:29
Salam Adil. Bu suala qiyabi cavab vermək olmur, yalnız əyani qəbulda diaqnozu təyin etmək olar. Uğurlar.
Oktay704 | 27 Noyabr 2013 18:56
Salam hekim, Hamiya dolgun cavab yazirsiniz. Umid ediremki menim problemimede bir wey deyersiz. Onceden teshekkur edirem. Hekim mende problem tez tez ehtiraslanma ve suni bowalmadi. Bu verdiw halini alib. heftede 4-5 defe bowalmag isteyirem. Subayam ve bunu suni shekilde edirem. Bele verdiwin davam etmesinin ne kimi ziyani var. ve sizin meslehetiniz ne yondedir xahish edirem komeklik gostererdiniz.
Dr.Orxan Agabəyov | 28 Noyabr 2013 14:09
Salam Oktay704. Əgər masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
GULYA | 27 Noyabr 2013 18:14
SALAM DOKTOR MEN 1 İL 5 AYDİ APRES OLMUSAM HEM MATQAMİ HEMDE YUMURTALİQİMİN BİRİNİ GOTURUBLER APR ESDEN 2 AY SONRA MENDE AQRİLAR OLDU MEN GETDİM DEDİ Kİ SENİN OBİRİ YUMURTALİQİN USTUNDE 2 DENE KİSDA VAR YENİ ONUN QORXUSU OLMAZ Kİ DOKTOR İNDİ MENİM SACİM TOKULUR ONAN OLARMİ SAQ OLUN
Dr.Orxan Agabəyov | 28 Noyabr 2013 14:09
Salam Gulya. Sualınızı ginekoloqa verməyiniz daha düzgün olar. Uğurlar.
senan | 27 Noyabr 2013 17:50
hekim biz 3 ay yarımdır ki ailə qurmuşug ama hele körpemiz yoxdu. bu normaldı? biz çox narahatıq.tşk
Dr.Orxan Agabəyov | 28 Noyabr 2013 14:09
Salam Senan. Əslində əgər nigahda 1  il ərzində hamiləlik yaranmırsa, bu nigah problemli sayılır. Amma bu qədər gözləmək lazım deyil - kişilərdə uşağın olub-olmaması yalnız spermanın keyfiyyətindən asılıdır - yoxlamaq üçün spermoqramma analizi vermək lazımdır. Yoldaşınız isə minimum ginekoloji USM-dən keçə bilər.  Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Elvin | 27 Noyabr 2013 17:31
Salam Hekim. cinsiyyet uzvumde Iltihab var hec cure dayanmir.mikroplazma ve ueroplazma infeksiyasi cixib mualice alsamda tesiri yoxdu.Xahiw cox xahiw yol gosterin
Dr.Orxan Agabəyov | 28 Noyabr 2013 14:09
Salam Elvin. Əgər düzgün müalicə təyin edilsə, ureaplazma və mikoplazma aradan qalxar. Amma ola bilər başqa infeksiyalarda, çünki ureplazma və mikoplazma adətən güçlü əlamət vermir.  Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Rimas | 27 Noyabr 2013 16:57
salam hekim sad olardim menim sualimi cavablandirsaz ve daha dogrusu mene komek ede bilse.Artiq 5 ile yaxindir ki men cinsi zeiflikden eziyet cekirem.Tez bosalma sertlesme problemi ile bu iller erzinde mubarize apariram ki,xeyiri olmur.Nece nece hekim deyismek olar,daha anlamiram,menim derdimin elacimi yoxdu,yoxsa hekimmi yoxdu(kobud ifadeye gore sorry).Hara da getmisem diaqnozum budu,prostat vezinin boyumesi.Infeksiya yox deyirler hec ne yoxdu her alti aydan bir menim cinsi funksiyam pozulur,mualice aliram 4_5 ay cekir yene ayni sey.artiq isteksizlik hallari da baslayib mumkunse ya tel nomre verin elaqe saxlayim sizle.Onceden tesekkurler
Dr.Orxan Agabəyov | 28 Noyabr 2013 14:09
Salam Rimas. Ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın, çalışaram Sizə kömək edim. Uğurlar.
Maharram | 27 Noyabr 2013 16:33
salam hekim mende cinsi elaqede olanda bosalma tez olur birde penisim duranda ele sey haqqinda danisanda kinoya baxanda bir sekile baxanda hedinden artiq sire ifraz olunur bu neden ola biler
Dr.Orxan Agabəyov | 28 Noyabr 2013 08:02
Salam Maharram. 1.Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. 2.Bu şirə, çox güman ki, Kuper vəzilərinin ifraz etdiyi şirədi və hansısa xəstəliyin əlaməti deyil. Bu şirə, sürtgü(smazka) funksiyasını yerinə yetirir və cinsi əlaqənin komfortlu(rahat) keçməyi üçündür.  Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.